Icma.az
close
up
RU
Menu

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

Beyaz bu tarixdə ekranlara dönür Video

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

Netanyahu bazar ertəsi Trampla görüşəcək

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

525 ci qəzet Dünyanın cənnəti seçilən kənd Türkan Turan yazır

525 ci qəzet Dünyanın cənnəti seçilən kənd Türkan Turan yazır

Icma.az, 525.az saytına istinadən bildirir.

Türkan TURAN

2012-ci il dekabrın 21-indəki vurhavur yadınıza gəlməmiş olmaz. Guya, qiyamət qopacaq, dünyanın altı üstünə çevriləcəkdi. Sonra Yer üzü üçgünlük qaranlığa qərq olacaq, o üç gündə sunamilər, zəlzələlər baş verəcək, vulkanlar püskürəcək, bir sözlə, yer yerindən oynayacaqdı. Bütün insanlar dərin yuxuya dalacaqdı və altı gün oyanmayacaqdı. Həmin məqamda dünya sıfırlanacaq və yenidən yenilənəcəkdi. Təbii ki, bütün dünyanın altı üstünə çevrilərkən bir Şirincəyə, bir də Fransanın Bugarach kəndinə heç nə olmayacaqdı. Altı gündən sonra Şirincəyə bir gəmi gələcəkdi, gəmidə də kim olsa yaxşıdır? Hə, İsa Məsih... Məsihin qədəmləri torpağa dəydiyi anda qaranlıq aydınlığa çevriləcəkdi, yatmış insanlar arınmış olaraq oyanacaqdılar. Həmin məqamda əsas məsələ baş verəcəkdi: olduğumuz bədəndən işıq bədənə keçiləcəkdi. Təbii ki, kim sağ qalsa. Beləliklə, "Altın çağ" başlayacaqdı və qurtulan insanlar o çağa keçəcəkdilər.

İndi dünyanın bir küncündən oturub o ildən bəri olanlara, olmayanlara nəzər salıram və öz özümə düşünürəm: Nə altın çağ, pas tutmuş, çürüməyə doğru sürətlə irəliləyən bir çağa gəlib çıxdıq - həm də bütün dünya əhalisi olaraq. 

O vaxt "Altın çağa" keçmək üçün, dünyanın dörd bir yanından insanlar buraya axın edirdilər. Avstriyadan Avstraliyaya, Kanadadan Amerikaya qədər adamlar Şirincədə "start"da dayanmışdı. Sonra nə oldu? Heç nə, həmişəki kimi nəhəng bir heç! Nə fırtına qopdu, nə tufan, nə sunami oldu, nə dünyanın altı üstünə gəldi. Nə gəmi göründü uzaqdan, nə gəlməyən gəmidən İsa endi torpağa. Qaranlıq oldu, amma beyinlərdə, ürəklərdə, vicdanlarda. O gündən bəri dünyanın deyil, aydın düşüncəli ruhların zülmətinə çox şahid olduq. Dünyanın isə gecəsi gecə, gündüzü gündüz olmaqda davam etdi. Onsuz da kainatın məqsədi, duruşu bəllidir. Rəngdən rəngə girən, olduğu vəziyyətə görə cildini dəyişən, üç qəpiklik mənfəət üçün illərlə inşa edilmiş onurunu, qürurunu satan insandır. Əlbəttə, qınamıram. Hətta normal qəbul edirəm və fikrimcə, insanları olduğu kimi qəbul edəndə daxildəki lazımsız bütün savaşlar bitir. Xəfif bir təbəssümlə "Ah, insan övladı, daha nələrinə şahid olacağıq" demək gəlir içimdən. Yazarkən, o vaxt quraşdırılan "qiyamət" ssenarisinin necə qüsursuz olduğuna heyran qalıram. Mağazalardakı şam qıtlığı, market vitrinlərindən silinib süpürələrək alınan konservləşdirilmiş məhsullar yadıma düşür. Sözün həqiqi mənasında tragikomediya yaşayıbmışıq. Yaxşı, bu şounun qazananı kim oldu deyə sual yaransa, düşünmədən bir cavab verərəm: Şirincə!

Kəndin fəlakətdən qorunacağını iddia edən keçmiş mürəbbə bişirən, hazırkı spiritualizmlə məşğul olan İşıq Yazan oldu. O uydurma, bu uydurma, Şirincənin adı dünyaya yayıldı. Hər il buraya iki milyona yaxın turist gəlir. Özü də, önəmli turizm mərkəzlərini geridə qoymağı bacarır.

İllər sonra...

Ötən həftə yolumu qiyamətə meydan oxuyan Şirincəyə saldım. Kənd sanki nağıl kitablarının səhifələrindən pırtlayıb dağların arasına düşüb. Ayağımı torpağa basar-basmaz özümü kəndin labrintə bənzəyən dar küçələrinə atdım. Bəyaz evlərin aralarında eniş aşağı və yoxuş yuxarı hərəkət etdim. Hər yerdən hüzur fışqırır, hər yerdən sakitlik axır insanın üzərinə. Burada gəzərkən heç yerə tələsmirsən, içindəki dünya təlaşı yavaşlayır, bədənin rahatlayır, ürəyin ritmi nizamlanır sanki. Qəribə də olsa, özünü əmin əllərdəymiş kimi hiss edirsən.

Şirincə ilə Makondanın ortaq nöqtəsi

Şirincə, Rum kəndidir. Kəndin quruluş tarixi də, dünənə sırağa günə yox, düz V əsrə qədər gedib çıxır. Hətta kəndin qurulma hekayəsi mənə Qabriel Qarsiya Markesin şah əsərini "Yüzillik tənhalıq" romanında Xose Arkadionun Ursula və bir neçə nəfərlə birlikdə ata-baba torpaqlarından ayrılıb özlərinə Makonda adlı vətən qurmaqlarını xatırlatdı.

Buranın da hekayəsi Efesdən başlayır. Efes, İoniya dövlətinin Anadolunun qərb sahilinin mərkəzi hissəsini əhatə edən zəngin və görkəmli antik şəhərlərindən idi. Şəhər bu zənginliyini limanına borcluydu. Anadoluya mallar Ege sahilinə gələn gəmilər vasitəsi ilə çatdırılırdı. Anadoludan mallar yenə eyni limandan ixrac edilirdi. Buna görə də, bölgə uzun illər zənginlik içərisində yaşayır. Ancaq suyla gələn bu zənginliyin sonunu yenə su hazırlayır. Menderes çayı daşmağa başlayır. Nəticədə allüvial çöküntü baş verir. Proses o qədər sıx və surətli baş verir ki, bir müddət sonra Efesin Ege dənizi ilə olan bağlantısı kəsilir. Bir vaxtlar zəngin liman şəhərinin dənizlə aralarında ciddi məsafə yaranır və şəhər dənizə çox uzaqdan baxar olur.

Allüval çöküntü Efesdən sadəcə dənizi uzaqlaşdırmır, puldan, maldan, zənginlikdən də məhrum eləyir. Baş verən bu yoxsulluq insanların Efesdən ayrılmağına, hərənin başını götürüb bir tərəfə getməyinə səbəb olur. On iki nəfərlik bir qrup insan isə bu gün Şirincənin olduğu yerə gəlirlər. Buranı özlərinə məskən seçirlər və adını da "Dağdakı Efes" qoyurlar. O vaxtdan bəri kəndin adı dəfələrlə dəyişir. Keçən əsr xəritələrə Kırkıca, Kırkınca olaraq həkk olur. Dağ başındakı kiçicik kənd, uzun illər Çirkincə adını da daşıyır. Şirincənin aldığı adlar arasında ən maraqlı hekayəsi olan da elə bu addır. Deyilənə görə, keçmişdə burada yaşayanlar Səlcuğa endiklərində "Kəndiniz necədir, nələr var, nələr yox?" deyə soruşanlara, "çirkin, çirkincə" cavabını verirmişlər. Kəndin gözəlliyini başqalarından gizlətmək üçün istifadə etdikləri bu söz zaman içində kəndin adına çevrilir. Cümhuriyətin ilk illərində dönəmin İzmir valisi Kazım Dirik Paşanın ziyarətinə qədər eyni adı daşıyır. Kəndin gözəlliyini görən vali, bu adın bura yaraşmadığını söyləyərək Şirincə olaraq dəyişdirir. Ancaq adının dəyişməsi ilə Şirincəlilərin talehi də dəyişir. Çünki tezliklə əhali mübadiləsi baş verir. Həm gedənlərin, həm gələnləri həyatları əvvəlki kimi olmur. 30 noyabr 1923-cü ildə Türkiyə ilə Yunanıstan arasında imzalanan mübadilə müqaviləsinin nəticəsində Şirincədə yaşayan Rumlar, Yunanıstanın müxtəlif bölgələrinə gedərək, Selanik, Manastr kimi şəhərlərdən gələn türklər də Şirincədə məskunlaşırlar. Hətta deyirlər ki, ataları, dədələri dağların ətəklərindən yeriyərək Şirincəyə gəlib çatanda qaşlarını çatıb, "bizi qazıqladılar" deyiblər. Buradan çıxarılan rumlar da getdikləri yerdə özlərinə kənd qurub, adını Şirincə qoyurlar. Şirincə kəndinin ərazisində 40 dənə kilsə və monastır qalıqları mövcuddur. Üstəlik, Məryəm Ananın məzarının bu bölgədə, yəni Bülbül dağlarında olduğuna dair iddialar var.

Yenidən kəşf edilən kənd

Uzun illər səssiz, sakit yaşamağa davam edən Şirincə, son illərdə sözün əsl mənasında bir sıçrayış, şahlanma yaşadı. Yenidən kəşf edildi. On beş il əvvələ qədər küçələrində yemək yeyəcək kafe, qalmağa yerin olmadığı kənddə bu gün restroanlar, cakuzili pansiyonlar bir-biri ilə yarışır. Kəndin girişində maşınların park edildiyi yerdə enəndə ətrafdakı dağların, təbiətin mənzərəsi tablo kimi önündə sərgilənməyə başlayır. Bir-birinin önünü kəsməyən, sıralanmış ağ evlər, evlərin ortasından ucalan kilsələr, dar küçələr insanı cazibəsi ilə təsir altına alır.

Kəndin cəmi 530 nəfər əhalisi var. Qazanc yerləri isə əl əməyi ilə ərsəyə gətirdiklərini dünyanın dörd bir yanından kəndə gələn qonaqlara satmaqlarıdır. Bunların da başında şərabçılıq gəlir. Daha əvvəl görmədiyim şərab növlərini burada gördüm. Bapbalaca kəndin hər küncü, bucağı şərab mağazaları, şərab məhzənləri ilə doludur. Qovun, şaftalı, nar, qarağat, limon, gül, alma, qurudulmuş üzümdən tutmuş, qara, qırmızı, ağ üzüm və çoxunu unutduğum bir çox meyvələrdən çəkilən şərabları var. İçə bildiyin qədər daddırırlar. Səkkiz-doqquz növ içkinin dadına baxdım. Hamısı bir-birindən necə ləzzətli ola bilər deyə heyrət etdim. Əslində, Datça və Mardində "datça, süryani" şərablarını test eləmişdim. Yaxşı idi. Amma Şirincədəkilər başqa aləmdir. Hər yer zeytun ağacları ilə doludur. Bu da zeytundan hazırlanan məhsulların, eləcə də süzmə zeytun yağının ən əlasının burada olmağı deməkdir. Qadınların toxuduqları oyuncaqlar göz oxşayır. Müşahidəmdən bu nəticəyə gəldim ki, hamı əlindəki bir ovuc fürsəti qazanca çevrir. Kimi bağını kafeyə çevirib, kimi evini pansiyona. Dondurmaları isə dillərə dastandır. Bu günə qədər yediklərimin ən ləzzətlisi və tamamilə təbiisidir deyə bilərəm. Kəndə sırf "gözləmə" yemək üçün gələnlər var. Xəmir yeməklərindən uzaq olduğum üçün onun ləzzətindən bixəbər qaldım. Ancaq hər bağda, hər kafedə bir sacın olmağı, qadınların xəmir yayıb, gözləmə bişirməsi, yemək yeyən hər turistin qabında bir gözləmə olduğunu nəzərə alsaq, deməli, o da deyildiyi qədər var.

Romanların mövzusu

Kənddən bəhs edən iki kitab var. onlardan biri mübadilədən əvvəl yaşadığı torpaqları kiçik yaşda tərk etmək məcburiyyətində qalan aydınlı yazıçı Dido Sotiriounun yazdığı "Ölülər gözləyər" romanıdır. Digəri isə böyük yazıçı Sabahattin Alinin "Sırça köşk" adlı hekayələr kitabıdır. Yazıçı "Çirkincə" adlı hekayəsində bu sözlərlə bəhs edir Şirincənin gözəlliyindən: "Hələ Şirincə... Hələ bu yeddi, səkkiz evlik dağ başındakı kənd... Daha uzaqdan şam və zeytun ağaclarının arxasından, ağ evlərin pəncərələri parıldayan, meydanlarını iri çinarların kölgələdiyi kiçik rum qəsəbəs... Bu qədər gözəl bir yerə necə olub ki, Çirkincə adını verdiklərinə uşaqlığımdan bəri heyrət edirəm". Haqlıdır, böyük yazıçı. İnsan kəndi qucaqlamaq istəyər? Mənim içimdən bu addımı atmaq keçdi. Məsum, saf, gözəl olan hər şeyi bağrımıza basmağı hansımız istəmərik ki?

Dido Sotirion isə deyir ki: "Burada yaşayan hər kəndli öz əfəndisi idi. Hamının iki mərtəbəli evi vardı. Qoz, badam, alma, armud, gilənar ağacları ilə dolu idi hər yer. Bağları, bağçaları vardı. Heç kim bağından gül əkməyi əsirgəmirdi. Dörd tərəfdən fışqıran axar suların nə yazda, nə də qışda səsi kəsilirdi. Nəğmə idi o səslər. Buğdanın, arpanın yetişdiyi vaxt tarlalarımız qızıl rəngli dənizdən fərqsiz olurdu. Bizimkilər kimi bərəkətli, budaqları yerləri yalayan, sulu, dolu, yupyumuru, qapqara, par-par parıldayan zeytun ağacına başqa yerdə rast gələ bilməzdiniz".

Mənə elə gəlir ki, dünyanın cənnəti seçilən Şirincəni ömrüm boyunca unutmayacağam.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Fevral 2025 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see225

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see191

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see170

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see164

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see157

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see151

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see149

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see149

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see149

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see147

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see143

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see142

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

26 Dekabr 2025 16:14see139

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see138

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see134

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see132

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see132

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri