Icma.az
close
up
RU
Dünyanın gələcək taleyini həll edəcək Ukrayna labirinti ŞƏRH

Dünyanın gələcək taleyini həll edəcək Ukrayna labirinti ŞƏRH

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Dünyanın taleyi Ukraynada həll olunur. Çünki, bu müharibədə yalnız müasir silahlar deyil, demokratiya dəyərləri, beynəlxalq hüquq, insan haqları nəzəriyyəsi sınağa çəkilir. Görünən odur ki, Qərb bu sınaqdan üzüağ çıxa bilməyəcək. Hər nə qədər ABŞ tərəfindən hazırlanmış sənəd “sülh planı” adlandırılsa da, planın Ukrayna xalqına dumanlı gələcək vəd etdiyi sənədin təxmini maddələrindən aydın hiss olunur”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə deyib.

Onun sözlərinə görə, reallıq odur ki, 4 ildən çox davam edən müharibədən ABŞ, Avropa və Rusiya uduzan tərəf kimi ayrılmaq istəmir, istəmədikləri üçün də Ukraynanı “qurban” seçiblər. “Populizmdən uzaqlaşaraq deyək ki, bu gün Ukrayna ətrafında həqiqətən də presedentsiz oyunlar gedir. Co Bayden dönəmində hətta Rusiyanın tezliklə kapitulyasiya edəcəyini düşünən Qərb hazırda Volodimir Zelenskini Ukrayna xalqı üçün ağır nəticələr verə biləcək sülh sazişini imzalamağa təhrik edir. Ukrayna prezidentinin “sülh planı”na ilk reaksiyasından da aydın olur ki, masa üzərinə tək müstəqil respublikanın taleyi yox, həm də bu ölkəyə uzun illər dəstək duran, Zelenskiyə isə “müqavimətin simvolu” etiketini yapışdıran Qərb dəyərləri qoyulub”, - o vurğulayıb.

Deputat əlavə edib ki, Ağ Evdə hazırlanan sənəd istər Kiyevdə, istərsə də Avropa paytaxtlarında ciddi rezonans doğurduğundan amerikalılar “kritik qərar” anını bir qədər ertələdilər: “İndi Ağ Ev tərəfindən Kiyevə nisbətən yumşaldılmış “sülh planı”nın təqdim edildiyi haqda danışılır. Lakin planın avropalı müttəfiqlərdən gizli saxlanılması “Qoca qitə”də təşviş yaradır və təbii olaraq, Avropa liderləri bu yanaşmanı ABŞ-nin Ukraynanın taleyini təkbaşına həll etmək qərarına gəldiyi kimi dəyərləndirirlər. 

Doğrudur, kimsə Zelenskinin ərazi itirilməsi ilə şərtlənən sazişə imza atacağını düşünmür. Ukrayna konstitusiyasının rədd etdiyi sərhədlərin dəyişdirilməsi məsələsinə xalqın referendumda “hə” deyəcəyini proqnozlaşdıran da yoxdur”. 

O həmçinin əlavə edib ki, şərtlər Kiyev üçün çox ağırdır: “Çıxılmaz duruma düşən Zelenski artıq bəzi kompromatlarla da üz-üzə qalır. Ukrayna prezidenti ofisinin rəhbəri Andrey Yermakın istefa verməsini çoxları Zelenski komandasının parçalandığı kimi dəyərləndirir. Yermakın yola salınmasının ABŞ-nin tələblərindən biri olduğunu da deyirlər. Hazırda Kiyev adından danışıqlar prosesinə rəhbərlik etmək milli təhlükəsizlik şurasının katibi Rüstəm Umerova tapşırılıb. ABŞ-nin Florida ştatında keçirilən danışıqların sonunda Vaşinqtonun Ukraynanın “suveren, müstəqil və inkişaf edən dövlət” kimi qalacağına təminat verdiyi vurğulansa da, 2 strateji məsələ - ərazilərin gələcək statusu və Ukraynaya veriləcək təhlükəsizlik zəmanətləri məsələlərində hələ də qəti fikir yoxdur. Stiven Uitkoff Moskvada Putinlə görüşdə şübhəsiz, Mayami dialoqunun detallarına toxunacaq, ancaq görüşdən Kiyevin tələblərinə adekvat qərarın çıxacağını gözləməyə dəyməz.

Bu isə vəziyyəti daha da proqnozlaşdırılmayan edir. Təbii ki, Ukrayna üçün... Çünki artıq nə ABŞ, nə də Avropa Ukraynaya böyük məbləğdə hərbi və maliyyə yardımları ayırmağa maraq göstərmir. Başqa sözlə desək, 300 milyard dollara çatan dəstək proqramları bundan sonra dayandırıla bilər. Üstəlik, orduda ciddi problemlərin və hərbi taktiki səhvlərin müşahidə olunması Kiyevi kompromisə vadar edəcək mühüm arqument sayılır. Müharibənin bu qədər uzanması insanlarda ciddi yorğunluq yaradıb ki, nəticədə, “biz qalib gəlməliyik” yox, “biz sakit, sülh şəraitində yaşamaq istəyirik” tezisi ön plana çıxır. Ukraynanın iqtisadi xaos içində olması da Zelenskiyə Tramp və Putunlə “bazarlıq etmək” imkanı vermir. Bu yaxınlarda üzə çıxan rüsvayçı korrupsiya qalmaqalı isə ukraynalıların şəffaf mübarizəsinə ağır kölgə salır. Korrupsiya məsələsinə prezident Zelenskinin də adının bulaşması Kiyevin iddialı mövqeyinə ciddi zərbələr vurur. 

Hər kəs Ukraynanın indiki duruma düşməsində prezident Zelenskinin günah payının çox olduğunu düşünür. Yəni Ukraynaya biçilən gələcək Zelenskinin lider xüsusiyyətlərinə malik olmadığı ilə birbaşa bağlıdır. Onun xalqın maraqlarını qoruya bilmədiyi açıq mətnlə deyilir, Ukrayna iqtisadiyyatının yüz illərə söykənən sağalmaz yaralar aldığı, şəhər və kəndlərin viran qoyulduğu, sadə ukraynalıların Avropa və digər bölgələrdə səfil həyatı yaşadığı prezidentin zəifliyi və qlobal siyasətçi imicinə sahib olmadığı ilə əlaqələndirilir. Nəticədə, böyük tarixi, ənənələri, mübariz keçmişi olan bir xalqın taleyi sual altına düşüb. Ukrayna böhranı və bu böhran ətrafında qlobal güclərin öz ambisiyalarına önəm verməsi tezliklə “kritik sədd”in Ukrayna ərazisini aşacağından və münaqişənin qloballaşacağından xəbər verir. Ötən həftə Türkiyədə səfərdə olan Roma Papası XIV Leonun dedikləri isə hər kəs üçün həyacan siqnalı olmalıdır: “Biz sürətlə 3-cü dünya müharibəsinə doğru gedirik”. Xilas variantı sağlam düşüncəli qüvvələrin əlindədir. Onların sayı isə o qədər də çox deyil”. 

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://olke.az
archiveBu xəbər 01 Dekabr 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see455

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see340

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see287

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see281

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see238

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see234

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see231

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see224

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see224

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see219

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see218

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see215

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see208

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see199

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see188

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see174

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see174

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri