Dünyanın ən sərt hava limanı Turistlər niyə üç saat tez gəlməlidirlər?
Icma.az bildirir, Lent az saytına əsaslanaraq.
Təcrübəli səyahətçilər belə, hava limanlarında təhlükəsizlik yoxlamalarından keçərkən stress yaşayırlar, ilk dəfə uçanlar üçünsə bu proses çox vaxt həqiqi şok olur. Dünyada elə aerovağzallar var ki, təhlükəsizlik standartları xüsusilə sərtdir və bütün mərhələlərdən keçmək üçün xeyli vaxt tələb olunur.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, belə məkanlardan biri Hindistanın şimalında yerləşən Srinagar hava limanı hesab olunur.
Sərnişinlərə burada sadəcə iki saat yox, ən azı üç saat əvvəl gəlməyi tövsiyə edirlər ki, uzun yoxlama proseslərinə yetişmək mümkün olsun.
Srinagar əsasən daxili uçuşlara xidmət göstərsə də, mövsümi xarici reyslər də həyata keçirilir. Təhlükəsizliyin bu qədər sərt olması Kəşmir bölgəsinin mübahisəli statusu və Hindistan–Pakistan münasibətlərindəki davamlı gərginliklə izah edilir.
Yoxlama terminala girmədən başlayırSərnişinlərin nəqliyyat vasitələri və baqajı hava limanının əsas binasından bir neçə kilometr uzaqda yoxlanılır. Daha sonra terminaldakı standart nəzarət prosedurları əlavə olunur və bu mərhələlər bununla bitmir.
Bundan başqa, sərnişinlər elektronika üçün ayrıca yoxlamadan keçməli, həmçinin qeydiyyatdan keçmiş baqajlarını şəxsən təsdiqləməlidirlər. Travels from India portalı qeyd edir ki, baqaj identifikasiyası olmadan çamadanlar təyyarəyə qəbul edilmir.
Dördüncü dəfə axtarış – pasporta baxılmadanSon yoxlama təyyarəyə minməzdən əvvəl həyata keçirilir. Srinagardan uçan bir jurnalist bildirib ki, onu dörd dəfə axtarıblar, amma pasportunu heç kim yoxlamayıb. O, prosedurlar zamanı adi qələm və pulqabısının belə əlindən alındığını, lakin sonradan geri qaytarıldığını söyləyib.
Bu qədər detallı təhlükəsizlik qaydaları Srinagar hava limanını dünyanın ən sərt nəzarət olunan aerovağzallarından biri edir. Səyahətçilərə isə gərginlik və tələskənlik yaşamamaq üçün vaxtı qabaqcadan planlamaq tövsiyə olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 16 Dekabr 2025 17:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















