Icma.az
close
up
RU
Dünyanın ən varlı təbəqəsi hər il planetə trilyonlarla dollar ziyan vurur NECƏ?

Dünyanın ən varlı təbəqəsi hər il planetə trilyonlarla dollar ziyan vurur NECƏ?

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yeni araşdırma göstərib ki, ərzaq və enerji istehlakı ən yüksək olan insanların ətraf mühitə vurduğu zərərin illik dəyəri 5,7 trilyon dollara çatır. Alimlərin hesablamalarına görə, dünyanın ən çox istehlak edən 10 faizi iqlimə və biomüxtəlifliyə elə böyük zərər vurur ki, bu məbləğ ABŞ və Çindən başqa bütün ölkələrin iqtisadiyyatını geridə qoyur.

Lent.az "The Guardian"a istinadla xəbər verir ki, araşdırma dünyada enerjini ən çox istehlak edən əhalinin 10 faizinin ətraf mühitə ildə 5,7 trilyon dollar həcmində ziyan vurduğunu ortaya çıxarıb. Bu qrupun böyük hissəsi qlobal Şimal ölkələrində yaşayır. ABŞ əhalisinin yarıdan çoxu, Avropa İttifaqı əhalisinin isə təxminən 40-45 faizi bu kateqoriyaya daxildir.

Tədqiqat müəlliflərindən biri bu məbləği "dəlicəsinə böyük" adlandırıb. Qeyd olunur ki, bu zərər iqlim və biomüxtəliflik böhranı ilə mübarizə üçün dünyada mövcud maliyyə çatışmazlığından da çoxdur. Bu isə iqtisadi prioritetlərin hələ də Yer kürəsinin həyat sistemlərini qorumaqdan çox, onların istismarına yönəldiyini göstərir.

Ətraf mühitə ən çox zərər verən istehlak sahələri ərzaq və enerji hesab olunur. Xüsusilə qırmızı ət istehlakı meşələrin qırılmasının əsas səbəblərindən biridir. Enerji sahəsində isə təyyarə səfərləri, evlərin qızdırılması və soyudulması üçün əsasən qaz, neft və kömür kimi fosil yanacaqlardan istifadə böyük təsir göstərir.

Oksford və Leyden universitetlərinin alimləri tərəfindən hazırlanan araşdırmada 5,7 trilyon dollarlıq zərər iqlim dəyişikliyi, biomüxtəlifliyin azalması, biogen çirklənmə və şirin su ehtiyatlarından istifadənin iqtisadi nəticələri əsasında hesablanıb.

Araşdırmaya görə, dünyanın ən varlı 10 faizinin ətraf mühitə vurduğu orta illik zərər adambaşına 2300-7500 dollar arasında dəyişir. ABŞ-da isə bu göstərici 19-63 min dollara qədər yüksəlir.

Hesabatda qeyd olunur ki, inkişaf etməkdə olan ölkələrdə yüksək istehlaka malik ailələr də sürətlə bu səviyyəyə yaxınlaşır. Məsələn, Çində ən varlı 10 faizin ətraf mühitə vurduğu zərər artıq Almaniyanın ən varlı 10 faizini üstələyib.

Qlobal ekoloji zərərin 47-56 faizi biomüxtəlifliyin itirilməsi, 36-45 faizi isə iqlim böhranı ilə bağlıdır.

Müəlliflər hesab edirlər ki, biomüxtəliflik və iqlim problemlərinə ayrı-ayrılıqda deyil, birlikdə yanaşmaq lazımdır.

"Communications Sustainability" jurnalında dərc olunan araşdırmada vurğulanır ki, real ekoloji zərər əslində bundan da yüksək ola bilər. Çünki hesablamalar planetin doqquz ekoloji sərhədindən yalnız dördünü əhatə edir və yalnız birbaşa istehlakı nəzərə alır. Sərmayələrin ətraf mühitə təsiri isə bu hesablamalara daxil edilməyib.

Araşdırmanın həmmüəllifi, Oksford Universitetinin professoru Pol Berens bildirib ki, bu rəqəmlər kifayət qədər ehtiyatlı hesablamalardır.

"Bu hesablamalara varlı insanların investisiyalarından yaranan emissiyalar daxil edilməyib. Araşdırmalar göstərir ki, onların karbon izinin böyük hissəsi necə yaşadıqlarından deyil, sahib olduqları səhmlər, istiqrazlar və digər aktivlərdən qaynaqlanır", – deyə o bildirib.

Ötən həftə tanınmış ekoloji təşkilatın araşdırması da göstərib ki, dünyanın ən varlı 1 faizinə məxsus və əsasən istixana qazları yaradan şirkətlərə yatırılan aktivlər qlobal emissiyaların dörddə biri ilə əlaqəlidir və hər il iqlimə təxminən 1 trilyon dollar ziyan vurur.

Yeni hesabatda hökumətlərə lüks istehlak malları, böyük sərvətlər və karbon emissiyaları üzrə vergilərin tətbiqi tövsiyə olunur. Alimlərin fikrincə, bu addımlar həm emissiyaların və çirklənmənin azalmasına, həm də dayanıqlı inkişafa və sosial bərabərsizliyin azaldılmasına əlavə maliyyə mənbələrinin yaranmasına kömək edə bilər.

Müəlliflər bildirirlər ki, "çirkləndirən ödəyir" prinsipi yüksək istehlak edən qruplara tətbiq olunsa, əldə ediləcək gəlirlər çox böyük ola bilər.

Pol Berens qeyd edib ki, ən çox istehlak edən 10 faiz yalnız ən böyük zərəri vurduğu üçün deyil, həm də bu zərəri azaltmaq imkanlarına görə xüsusi əhəmiyyət daşıyır.

"Onlar təkcə istehlakçı deyillər. Eyni zamanda investor, işəgötürən, bazar formalaşdıran və yeni tendensiyalar yaradan insanlardır. Emissiyaların azaldılması üçün onların imkanları yaratdıqları problemdən də böyükdür. Ən varlı 10 faiz daha cəsarətli addımlar atmalıdır ki, gələcəkdə hamımız firavan yaşaya bilək", – deyə alim vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://lent.az
archiveBu xəbər 19 İyun 2026 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri