Icma.az
close
up
RU
Dünyanın idman ili: 2024ün ən maraqlı YARIŞLARI

Dünyanın idman ili: 2024ün ən maraqlı YARIŞLARI

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2024-cü ildə dünyada bir-birindən maraqlı idman yarışları keçirilib. Yay Olimpiya Oyunları, futbol üzrə Avropa çempionatı kimi böyük turnirlər məhz geridə qoyduğumuz ilə təsadüf edib.

Oxu.Az 2024-cü ildə keçirilən ən mötəbər idman yarışlarını yada salır.

Yanvar

2024-cü ilin ilk böyük yarışı yanvarın 11-də start götürüb. 34-cü dəfə təşkil olunan Afrika Millətlər Kubokunda "qara qitə"nin ən güclü yığmaları mübarizə aparıblar. Turnirin qalibi Kot-d'İvuar millisi olub.

Dünyanın ən güclü tennisçiləri mövsümün ilk "Böyük Dəbilqə" turnirində yarışıblar. Turnir Yannik Sinnerin qələbəsi ilə yekunlaşıb.

Fevral

Fevralın 11-də okeanın o tayında Superboul baş tutub. "Kanzas Siti" Amerika futbolu turnirinin ən güclüsü adına yiyələnib.

2024-cü ildə dünyanın əsas boks döyüşü keçirilib. Ötən ilin sonunda baş tutmayan Usik-Fyuri görüşü nəhayət gerçəkləşib. Qarşılaşma Oleksandr Usikin qələbəsi ilə başa çatıb.

Mart

Avtoidmansevərlər martın 2-də mövsümün ilk Qran-prisini izləyiblər. Start Bəhreyndə verilib. "Formula-1"in Bakı mərhələsi isə sentyabrın 22-24-də keçirilib.

May

Hokkey üzrə dünya çempionatına Çexiya ev sahibliyi edib. 16 millinin iştirak etdiyi turnir iki şəhərdə təşkil olunub. Çempionatın qalibi elə Çexiya millisi olub.

İyun

UEFA Çempionlar Liqasının həlledici matçı iyunun 1-də baş tutub. Qarşılaşma məşhur "Uembli" stadionunda keçirilib. Final matçında "Borussiya Dortmund"u 2:0 hesabı ilə məğlub edən "Real Madrid" kubokun sahibi olub.

İyul

Dörd ildən bir keçirilən futbol üzrə Avropa çempionatı Almaniyada təşkil olunub. Qələbə uğrunda qitənin 24 komandası mübarizə aparıb. Final görüşündə İngiltərə millisini 2:1 hesabı ilə məğlub edən İspaniya seçməsi Avropa çempionu adına yiyələnib.

Dünyanın idman ili: 2024-ün ən maraqlı YARIŞLARI

Dünyanın əsas veloidman yarışı "Tur de France" 111-ci dəfə keçirilib. Yarış sloveniyalı idmançı Tadej Poqaçarın qələbəsi ilə başa çatıb.

İyul/Avqust

Dünyanın ən güclü idmançılarının səbirsizliklə gözlədiyi Yay Olimpiya Oyunları 2024-cü ilə təsadüf edib. Fransa paytaxtı Paris dünyanın ən mötəbər yarışına ev sahibliyi edib. İyulun 26-da start götürən Paris-2024 Olimpiadasına avqustun 11-də yekun vurulub.

Bu il paralimpiyaçılar da mübarizəyə qatılıblar. Bu mötəbər yarışa da Fransa ev sahibliyi edib. 28 avqustda start verilən Paralimpiya Oyunları sentyabrın 8-də başa çatıb.

Dekabr

Ağırlıqqaldırma üzrə növbəti dünya çempionatına Bəhreyn ev sahibliyi edib.

Anar Həsənov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:236
embedMənbə:https://oxu.az
archiveBu xəbər 31 Dekabr 2024 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see411

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see325

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see320

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see248

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see230

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see230

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see226

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see223

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see209

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see203

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see193

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see191

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see190

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see184

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see181

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see176

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri