Icma.az
close
up
RU
Dünyanın ən yaxşı tibb təhsili verən ölkələri

Dünyanın ən yaxşı tibb təhsili verən ölkələri

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Tibb təhsili almaq istəyən abituriyentlər üçün dünyanın ən yaxşı universitetlərində oxumaq perspektivli bir gələcək deməkdir. Hər il Azərbaycandan yüzlərlə gənc tibb təhsili üçün xarici ölkələrə üz tuturlar. Bəs dünyanın ən yaxşı tibb təhsili verən ölkələri hansılardır?

Dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan Times Higher Education (THE) tərəfindən hazırlanan dünyanın ən yaxşı 1000 tibb universitetinin siyahısına 122 universitet ilə ABŞ liderlik edir. Dünyanın ən prestijli tibb universitetləri bu ölkədə yerləşir. Böyük Britaniya, 81 universitet ilə ikinci yerdədir. Yaponiya, 72 universitetlə Asiya qitəsində tibb sahəsində lider ölkələrdən biridir. Azərbaycanlıların tibb təhsili üçün daha çox üstünlük verdiyi Türkiyə isə 60 universitet ilə siyahıda dördüncü yeri tutur. Çin, 42 universitet ilə Asiya regionunun tibbi təhsil sahəsində yüksələn güclərindən biri olmağa davam edir. Avstraliya və İtaliya eyni sayda - 38 universitet ilə siyahıda yer alır. Hər iki ölkə tibb təhsili sahəsində aparıcı universitetlərə malikdir. Hindistan, 28 universitet ilə ölkə daxilində və beynəlxalq səviyyədə tibb təhsili sahəsində irəliləyişin davam etdiyini göstərir. Almaniya, 27 universitetlə dəqiq elm sahəsindəki aparıcı rolunu tibb təhsilində də qoruyub saxlayır. Kanada, 25 universitet ilə ilk onluğu tamamlayır. 

Tibb universitetlərinə qəbul olma çətinliyi

Agora Təhsil Mərkəzinin rəhbəri, təhsil üzrə mütəxəssis Rizvan Qənbərli bildirir ki, tibb universitetlərinə qəbul prosesi dünyada ən çətin qəbul sistemlərindən biridir. Onun sözlərinə görə statistikalar tibb təhsilində dünyanın ən yaxşı onluğuna daxil ölkələrdə tibb təhsili almağın xarici tələbələr üçün əlçatmaz olduğunu göstərir. Məsələn, Almaniya yalnız 5%-lik qəbul faizi ilə tibb təhsili almaq üçün ən çətin ölkə olaraq önə çıxır. Hindistan və İtaliya isə müvafiq olaraq 6% və 7%-lik qəbul faizi ilə rəqabətin inanılmaz dərəcədə yüksək olduğunu göstərir.

Digər Asiya ölkələrindən olan Yaponiya (8%) və Çin (14%) də müraciət edənlərin yalnız az bir hissəsini qəbul edir. Avstraliya (12%) və Kanada (15%) kimi ölkələrdə də rəqabət son dərəcə yüksəkdir.

ABŞ və Böyük Britaniya kimi akademik güclər də bu baxımdan geridə qalmır. ABŞ-da tibb universitetlərinə qəbul faizi 17.2% olduğu halda, Böyük Britaniya bu statistikanı 16.7% səviyyəsində saxlayır. Tibb sahəsində keyfiyyətli təhsil verən Türkiyə isə 34%-lik qəbul faizi ilə ən əlçatan ölkələrdən biri kimi seçilir.

Agora Təhsil Mərkəzinin rəhbəri R. Qənbərli deyir ki, tibb universitetlərinə qəbul olmaq istəyən tələbələr yalnız yüksək akademik göstəricilərə deyil, həm də böyük rəqabətə hazır olmalıdırlar. Hər ölkədə qəbul şərtləri və müraciət tələbləri fərqlənir, lakin ümumi tendensiya dəyişməz olaraq qalır: tibb təhsili almaq istəyənlər ciddi hazırlıq və əzmkarlıq tələb edən bir prosesdən keçməlidirlər.

Tibb məzunlarının ilk maaşları

Tibb universitetini bitirən məzunlar üçün ilk iş maaşı, əsasən, rezidentura mərhələsində formalaşır. Dünyanın aparıcı tibb ölkələrində bu maaşlar fərqli səviyyələrdədir. Siyahıya nəzər yetirsək:

•ABŞ-da yeni məzun tibb həkimləri aylıq orta hesabla 12,750 AZN qazanır.

•Böyük Britaniya-da bu rəqəm 11,000 AZN təşkil edir.

•Yaponiya-da tibb sahəsində ilk iş maaşı 10,500 AZN səviyyəsindədir.

•Avstraliya-da isə yeni məzunlar 10,000 AZN məvacib alır.

•Kanada-da orta rezidentura maaşı 8,500 AZN civarındadır.

•İtaliya və Almaniya-da bu rəqəmlər müvafiq olaraq 7,000 AZN və 5,600 AZN təşkil edir.

•Türkiyə-də yeni məzun həkimlər orta hesabla 4,600 AZN maaş alır.

•Çin və Hindistan isə müvafiq olaraq 3,150 AZN və 1,200 AZN ilə siyahının son pillələrində yer alır.

Tibb universitetlərində təhsil haqqı ödənişləri

Tibb təhsili almaq istəyən tələbələr üçün ən mühüm faktorlardan biri də illik təhsil haqqıdır. Rizvan Qənbərlinin sözlərinə görə, tibb universitetlərində təhsil haqqı ölkədən asılı olaraq ciddi fərqlənir və bu, tələbələrin seçimlərinə birbaşa təsir edir.

Ən yüksək təhsil haqları ABŞ (110,000 AZN), Kanada (80,000 AZN), Avstraliya (75,000 AZN) və Böyük Britaniya (70,000 AZN) kimi ölkələrdə müşahidə olunur. Bu ölkələrdə tibbi təhsil almaq istəyən tələbələr yalnız yüksək akademik göstəricilərə deyil, həm də ciddi maliyyə imkanlarına sahib olmalıdırlar.

Yaponiya (40,000 AZN), Türkiyə (15,000 AZN) və Çin (12,000 AZN) kimi ölkələr isə daha orta səviyyəli təhsil haqları ilə xarici tələbələr üçün cəlbedici alternativlər yaradır. Hindistan (10,000 AZN), İtaliya (5,000 AZN) və Almaniya (3,000 AZN) isə nisbətən aşağı təhsil haqları ilə seçilir. Xüsusilə Almaniya dövlət universitetlərində təhsilin demək olar ki, pulsuz olması, lakin qəbul şərtlərinin sərtliyi ilə diqqət çəkir.

Rizvan Qənbərli bildirir ki, tələbələr xaricdə tibb təhsili seçərkən yalnız illik ödənişlərə deyil, həm də əlavə yaşam xərclərini və qəbul şərtlərini nəzərə almalıdırlar. Bununla yanaşı, bəzi ölkələrdə dövlət və özəl universitetlər arasında ciddi ödəniş fərqləri də mövcuddur.

Xaricdə tibb təhsili almağın üstünlükləri hansılardır?

Rizvan Qənbərlinin sözlərinə görə, xaricdə tibb təhsili almaq, tələbələrə yüksək keyfiyyətli tədris, müasir tibbi texnologiyalara çıxış və beynəlxalq dərəcəli sertifikatlar qazanmaq imkanı yaradır. Ən yaxşı tibb universitetlərində oxumaq, tələbələrə qlobal səviyyədə tanınan diplom əldə etməklə yanaşı, geniş peşəkar şəbəkə yaratmağa da kömək edir: "Azərbaycandan xarici ölkələrə tibb təhsili üçün müraciət edənlərin dəqiq statistikası olmasa da, bizim təcrübəmizdə dünyanın TOP-10 ölkələri içərisində ən çox müraciət olunan ölkə Türkiyədir. Müraciət siyahısında Almaniya da üstün mövqedə olmasına baxmayaraq, qəbul nəticələrinə əsasən faiz nisbətində Türkiyədən çox geridədir. Bu da Almaniyada tibbi təhsilin daha sərt qəbul şərtlərinə malik olması ilə izah edilir. Ayrıca Türkiyəyə üstünlük verilməsinin bir başqa səbəbi də bu ölkədə tibb təhsili alan tələbələrin xəstəxana və klinikalarda praktiki təcrübə imkanlarının çeşidliliyi və zənginliyidir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:316
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 26 Fevral 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri