Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Diş minasını bu üsulla bərpa etmək OLAR

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

Dünyanın ilk mavi gözlü insanı 17 min öncə doğulub

Dünyanın ilk mavi gözlü insanı 17 min öncə doğulub

Icma.az, Reyting.az portalına istinadən məlumat verir.


Genetiklər uzun müddətdir davam edən araşdırmalardan sonra nəhayət ən yaşlı mavi gözlü insanı kəşf ediblər. Alimlər bu qədim insanın 17 min il əvvəl yaşadığını bildirirlər.
Reyting.az
-ın məlumatına görə, İtaliya ərazisində tapılan azyaşlının qalıqlarının genetik müayinəsi göstərir ki, bu uşaq Yer kürəsində yaşamış və yaşayan bütün mavi gözlü insanlarda gen mutasiyasına malik ilk insandır.
Tədqiqatçı alimlər aşkar ediblər ki, indiki İtaliya ərazisində 17 min il əvvəl yaşamış ürək qüsurlu bu uşaq mavi gözlü, ən yaşlı insandır.
"Nature Communications" jurnalı yazır ki, araşdırma Bolonya Universitetindən (İtaliya) Ouen Hiqqinsin rəhbərlik etdiyi arxeoloqlar qrupu tərəfindən aparılıb.
Genetik analizə görə, çox güman ki, körpənin mavi gözləri, tünd rəngli dərisi, tünd qəhvəyi, eləcə də qara və buruq saçları olub. Alimlərin fikrincə, o, xəstə doğulub. Çünki o, ürək əzələsindəki qalınlaşmaya səbəb olan hipertrofik kardiomiopatiya adlanan anadangəlmə ağır xəstəlikdən əziyyət çəkib ki, bu da, alimlərin ehtimalına görə, körpənin təxminən 7,5-18 aylığında ölməsinə səbəb olub. Bundan əlavə, dişlərin və həmçinin körpücük sümüyünün sınığının təhlili çətin keçmiş doğuşun olduğunu və bir neçə fizioloji stressin mümkünlüyünü göstərir.
Bu mavi gözlü, xəstəlikdən ölən körpənin qalıqları ilk dəfə illər əvvəl, yəni 1998-ci ildə Siena Universitetinin arxeoloq qrupu tərəfindən, İtaliyanın "Qrotta delle Mura" adlı qədim mağarasında tapılıb. Alimlərin dediyinə görə, uşaq elə burada doğulub və körpənin skeleti bəzəklərsiz, heç bir ritual əşya olmadan daş plitələrin arxasında gizlədilib. Bununla bağlı dərc olunmuş məqalədə yazıldığı kimi, izotop analizi göstərib ki, anası doğuşdan əvvəl və ya doğuşdan sonra, böyük ehtimalla, hamiləlik zamanı yaxşı qidalanmaq üçün, yaxud stress səbəbindən ərazidə qalıb. Lakin çox güman ki, valideynlərin bütün cəhdlərinə baxmayaraq, mavi gözlü xəstə uşağı xilas etmək mümkün olmayıb.
Araşdırmalar zamanı üzə çıxmış daha bir maraqlı məqam tədqiqatçıların diqqətini çəkib. Genetiklər xüsusi vurğulayıblar ki, bu xəstə körpənin atası ilə anası Paleolit dövrünə xas olmayan, qeyri-adi görünən, lakin sonralar, əsasən də Neolit dövründə tez-tez təsadüf edilən nikah ənənələrinin üzərində evləniblər və əmiuşağı olublar. Elm adamlarının fikrincə, onların Paleolit dövründəki qohum evliliyi artıq növbəti bir tədqiqatın mövzusu da ola bilər.
Tədqiqatçılar uşağın mavi gözlü olmasını "OCA2" genində baş vermiş mutasiyanın nəticəsi ilə bağlayır və belə izah edirlər ki, piqment melaninin istehsalını azaldır, insan orqanizmində baş verən proseslər mavi gözlü uşaqların dünyaya gəlməsinə səbəb olur. Alimlərin fikrincə, bu gen bütün müasir mavi gözlü insanları əmələ gətirən tək bir mutasiya ilə əlaqəlidir.
Bu elmi araşdırmalardan əvvəl alimlərin qənaətinə görə, ilk və eləcə də ən qədim mavi gözlü insan bir neçə il öncə aparılan arxeoloji qazıntılar nəticəsində İtaliyanın şimalından tapılan, təxminən 14.000 illik yaşı olan Villabruna adamı idi. Lakin alimlər yanıldıqlarını etiraf edib və yeni, daha maraqlı kəşflərin olacağına ümid bəslədiklərini bildiriblər.
Oqtay QORÇU

Ana səhifəyə dön


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:298
embedMənbə:https://reyting.az
archiveBu xəbər 27 Dekabr 2024 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see741

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see318

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see305

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see298

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see269

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see258

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see257

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see251

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see248

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see243

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see241

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see237

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see223

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see222

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see216

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see197

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see195

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see190

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see184

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

06 Noyabr 2026 14:09see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri