Icma.az
close
up
RU
Dünyanın ən yaxşı təhsil sisteminə malik ölkələri

Dünyanın ən yaxşı təhsil sisteminə malik ölkələri

Icma.az bildirir, Missiya.az portalına istinadən.

Təhsil təkcə fərdi deyil, həm də qlobal səviyyədə uğura təsir edən amildir.


Missiya.Az təhsil standartları ən çox inkişaf edən ölkələri araşdırıb.

Təhsilin maddi, mənəvi, fərdi və ictimai əhəmiyyətini dərk etdikdən sonra ilk məqsəd təhsil sistemindəki çatışmazlıqları aradan qaldırmaq olmalıdır. Qərbdə təhsil sisteminin çox yaxşı olduğu ümumi fikir olsa da, son təhlillərdə təhsil səviyyəsinə görə bəzi şərq ölkələri siyahının başındadır.

Ölkələrdə təhsilin ən yüksək səviyyəsindən danışırıqsa, o zaman Asiya ölkələrindən başlamaq kifayət qədər məqbuldur. Cənubi Koreya ümumiyyətlə ağır iş vərdişi olan bir ölkədir. Akademik performans çox vacib olduğundan, tələbələr özlərini təhsilə həsr edirlər. Cənubi Koreya təhsil sistemi 6 + 3 + 3 + 4 il olaraq təşkil olunur, ilk iki mərhələ məcburidir. Şagirdlər həftənin 7 günü məktəbə gedirlər. Məktəbəqədər təhsil və orta məktəb məcburi deyil. Universitetlər öz tələbələrini seçirlər. Koreya hökuməti təhsilə çox yüksək büdcə ayırır və təhsilə çox ciddi bir iş kimi baxır. Beləliklə, Cənubi Koreya istər-istəməz dünyanın ən yaxşı təhsil sisteminə və ən yüksək təhsil səviyyəsinə malikdir.

Texnologiyaya əsaslanan təhsil modelinə sahib olan Yaponiya bu vəziyyətdən çox yaxşı istifadə etmiş və xüsusilə məktəbəqədər və ibtidai sinif şagirdlərinə ayırdığı büdcə ilə təhsilə əhəmiyyətini göstərmişdir. Yaponiya dünyanın bir çox ölkəsi ilə müqayisədə çox fərqli bir təhsil sistemi tətbiq edir. Eyni zamanda, nizam-intizamı ilə seçilən təhsil sistemində dərsə davamiyyətsizlik demək olar ki, yoxdur. Məktəblərdə tələbələr təmizlik işləri aparırlar. 

İbtidai məktəb təhsilinin yüksək keyfiyyətli olduğu Sinqapurda təhsil yaşından asılı olmayaraq hər kəsin prioritetləri sırasındadır. Qlobal miqyasda ən çox qəbul edilən təhsil sistemlərindən biri olan Sinqapur riyaziyyatı əsas fənn kimi qəbul edir. Sinqapur riyaziyyat fənni üzrə istifadə olunan materiallar və təhsilin necə çatdırılması baxımından çox populyardır.

Böyük ölçüdə Britaniya təhsil sistemini qoruyub saxlayan Honq Konq ibtidai, orta və lisey təhsilində keyfiyyət və məzmun baxımından dünyada nümunəvi təhsil sistemləri sırasındadır. İngilis və Çinin Kanton dialekti ölkənin təhsil dilləridir. Bütün sistem imtahanlara yönəlib. Tələbələr imtahan təzyiqi ilə böyüyürlər. Əhalinin 94,6 faizi savadlıdır.

Finlandiya təhsil sisteminin ən mühüm xüsusiyyətlərindən biri müəllim keyfiyyətidir. Çox vaxt ölkənin ən uğurlu şagirdləri müəllim ola bilir və onların təkcə məktəbdəki uğurları kifayət etmir, həm də məktəbdənkənar fəaliyyətlər də nəzərə alınır. Onun innovasiyaları, muxtar məktəbləri və məktəbdənkənar fəaliyyətləri dəstəkləyən kurikulumu uğurlu təhsil sistemini təmin edir. Tələbələr gündə orta hesabla 4 saat dərs alırlar. Təhsil sistemində imtahan yoxdur. Ümumiyyətlə, Finlandiya həmişə ən yüksək təhsil səviyyəsi ilə seçilib.

Böyük Britaniyada alınan təhsilin nüfuzu şübhə doğurmur. Aparıcı qlobal şirkətlər Britaniya universitetlərinin məzunlarını həvəslə işə qəbul edirlər . Geniş çeşidli fənlər və qədim ənənələr müasir texnologiya ilə birləşərək Böyük Britaniyanı Avropanın ən məşhur təhsil yerlərindən birinə çevirir. 

Ölkələrdə ən yüksək təhsil səviyyəsindən danışırıqsa, bu siyahı Kanadasız natamam olar.Təhsil dili ingilis və fransız olan Kanadada insanlar 16, bəzi bölgələrdə isə 18 yaşa qədər icbari təhsilə riayət edirlər. Əhalinin savadlılıq səviyyəsi 99% təşkil edir və bu, Kanadada təhsilin səviyyəsinin  çox yüksək olduğunu açıq şəkildə göstərir.

Almaniya, şübhəsiz ki, dünyada təhsil sistemini daim təkmilləşdirməyə çalışan bir ölkə nümunəsidir . Təhsil səviyyəsi həmişə dünyada ən yaxşılardan biridir. Almaniya məktəbəqədər təhsilin məcburi olmadığı, ibtidai təhsildən sonrakı təhsilin məcburi olduğu ölkədir. Almaniya həm də universitet və texniki təhsil baxımından Avropanın qabaqcıl ölkələrindən biridir.

1,3 trilyon dollarlıq təhsil büdcəsi olan Amerikada insanların savadlılıq səviyyəsi 99 faizdir. 81,5 milyon şagirdi olan ölkədə hər il tələbələrin təxminən 38%-i ibtidai məktəbə, 26%-i isə orta məktəbə başlayır. Orta təhsildən sonrakı təhsili davam etdirən tələbələrin sayı hər il təxminən 20,5 milyon nəfərdir.

İngilis dilinin tədris dili kimi qəbul edildiyi Avstraliyada əhalinin 99%-i savadlıdır. Əhalinin yarıdan çoxunun ən azı orta məktəb diplomu olduğu halda, onların təxminən 35%-nin orta və ya yuxarı təhsil diplomu var.

Müvafiq sıralama Hollandiya, İsveç, İsveçrə, Danimarka, Fransa, Norveç, Tayvan, Belçika, Yeni Zelandiya , İsrail və ən yüksək təhsil səviyyəsinə malik ölkələr sırasına daxil olmaqda davam edir.


İlahə Qənbərli
Missiya.Az 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://missiya.az
archiveBu xəbər 18 Avqust 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see313

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see313

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see312

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see306

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see289

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see273

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see269

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see264

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see262

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see259

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see257

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see256

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see252

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see250

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see240

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see236

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see229

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see209

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri