Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

Serialdakı Arda illər sonra (Foto)

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

Dünyanın müasir hərb tarixinə qalib dövlət adını yazdıran Lider

Dünyanın müasir hərb tarixinə qalib dövlət adını yazdıran Lider

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

 “20 sentyabr – Azərbaycan dövlətinin müstəqillik tarixinə yazılmış əbədi və şanlı səhifədir. 2023-cü il sentyabrın 20-də zəfərlə başa çatan lokal xarakterli antiterror əməliyyatı müstəqil dövlətin ərazi bütövlüyü və suverenliyinin bərpasının əsas təminatçısıdır. Ona görə də 2 il bundan öncə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun təxminən 23 saat 43 dəqiqə ərzində qazandığı hərbi uğur dünya hərb sənəti tarixinə qızıl hərflərlə yazılmış tarixi hadisə sayılır. 
20 sentyabr zəfərinin bir çox özəllikləri var. Əvvəla, həm 44 günlük müharibə, həm də 1 günlük antiterror əməliyyatı nəticəsində əldə edilmiş tarixi zəfərə son 200-300 il ərzində dünyanın heç bir ölkəsi imza ata bilməyib. İkincisi, beynəlxalq münasibətlər sistemində ikili standartlar, riyakarlıq, erməni təəssübkeşliyi, iqtisadi maraqların müəyyənləşdirici faktorlara çevrildiyi bir zamanda anti-Azərbaycan koalisiyasını məğlub etmək və onu ölkəmizin yaratdığı yeni reallıqlarla barışmaq məcburiyyətində qoymaq misilsiz nailiyyətdir. Üçüncüsü, sovetlər birliyinin ləğvi sayəsində müstəqillik qazanmış Azərbaycan Respublikası dövlət suverenliyini rəsmən məhz 2023-cü il sentyabrın 20-də təmin etdi. O zamana qədər erməni faşistlərinin təcavüzkar siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal altında idi... Bu mənada Prezident İlham Əliyevin qətiyyətli siyasəti Azərbaycanın dövlət suverenliyinin təmininin bir nömrəli faktoru sayılır”.
Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə deyib.
Onun sözlərinə görə, suveren dövlət - beynəlxalq hüquqda ali hakimiyyəti təmsil edən, daxili və xarici siyasətdə tamamilə müstəqil dəst-xətt yürüdən, başqa ölkələrdən asılı olmayan və hansısa bir coğrafi ərazidə suverenliyi formalaşan dövlət deməkdir. “Beynəlxalq hüquq suveren dövlətləri daimi əhaliyə, müəyyən bir əraziyə, ali və tək hökumətə sahib, digər suveren dövlətlərlə münasibət qurmağa gücü olan subyekt kimi xarakterizə edir. 
Azərbaycan suveren dövlət statusunu qazanmaq üçün 30 il erməni işğalı ilə mübarizə apardı. Halbuki, beynəlxalq hüquq, ayrı-ayrı təşkilatlar, ələlxüsus da, BMT səviyyəsində qəbul edilən qətnamələr, beynəlxalq konvensiyalar hər bir ölkənin ərazi bütövlüyünə hörmətlə yanaşmanı ehtiva edir, ərazi bütövlüyü və sərhədlərin zorla dəyişdirilməsini yolverilməz sayır. Suverenliyin və ərazi bütövlüyünün təmini ilə bağlı yekun qərarın hüquqi əsasları məhz adını çəkdiyimiz təşkilatların qəbul etdikləri sənədlərdədir. BMT Nizamnaməsinin 51-ci maddəsi, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 nömrəli qətnamələri, eləcə də, BMT Baş Assambleyası, Avropa Şurasının Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı və digərlərinin qərar və qətnamələrinə 30 il məhəl qoymayan Ermənistan Azərbaycana ərazi bütövlüyünü bərpa etməkdən ötrü hərbi əməliyyatlar variantından başqa yol qoymadı. Və 2020-ci il sentyabrın 27-də Azərbaycan ordusunun start verdiyi əks-hücum əməliyyatları cəmi 44 gündən sonra – noyabrın 10-da Ermənistan ordusunun məğlubiyyəti və təcavüzkar dövlətin kapitulyasiya aktı imzalaması ilə sona yetdi. Ordumuz torpaqlarımızın böyük hissəsini azad etdi. Aqressor ölkə daha 3 rayon – Kəlbəcər, Ağdam və Laçının döyüşsüz təhvili, Qarabağdakı silahlı birləşmələrin ləğvi və digər bu kimi öhdəliklər götürsə də, 2020-ci ilin 10 noyabrından sonra həm şərti sərhəddə, həm də təmas xəttində mütəmadi törədilən hərbi təxribatlar göstərdi ki, ermənilər separatizmi davam etdirir və Azərbaycanın yurisdiksiyasını tanımaq istəmirlər. Bu isə labüd şəkildə lokal xarakterli antiterror əməliyyatına gətirib çıxardı”, - o qeyd edib.
 Deputat əlavə edib ki, antiterror əməliyyatını şərtləndirən ciddi səbəblər var və bu gün erməni təbliğatı hadisələri fərqli ampluada, fərqli iddialarla təqdim etməyə çalışsa da, dünya ictimaiyyəti Ermənistanın 2020-ci ilin noyabrından sonra da işğalçılıq və separatçılıq niyyətlərindən əl çəkmədiyini faktlarla görməli və qəbul etməlidir: “Məsələ ondadır ki, Ermənistan 44 günlük müharibədə məğlub olduğunu təslim aktı ilə təsdiqləməsinə rəğmən, sonradan bu sənədi “atəşkəs” sənədi kimi təqdim edir, təslim aktında irəli sürülən bəndlərin ermənisayağı interpretasiyasına çalışır, rəsmi Bakının Qarabağ ermənilərinə ünvanladığı reinteqrasiya çağırışlarını cavabsız buraxırdı. Bu azmış kimi, Laçın dəhlizindən yararlanaraq Qarabağa silah toplayır, 2021, 2022 və 2023-cü illərdə davamlı təxribatlara əl atır, bölgənin təbii sərvətlərini talayaraq xaricə satırdılar. Azərbaycanın vətənpərvər gənclərinin Qarabağda təşkil etdikləri və bütün xalqın dəstəklədiyi “eko-aksiyalar”ın mahiyyətində də məhz separatçıların vəhşi əməllərinin qarşısını almaq istəyi dururdu.    
Faktlara diqqət edək: 10 noyabr tarixli Üçtərəfli bəyanata zidd olaraq, Ermənistan 3 il ərzində silahlı qüvvələrini və hərbi texnikasını Qarabağdan çıxarmadı. Azərbaycan ərazisində Ermənistan ordusuna məxsus 100-dən çox tank və zirehli nəqliyyat vasitələri, zirehli texnika, eləcə də radioelektron mübarizə vasitələri yerləşdirildi. 200-dən çox top və artilleriya qurğuları, hava hücumuna qarşı ən müasir qurğular separatçıların ixtiyarına verildi. Bundan başqa, 44 günlük müharibədən sonra məqsədyönlü şəkildə Azərbaycana qarşı terror aktlarını həyata keçirmək üçün 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalardan istifadə edildi. Laçın sərhəd-buraxılış məntəqəsi qurulmayana qədər Ermənistandan Qarabağa qanunsuz şəkildə minalar gətirildi və müxtəlif yerlərdə basdırıldı. Nəticədə, məğlub tərəfin yeni hərbi avantüralara hazırlaşdığını görən Azərbaycan dövləti Həkəri çayı üzərində “Laçın” Nəzarət-Buraxılış Məntəqəsinin yaradılması haqqında qərar verdi. Beləliklə, 2023-cü il aprelin 23-də Laçın dəhlizi tam şəkildə Azərbaycan sərhədçilərinin nəzarəti altına keçdi və bununla da suverenliyin təməli qoyuldu. Lakin ermənilər bundan sonra da təxribatçı əməllərini dayandırmadılar. Qarabağa torpaq yollarla silahların daşınması, Xankəndi yolunda beton plitələrdən blok-postların qurulması, Azərbaycanın bölgədə yaşayan ermənilərə ərzaq göndərməsinə etiraz və reinteqrasiya təklifindən imtina lokal xarakterli antiterror əməliyyata başlamağın əsas səbəbləri sırasındadır.
Beləliklə, 2023-cü il sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə konstitusiya quruluşumuzun bərpası məqsədilə antiterror tədbirlərinə başlanıldı. Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat nəticəsində qarşıya qoyulan bütün vəzifələr yerinə yetirildi. 
Ağır məğlubiyyətdən sonra qondarma Dağlıq Qarabağ rejimi özünü buraxdığını elan etdi. Qeyri-qanuni xunta rejimi ləğv olundu, separatçıların əsas rəhbərləri isə həbs edilərək Bakıya gətirildi. Bir sözlə, Azərbaycan dövlət suverenliyini tam təmin etdi. Zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşdı. Bu hadisə Azərbaycanın dövlət suverenliyinin təşəkkülündə tarixi, unudulmaz mərhələyə çevrildi.
Antiterror əməliyyatının tarixi mahiyyətini, suverenliyimizin təsbitində oynadığı rolu nəzərə alaraq Prezident İlham Əliyev 2024-cü il 19 sentyabr sərəncamı ilə 20 sentyabrı Dövlət Suverenliyi Günü kimi təsis etdi. Və Azərbaycan xalqı bundan sonra hər il 20 sentyabrı Dövlət Suverenliyi Günü kimi qeyd edəcək. Bu qərar Azərbaycanın 1991-ci ildə müstəqilliyinin bərpası ilə başlayan hərəkatın kulminasiya nöqtəsi - ərazi bütövlüyü və müstəqillik uğrunda onilliklər boyu davam edən mübarizənin zəfər sonluğunun simvolik ifadəsidir. 
44 günlük müharibə və 1 günlük antiterror əməliyyatı nəticəsində qazanılmış tarixi zəfərə ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında sərəncam imzaladı. Artıq il sona yaxınlaşır və istər ölkəmizdə, istərsə də azərbaycanlıların yaşadıqları digər ölkələrdə suverenliyin bərpası ilə bağlı müxtəlif tədbirlər keçirilir, 44 günlük müharibə və lokal xarakterli antiterror əməliyyatında qazanılmış zəfərin mahiyyəti dünya ictimaiyyətinə çatdırılır. 
Bəli, 20 sentyabr unudulmaz tarixdir. Məhz bu tarixdə baş tutan antiterror əməliyyatı 30 illik işğalın və separatizmin gətirdiyi ağrı-acıları birdəfəlik aradan qaldırdı. Gələcək nəsillər isə Prezident İlham Əliyevin dünya hərb sənəti salnaməsində layiqli yerini almış zəfər epopeyası ilə hər zaman fəxr edəcək, Azərbaycan xalqının müstəqilliyini və suverenliyini göz bəbəyi kimi qorumağa qadir olduğu həmişəlik yaddaşlara yazılacaq”.
Mürtəza 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://olke.az
archiveBu xəbər 20 Sentyabr 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see351

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see347

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see335

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see294

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see263

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see229

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see209

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see197

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see191

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see188

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see187

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see185

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see176

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see173

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see173

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see173

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see162

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see161

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see161

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri