Icma.az
close
up
RU
Dünyanın yeddi möcüzəsindən biri: Efes Türkan Turan yazır

Dünyanın yeddi möcüzəsindən biri: Efes Türkan Turan yazır

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkan TURAN

İnsanlar möcüzənin anidən baş verdiyinə inanır. Bəzən səbrlə, bəzən də səksəkə içində, amma daha çox ümidlə oturub onun yolunu gözləyirlər. Ömrü yetənlər də olur, görmədən köçüb gedənlər də. Əksər insanlar elə bilirlər ki, möcüzə parlaq, işıqlı, yumşaq, toxunanda onu yenidən doğulmuş kimi hiss etdirən, bütün həyatını dəyişəcək bir gücdür. Amma heç vaxt təbiətin, okeanın, yerin altının-üstünün, hətta yaradılışın möcüzə olduğu ağıla gəlmir. Mənə elə gəlir ki, möcüzə arzulanan, gözlənən deyil, yaradılan hissdir, bəlkə də duyğudur. Ona görə də, oturub ayağa gəlməyini gözləməyin yox, qalxıb hüzuruna getməyin önəmli olduğuna inanıram. Yaxınlarda dünyanın yeddi möcüzəsindən biri sayılan, Türkiyədə və Avropada əhəmiyyətli ticarət mərkəzi olduğu qədər günümüzdə də, həm qədim mədəniyyətlərin, həm keçmiş çağların bütün xüsusiyyətlərini öyrənməyimiz və anlamağımız baxımından xüsusi yerə sahib olan Efes antik şəhərinə getdim. Sözün həqiqi mənasında möcüzədir. Təkcə Ege tərəflərdə deyil, dünyanın gəzməli və görməli yerlərinin ilk sıralarındadır. Yüzillərdir müqəddəs torpaq, ziyarət mərkəzi kimi tanınır. Bu haqda ötən sayımızda, "Məryəm Ana evi" adlı yazıda ətraflı yazmışdıq. İndi isə sırada milyonlarla tarixsevərin dünyanın o başından gəlib ziyarət etdiyi dünyanın ən məşhur qədim şəhərlərindən biridir. Tarixçi Heredot Efes üçün "Yer üzündə gördüyüm ən gözəl göy üzü və iqlim buradadır" sözü əbəs yerə deməyib. Abidə 5 iyun 2015-ci ildə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Gerçəkləşən kəhanət

Afina kralı Kadrosun cəsur oğlu Androklos Egenin qarşı sahillərini kəşf etmək istəyir. Əvvəlcə bu fikri Apollon tapınağının kahinləri ilə bölüşür. Kahinlər ona balıqların və donuzların olduğu yerdə şəhər quracağını deyirlər. Androklos və yanındakılar bilicilərin sözlərinin təsiri altında Egenin mavi ilə göy rəng arasında dəyişən sularına doğru yelkən açırlar. İzmirin c?nubundakı Kaystros, yəni indiki Menderes çayının d?nizl? birl?şdiyi yerə gəlirlər. Sahilə çıxıb ocaq qalayır, tutduqları balıqları bişirirlər. Bu vaxt kolların arxasından çıxan çöl donuzları balıqları qapıb qaçırlar. Ətrafdakılar çaşıb qalırlar, çünki başlarına gələn bu hadisə kəhanətin işarəsi sayılırdı. Həmin vaxt ərazidə şəhər qurmağa qərar verirlər. Kənd təsərrüfatının, əkin-biçin üçün əlverişli torpaqların, şərqə açılan böyük ticarət qapısı Kral Yolunun başlanğıcı olur. Ancaq şəhərin tarixi Miladdan əvvəl 6000-ci illərə qədər uzanır. Bu faktı son illərdə Arvalya və Çuxuriçi kurqanlarında tapılan arxeoloji qalıqlar isbat edir. Hətta Ayasuluq təpəsində aparılan qazıntı işləri burada Erkən tunc dövründən insanların yaşayış yeri olduğunu göstərir. Bu da qədim Efes şəhərinin Aysuluk təpəsində olduğunu, Anadolu xalqlar köçü və Hetitlər tərəfindən yurda çevrildiyinin isbatıdır. Bundan əlavə, Hetit yazılarında Apasas olaraq bəhs edilən şəhərin Efes olduğu təxmin edilir. Antik yazarlar Strabon, Pavsani, Heredot, efesli şair Kallinos kimi antik qaynaqlar Efesin Amazonlar tərəfindən qurulduğuna və yerli xalqın kariyalılar və leleqlərdən ibarət olduğundan bəhs edirlər.

Xronologiya və dəyişiklik

Şəhər miladdan əvvəl II əsrdə romalıların müstəmləkəsi olur və Efes sürətlə inkişaf edərək ən parlaq dönəmini yaşamağa başlayır. Hətta o dönəm şəhər əhalisinin sayı 250 minə çatır. Lakin IV əsrdə limanın torpaqla dolması nəticəsində Efesdə ticarət geriləyir. İmperator Hadrian limanı dəfələrlə təmizlədir. Ancaq şimaldan gələn Marnas Çayı və Kiçik Menderes çayının alluviallarla dolmağının qarşısını ala bilmirlər. Nəticədə Efes dənizdən uzaqlaşır. VII əsrdə ərəblər əraziyə hücum çəkir. Bizans dönəmində təkrar yer dəyişdirən və ilk dəfə qurulduğu Səlcuqdakı Aysuluq təpəsinə gələn Efes, 1304-cü ildə Səlcuqlar tərəfindən ələ keçirilir, 1426-cı ildə isə Osmanlı torpaqlarının tərkibinə qatılır. 1914-cü ildə Ayasuluq adı Səlcuq ilə dəyişdirilir. 1957-ci ildə isə İzmirin rayonu olur. Bütün bu faktlar şəhərin tarix boyu xeyli yer dəyişikliyinə məruz qalması nəticəsində qalıqlarının 8 kilometrlik geniş əraziyə yayılmağına gətirib çıxarır.

Artemis tapınağı

Gələk dünyanın yeddi möcüzəsindən biri olan Artemis tapınağına. Qədim dünyanın mərmərdən inşa edilən ilk tapınağıdır. Təməlləri miladdan əvvəl VII əsrə gedib çıxır. Tanriça Artemisə ithafən Lidya kralı Kroesus tərəfindən inşa edilən bu abidə, yunan memar Kersipron tərəfindən dizayn edilir və dönəmin ən böyük heykəltaraşları - Fidias, Poliklet, Kresilas, Phradmon tərəfindən inşa edilir, ətrafı bürünc heykəllərlə bəzədilir. Tapınaq həm bazar yeri, həm də dini müəssisə olaraq istifadə edilib. Artemis tapınağı e.ə. 356-cı ildə adını ölümsüzləşdirmək istəyən Herostrat adlı bir yunan tərəfindən dağıdılır. Həmin gecə Böyük İskəndər dünyaya gəlir. İllər sonra Anadolunu fəth etdikdə Artemis tapınağını görür, efeslilərə yenidən düzəldilməyini təklif edir, fəqət rədd cavabı alır. Tapınaqda bu gün sadəcə bir neçə mərmər blok qalıb. 1863-cü ildə Britaniya Muzeyinin arxeoloqu Con Turtul tərəfindən qazıntı başladılır və 1869-cu ildə 6 metr dərinlikdə Artemis tapınağının təməlləri ortaya çıxarılır.

Selsus kitabxanası

Efesin önəmli parçalarından biri Selsus kitabxanasıdır. Roma dönəmi memarlığının ən gözəl örnəklərindən olan bu abidə həm kitabxana, həm məzar abidə xüsusiyyətini daşıyırdı. Kitabxana e.ə. 35-ci ildə Asya konsulu Julias Aqulia tərəfindən inşa edilib. Roma memarlığının xüsusiyyətlərini daşıyan abidənin ön fasadı dönəmin ən gözəl örnəklərindən hesab edilir. Abidənin girişindəki sütunlar arasında sıralanmış 4 qadın heykəli Selsusun 4 ünsürünü vurğulayır. Sofiya müdriklik, Arete xəyalların gücü, Enoia zəka, Episteme bilgi. Bu gün bu heykəllərin orijinalları Viyana Muzeyində sərgilənir. Çünki 1896-cı ildə dönəmin sultanı II Abdulhamid tərəfindən imperator Franz Jozefə hədiyyə edilib. Dəhşətli faktdır, ancaq təəssüf ki, həqiqətdir. Belə məqamda bir sual ağıla gəlir; heç ölkənin tarixindən hədiyyə olar?

Selsus kitabxanasında 1970-ci ildə bərpa işləri başlayır. Səkkiz il sonra kitabxananın çökmüş divarları ayağa qaldırılır. Qeyd edim ki, bura İnkəndəriyə və Bergamadan sonra dönəmin ən böyük üçüncü kitabxanası sayılırdı. İçərisində 14 mindən çox kitab varmış.

Adrian tapınağı

Adrian tapınağı İmperator Adrianın adına inşa edilib. Domisian tapınağı isə şəhərdəki ən böyük abidələrdən biridir. İmperator Domisianın adını əbədiləşdirmək üçün ərsəyə gətirilib. Günümüzdə sadəcə təməlləri gün üzünə çıxarılıb. İmperatorun heykəlinin isə sadəcə başı və bir qolu tapılıb. Şəhərin ən maraqlı abidələrindən digəri isə Serapis tapınağıdır. Selsus kitabxanasının arxasında yerləşir. Xrsitianlıq dönəmində kilsəyə çevrilən tapınaq Misir memarlıq üslubunda inşa edilib. Məryəm kilsəsi isə 431-ci ildə Məryəm ana adına inşa edilən ilk kilsədir. Xristianlıqdakı ilk "Yeddi kilsə" arasındadır.

Kürətlər küçəsi

Dövlət aqorası ilə Selsus kitabxanası arasındakı yol Kürətlər küçəsidir. Şəhərin idarə edilməsində əhəmiyyətli rol oynayan və hər il dəyişən altı üzvə sahib olan Kürətlər birliyinin keçdiyi yol olduğu üçün bu adı almışdı. Küçənin iki tərəfində mövcud olan sütunların gerisində dükanlar və önündə Efes şəhərinin məşhur insanlarına aid heykəllər mövcuddur. Şəhərin ən böyük kanalizasiya sistemi mərmərlə döşənmiş bu küçənin altındadır. Hətta insanların ayağının sürüşməməsi üçün mərmər üzərində açdıqları dəliklər insanı heyrətləndirir.

Maqnezia qapısı

Efes antik şəhərin iki giriş qapısı var. Bunlardan biri şəhərin ətrafındakı qala divarlarının şərq qapısı olan Məryəm Ana yolu üstündəki Maqnezia qapısıdır. Şərq Gimnaziyası, Panayır dağı ətəyindəki Maqnezia qapısının yanındadır. Yeri gəlmişkən, Gimnaziya Roma dönəminin ilk məktəbidir.

Yamac evləri

Terraslarin üstündə inşa edilən çox mərtəbəli evlər var. Burada şəhərin zəngin insanları yaşayırmış. Peristil adlanan sütunlu evlər ən yaxşılarından hesab edilir. Divarları mərmərdə, fresklərlə örtülü, tavanı mozaiklərlə bəzəklidir. Heyrətləndirən digər fakt isə bu evlərin istilik sistemlərinin və hər birinə aid hamamlarının olmağıdır.

Şəhərin ən gözəl yerlərindən biri Böyük teatrdır. Mərmər küçənin qurtaracağında 24 min nəfərlik antik dünyanın ən böyük açıq hava teatrıdır. Xüsusi işləməli və üç qatlı olan səhnə binası tamamilə dağılıb. Bura amfiteatrla qarışdırılmasın. Çünki xüsusiyyətləri tamamilə başqadır.

Hamam və ümumi tualet

Romalıların ən əhəmiyyətli yerlərindən biri tualetlər idi. Burada sıra ilə düzülən tualetlərdə oturaraq uzun söhbətlər edirmişlər. Ortasında hovuzu olan bu tualetlər şəhər sakinlərinin sosiallaşdığı yer sayılırdı. Soyuq, ilıq, isti su sistemləri mövcud idi. Təsəvvür edirsiniz, bu gün biz kafe və restoranlarda necə sosiallaşırdıqsa, onlar da tualetdə oturub elə sosiallaşırmışlar.

Ayasuluq təpəsi

Xüsusilə Ayasuluq təpəsində və Çuxurişi kurqanında aparılan qazıntı işlərində neolit dönəminə yaşayış olduğu ortaya çıxan Efesin, yenə eyni qazıntılar zamanı Tunc dövründə qurulduğu məlum olur. Bundan əlavə, Hetit dönəmində qərbi Anadoluda imperatorluğa bağlı Arzava-Mira Krallıqlarının paytaxtı olan Apasasın da Ayasuluq təpəsində olduğu aşkarlanıb. Helenistik və Roma dönəmlərində Efesdə inkişaf edən şəhərin Bizans dönəmində yenidən Ayasuluq təpəsinə gəldiyi, 1330-cu ildə türklər tərəfindən alındığı və Aydınoğulları bəyliyinin paytaxtı elan edildiyi bilinməkdədir.

İoannın məzarı

Bizans İmperatoru I Yustinian tərəfindən inşa edilən və o dönəmin ən böyük abidələrindən olan 6 qübbəli bazilikanın mərkəzi qismində, altda İsanın ən sevdiyi həvarisi İoannın məzarının olduğu iddia edilir. Ancaq buna dair hələ ki hər hansı bir tapıntıya rast gəlinməyib. Xristianlar üçün olduqca əhəmiyyətli qəbul edilən bu kilsə Ayasuluq qalasında yerləşir, şimalında xəzinə binası və vəftiz yeri mövcuddur.

Yeddi yatmışlar

Bizans dönəmində məzar kilsəsinə çevrilən bu yer Roma imperatorlarından Desi zamanında bütpərəstlərin zülmündən qaçan yeddi xrsitian gəncin Panayır dağı ətəklərinə sığındıqları rəvayət edilən mağara olduğu deyilir. Deyilənə görə, Desi gənclərin sığındığı mağaranı tapır və ölsünlər deyə qapısını daşla bağladır. Möcüzə əsasında gənclər 300 illik yuxuya dalırlar. Hətta bəlli bir müddətdən sonra mağaranın üstündə kilsə inşa edilir. Kilsə 1927-28-ci illərdə aparılan qazıntı zamanı ortaya çıxarılır və bunların e.ə. 56-cı ilə aid məzarların olduğu aşkarlanır. Yeddi yatmışlara ithaf edilən yazılar həm məzarlarda, həm də kilsə divarlarında mövcuddur.

İngilislərin növbəti oğurluğu

Efes antik şəhəri, Türkiyədəki ən qədim qazıntıların aparıldığı yerlərdən biridir. Şəhərdəki ilk qazıntı işləri yuxarıda da qeyd etdiyim kimi, Con Turtul tərəfindən 1863-64-cü illərdə Artemis tapınağını gün üzünə çıxartmaq üçün başlayır. Qazıntılara on il fasilə verilir, 1904-1905-ci illər  Davud Hoqartın başçılığı ilə yekunlaşır. Ancaq Osman Hamdi Bəy tərəfindən əsərlərin qorunmağı üçün 1884-cü ildə "Əsər-i Antika" qanunu çıxarılana qədər əsərlər oğurlanaraq İngiltərəyə aparılır. Həmin tarixdən sonra tapılan əsərlər Türkiyədə qalır. Bu tapıntılar günümüzdə Efes Arxeoloji Muzeyində sərgilənməkdədir.

Səksən faizi hələ də torpağın altında qalan bu qədim şəhəri ildə orta hesabla 1.5 milyon turist ziyarət edir. Bu rəqəm Romanın məşhur Kolezyum Arenasının demək olar ki, yarısı qədərdir. Ölmədən əvvəl görüləcək yerlərdən biridir. "Yolu düşən getsin" demirəm, yolunuzu mütləq buradan salın. Möcüzəni gözləmək lazım deyil, bəzən hüzuruna getmək lazımdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dekabrda qarət olunub, xəbəri indi çıxır...

02 Mart 2025 12:08see135

Sabirabadda şəhid adı verilən küçə acınacaqlı halda

02 Mart 2025 01:40see134

ABŞ nin maliyyə naziri: Kiyev iqtisadi sazişi qəbul etmək üçün sülh müqaviləsini imzalamalıdır

03 Mart 2025 01:15see129

Netanyahu hərbi katibini Moskvaya göndərdi

02 Mart 2025 00:13see125

Xankəndidə tikiş fabriki fəaliyyət göstərir İşçilər təəssüratlarını bölüşdülər

02 Mart 2025 01:01see125

Model alışdı, dördotaqlı ev külə döndü

02 Mart 2025 19:06see123

Mən Zelenskiyə...mübahisələrə girməməyi söylədim...

02 Mart 2025 01:08see119

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

02 Mart 2025 10:59see118

Cenk Tosun Yaponiya yolunda

02 Mart 2025 00:30see117

Baş katib Ukraynada atəşkəs hazırlığına çağırış edib

03 Mart 2025 00:13see116

Yol polisi sürücülərdən bunu xahiş ETDİ

02 Mart 2025 00:25see114

Nüvə təhlükəsi azalır, amma Rusiyanın Avropa ilə müharibə riski artır

03 Mart 2025 00:26see112

ABŞ Ukrayna ilə nadir torpaq metalları üzrə müqaviləni imzalayacaq? Nazirdən AÇIQLAMA

03 Mart 2025 09:41see112

Bakıda narkokuryerlikdə şübhəli bilinən şəxsdən 4 kq tiryək və marixuana aşkarlanıb

03 Mart 2025 14:34see109

Maskın ixtisar etdiklərini Moskva ilə Pekin TOPLAYIR

03 Mart 2025 14:36see108

Miroslav Kloze: “Mahirə qarşı kin saxlamıram”

03 Mart 2025 01:39see108

“RoPax” tipli “Azərbaycan” gəmi bərəsinin “RoPax” tipli “Azərbaycan” gəmi bərəsinin istismara verilməsindən 4 il ötür Yeni Gündəm

02 Mart 2025 00:15see107

“Bu söhbətlərlə Çimnazın atasına zərbə vurursuz, ailəsi aciz deyil ki...” ÖZƏL

02 Mart 2025 07:58see107

Tez hazırlanan sıyıq və pürelərin sağlamlığa TƏHLÜKƏSİ KONKRET

02 Mart 2025 19:41see107

Suriya təhlükəsizlik qüvvələri Dəməşq ətrafında silahlı dəstələrlə toqquşub

02 Mart 2025 11:26see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri