Icma.az
close
up
RU
Dünyaya ancaq mənfi tendensiyalar gətirdiyi üçün dövlətlər, xalqlar ABŞ yə inanmır ŞƏRH

Dünyaya ancaq mənfi tendensiyalar gətirdiyi üçün dövlətlər, xalqlar ABŞ yə inanmır ŞƏRH

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

"Co Bayden, Kamala Harris və Antoni Blinkenin rəhbərlik etdiyi ABŞ Demokratlar Partiyası tarixdə qaldı. Amma necə qaldı sualına cavab tapmaq üçün ötən dövr ərzində onların atmış olduqları addımlara, gedər ayaq Tramp administrasiyası üçün minalı ərazilərin əhatə dairəsini genişləndirmək cəhdlərinə nəzər yetirək".


Bu sözləri "Sherg.az"a açıqlamasında Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova söyləyib. Politoloq bildirib ki, ömrünün ahıl, idarəçiliyinin isə qeyri-effektiv dönəmində Baydendən daha çox fəal olan və özünü sülhpərvər obraza bürüyən Blinken soyadı kimi gözünü qırpmadan Demokratlar partiyasını müharibə partiyasına çevirdi:

"Blinken ictimai bir ziyalı kimi karyerasını gücləndirmək işində bu cür qərəzli siyasət yürütməkdən başqa fərqli yol tapa bilmirdi. Beləliklə də, militarizm siyasi zərurətə və Vaşinqtonun xarici siyasətinin ən mühüm alətinə çevrildi. Sanki "ilan ulduz görməsə ölməz" məsəli kimi müharibə, qan onlar üçün qida mənbəyinə çevrilmişdi. Hətta ABŞ mətbuatında gedən müəllif yazılarında obrazlı şəkildə belə bir ifadə də yer alırdı: "Prezident hərbi qatarı dağıdıb, partiya liderləri onu yanacaqla təmin edir, seçicilər isə vaqonlarda oturur”. Yəni, təyinat nöqtəsi fəlakət vəd edir. Dünyada transsərhəd təcavüzünü dayandırmaq üçün “qaydalara əsaslanan nizam”ın zəruriliyi haqqında danışmağı sevən Bayden və onun dövlət katibi Antoni Blinken idarəçilikləri dönəmində qaydaları öz mülahizələri ilə pozmağa haqq qazandırırdılar. ABŞ Yaxın Şərq, Suriya, Afrika, Latın Amerikası, Avropa olmaqla bir çox bölgələri bilavasitə və dolayı yolla "bombaladı".  Bayden administrasiyası öz tutduqları yolun əksinə, 2022-ci ildən bəri Ukraynaya kömək etmək üçün çox az iş gördüsə, məntiqi olaraq Kiyev də münaqişədə qalib gəlmək şansını hər keçən gün daha da itirdi. Elə burdaca güc və Blinken ifadələri ikiüzlü siyasətin, müqəddəs iyrəncliyin şəkərli bir qarışığına qarışır. Blinkenin atdığı addımlar anarxiyaya, xalqların milli kimliyinin pozulmasına, çürük feminizmə, LGBT ideyalarının nəinki geniş vüsət almasına, hətta hegemonluğa gətirdi. Bunu isə peşəkar xarici siyasət tənqidçisi olmadan da sadə insanlar görə bilirdi. Eyni zamanda o, başqalarının məruz qaldığı mənəvi və siyasi sınaqlardan da maksimum istifadə etməklə özü haqqında sülhsevər imic yaradaraq onun daşıyıcısına çevrilmək üçün hətta Nobel sülh mükafatı almaq üçün tamahına tət deyə bilmirdi".


Şəbnəm Həsənovanın sözlərinə görə, Blinkenin siyasəti yüksək səslə tənqid edilməli, ikiüzlülüyünün həddi-hüdudunun olmadığı göstərilməlidir:

"ABŞ və Ermənistan arasında imzalanan xartiya Bayden administrasiyasının xarici siyasət mirasını Tramp dövrünə də keçirmək, o dövrdə də həmin siyasəti təyin etmək istəyidir. Blinken minlərlə fələstinlini öldürən və Qəzza zolağını tamamilə viran qoyan, Livanda insanlıq dramı yaradan, Ukrayna olmaqla, dünyanın müxtəlif regionlarında günahsız insanları öz yuvalarından köçkün vəziyyətinə salan müharibələrin müəllifidir. İkiüzlü siyasət Blinkenin sadəcə siyasi qərarlarında, atdığı addımlarında deyil, ritorikasında da incidir. Elə "Dağlıq Qarabağ" ifadəsinin yenidən dövriyyəyə gətirilmə cəhdi kimi… Məhz buna görə zamanında Blinken haqlı olaraq proseslərdən kənarlaşdırıldı. Bayden administasiyasının məqsədi yarımçıq, yalançı, üzdən səthi, altdan laxlayan olsa da Ermənistanla Azərbaycan arasında formal sülhə nail olmaqla adlarını tarixə həkk etmək idi ki, bu həmlələrin hər birini görürdük".


Politoloq əlavə edib ki, dünyaya ancaq mənfi tendensiyalar gətirdiyi üçün dövlətlər, xalqlar ABŞ-a inanmır:


"Lakin reaksiya vermək yox, proaktiv siyasət yürütmək lazımdır ki, bu işin öhdəsindən də çox lider gələ bilmir. Cənab Prezident İlham Əliyev çox müdrik yanaşma ortaya qoydu. Qərb siyasətini hələ heç kimin yox, elə hamıdan əvvəl dünyanın supergücünün dövlət başçısının tənqid etdiyini bildirdi.

 Məsələn, nüfuzlu "Forreign Affairs" jurnalı yazırdı ki, Bayden yalnız Rusiya və Çinlə iş görməsinlər deyə dünyanın bir çox ölkələrində insan haqlarının kobud şəkildə pozulmasına tez-tez göz yumub. Jurnal öz nəşrində hesab edirdi ki, “ABŞ prezidentləri çox vaxt insan haqları ilə bağlı öhdəliklərini yerinə yetirmirlər” və “Birləşmiş Ştatlardan kənarda, xüsusən də qeyri-Qərb ölkələrində bəziləri Vaşinqtonun liberal dəyərləri təbliğ etməsində çoxdan ikiüzlülük görürlər”. Bu ikiüzlülüyü görən Azərbaycan zamanında düzgün siyasət yürütdü və öz reallığını özü yaratdı. Buna görədir ki, bir çox liderlər və aktuallıq baxımından vurğulayaq ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze son səfəri çərçivəsində dövlət başçımıza münasibətdə bildirir ki, "Siz regionda fərqli bir Lidersiniz və bizim üçün də nümunəsiniz. Siz ölkənizə dövlətinizin mənafelərini qorumaqla rəhbərlik edirsiniz." Gürcüstan da Qərbin iç üzünü gördüyündən, üzünü nümunə olan aktora tutdu. 

Bir sözlə, Blinken insan hüquqlarının müdafiəsi ilə bağlı verdiyi vədlərə xəyanət etdisə, bütövlükdə Bayden administrasiyası ABŞ-ın universal normalara, belə normaları müdafiə edənlərə də məhəl qoymamasının nümunəsi kimi tarixə düşdü".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 Yanvar 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri