Icma.az
close
up
RU
Dünyanın ən səxavətli kişisi Bir zamanlar saqqız satan Baffetin 41 milyardlıq ianəsi

Dünyanın ən səxavətli kişisi Bir zamanlar saqqız satan Baffetin 41 milyardlıq ianəsi

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Amerikalı milyarder Uorren Baffetin investisiya şirkətinin təxminən 1,2 milyard dollar dəyərində səhmlərini dörd ailə xeyriyyə təşkilatına köçürəcəyi barədə xəbər yayılıb.

Rəqəm böyükdür və bu Baffetin keçmişinə bələd olmayanlarda heyrət doğura bilər. Ancaq məsələ ondadır ki, bu cür əliaçıqlıq Uorren Baffetin hobbilərindən biridir. O, indiyədək milyardlarla pulunu xeyriyyə fondlarına bağışlayıb. Bu məsələdə ondan öndə yalnız Bill Qeyts ola bilər. COVİD 19 pandemiyası ilə bağlı dünya miqyasında “pis adam” kimi təqdim olunan Qeyts indiyə qədər kasıb ölkələrdə təhsilin və səhiyyənin inkişafına, müxtəlif ağır xəstəliklərin müalicəsi üçün dərman preparatlarının yaradılmasına milyardlar xərcləyib.

94 yaşlı Baffet isə hələ ötən il deyib ki, ölümündən sonra var-dövlətini xeyriyyəçiliyə bağışlamaq onun üç övladının üzərinə düşür. Hazırda onun təxminən 148 milyard dollar dəyərində varidatı var. O qədər pulun qarşısında 1.2 milyard “ehsan pulu” elə də böyük məbləğ kimi görünməsə də, milyard hər halda milyarddır.

Uorren Baffet ABŞ-nin Nebraska ştatının Omaha şəhərində anadan olub.

Uorrenin 12 yaşında olanda atası Hovard Baffet konqresmen olub. Amma gələcək milyarder erkən gəncliyindən ata pulu xərcləyən harın övlad olmayıb, öz xərclikləini özü qazanmaq istəyib. O, saqqız, Coca-Cola şüşələri və jurnalları, həmçinin qolf topları satıb, atasının mağazasında işləyib.

Uorren 1947-ci ildə Pensilvaniya universitetinin biznes məktəbinə daxil olub, lakin sonra Nebraska universitetinə köçülrülüb. 1951-ci ildə o, Kolumbiya universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb.

1956-cı ildə Baffett “Partnership Ltd”-ni təsis edib və toxuculuq istehsalçısı “Berkshire Hathaway”i satın alıb, holdinq şirkəti yaradıb.

U.Baffet 1962-ci ildə dollar milyonçusu, 28 ildən sonra, 1990-cı ildə isə milyarder olub.

Onun əməksevərliyi və iti ağlı sayəsində “Berkshire” dünyanın aparıcı investisiya şirkətlərindən birinə çevrilib. O, batareya istehsalçısı “Duracell” və “Apple”dakı pay da daxil olmaqla 60-dan çox müəssisənin sahibidir.

Baffet “Berkshire Hathaway” səhmdarlarına illik məktubları ilə məşhurdur, burada o, şirkətin nəticələrini bölüşür, onun atdığı addımları və etdiyi sövdələşmələri izah edir, həmçinin bazar vəziyyətinin gələcəkdə necə inkişaf edəcəyi ilə bağlı proqnozlar verir.

U.Baffet hər il ata yurdu Omahada “Berkshire Hathaway” səhmdarlarının yığıncağını təşkil edir.

Son 20 ildə milyardları artdıqca Baffetin xeyriyyəçiliyi də artıb, Bill Qeytslə birlikdə “The Giving Pledge” (“Paylaşma vədi”) təşəbbüsünü irəli sürüb.

Baffet sərvətinin 99%-ni xeyriyyəçiliyə, ən böyük hissəsini isə Qeyts və həyat yoldaşı Melindanın fonduna verəcəyini vəd edib. Baffetin artıq xeyriyyəçilik məqsədi ilə başqa-başqa fondlara 41 milyard dollardan çox ianə verdiyi məlumdur.

O, 1952-ci ildə Nebraska universitetinin dekanının qızı, bir vaxtlar atasının seçki kampaniyasını idarə edən Suzan Tompsonla evlənib. Suzan “Berkshire Hathaway”in direktorlar şurasında işləyib və Baffetdən sonra şirkətdə ikinci ən böyük paya sahib olub. 2004-cü ildə 71 yaşında vəfat edəndə Suzanın şəxsi sərvəti təxminən 3 milyard dollar qiymətləndirib.

U.Baffet 2006-cı ildə Astrid Menks ilə evlənib.

Milyarderin ilk evliliyindən üç övladı var.

Onun ən yaxın dostu biznesdəki rəqibi Bill Qeytsdir. Onların ortaq dəyəri təkcə xeyriyyəçilik sahəsində yarışmaları deyil, sevimli əyləncələrindən biri də kart oynamaqdır. 2020-ci ildəki pandemiya zamanı Baffet və Qeyts kart oyunlarını onlayn rejimdə oynayıblar. Bir dəfə Qeytsin Baffetin şərəfinə şəxsən tort bişirməsi də olub (aşağıdakı şəkildə).

Baffetin biznes sahəsindəki müdrikliyinə misal kimi əlində olan 10.000 dollar mayanı zamanla necə 51 milyon dollara çevirdiyini deyirlər. Ancaq belə görünür ki, həmin 51 milyonu 150 milyarda çevirmək o qədər də çətin olmayıb.

Bir zamanlar Qeyts və Baffet dünyanın ən varlı adamları idilər, amma sonra anladılar ki, dünya malı dünyada qalacaq, ən gözəli onu paylaşmaq, kasıb insanların həyat şəraitini yaxşılaşdırmaq, Afrika ölkələrində təhsil almaq istəyən uşaqlara şərait yaratmaqdır. Onlar varidat məsələsində birinciliyi əldən versələr də, xeyriyyəçilikdə birinci olaraq qalırlar.

Var-dövlətlərini, lüks villa və avtomobillərini dünyaya görk edən, 2 milyon dollara maşın nömrəsi alan, qoluna 2 milyonluq saat bağlayan milyarderlər başqadır, Baffet onlar kimi deyil, onun o qədər pulu yoxdur, vur-tut 148 milyardı var, onları da başqaları paylaşmaq vədi verib. /Musavat.com/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:https://moderator.az
archiveBu xəbər 26 Noyabr 2024 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri