Icma.az
close
up
RU
Bakıdan dünyaya enerji mesajı ŞƏRH

Bakıdan dünyaya enerji mesajı ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

2025-ci ilin iyun ayında keçirilmiş Bakı Enerji Həftəsi, Azərbaycanın beynəlxalq enerji siyasətində tutduğu mövqeyi və Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən çevik, uzaqgörən və strateji diplomatiyanın real nəticələrini əyani şəkildə nümayiş etdirdi. Bu tədbir təkcə enerji sərgisi olmaqdan çıxaraq, beynəlxalq əməkdaşlığın, geosiyasi sabitliyin, texnoloji tərəqqinin və ekoloji məsuliyyətin sintez olunduğu bir platformaya çevrildi. Prezident İlham Əliyevin 30-cu Bakı Neft və Qaz Sərgisi və 13-cü Xəzər Enerji Sərgisi çərçivəsində etdiyi çıxışlar, Azərbaycanın enerji siyasətinin yalnız iqtisadi maraqlara deyil, həm də regional və qlobal sabitliyə, enerji təhlükəsizliyinə və ekoloji davamlılığa yönəldiyini sübut etdi. Çıxışlarda Azərbaycanın neft və qaz ixracatçısı olmaqla yanaşı, həm də enerji təhlükəsizliyinin qlobal təminatçısı rolunu oynadığı vurğulandı. Bu çıxışlar, enerji geosiyasətinin təkcə enerji resurslarının paylanması deyil, həm də beynəlxalq güvənin, diplomatik əməkdaşlığın və sülhün təmin olunmasında nə qədər mühüm rol oynadığını təsdiqlədi. Prezident İlham Əliyev çıxışında Azərbaycanın enerji strategiyasının əsas sütunlarını ardıcıl və aydın şəkildə təqdim etdi. "Əsrin müqaviləsi" ilə başlayan bu strateji xətt, Cənub Qaz Dəhlizi kimi nəhəng infrastruktur layihələrinin uğurla həyata keçirilməsi ilə regionda enerji xəritəsini dəyişdirdi. Azərbaycanın bu layihələrdə göstərdiyi təşəbbüskarlıq və koordinasiya bacarığı, onu Avropa və Asiya arasında etibarlı enerji körpüsünə çevirdi. Bu baxımdan TANAP və TAP kimi layihələr təkcə iqtisadi deyil, həm də geosiyasi sabitlik alətidir.Geosiyasi mənzərədə Azərbaycanın rolu dəyişmiş və güclənmişdir. Bu isə təsadüfi deyil. Prezident İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət, Azərbaycanın həm Qərb, həm də Şərqlə münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə qaldırmağa imkan vermişdir. Bakı Enerji Həftəsi çərçivəsində Prezidentin çıxışlarında da bu məqam ön plana çəkildi: Azərbaycan artıq yalnız enerji ixrac edən ölkə deyil, həm də qlobal enerji dialoqunun aparıcı iştirakçısı və təşəbbüskarıdır. Xüsusilə qeyd olunmalıdır ki, Prezident İlham Əliyev çıxışında iqlim dəyişikliyi və yaşıl enerji məsələlərinə xüsusi önəm verdi. Azərbaycanın 2024-cü ildə COP29-a ev sahibliyi etməsi, ölkənin ekoloji çağırışlara cavab vermək və qlobal enerji keçidinə dəstək olmaq əzmini nümayiş etdirir. Qarabağ və Şərqi Zəngəzurda yaradılacaq "yaşıl enerji zonaları" və bərpa olunan enerji sahəsində həyata keçirilən layihələr, Azərbaycanın gələcəyə yönəlik baxışını və ekoloji məsuliyyətini ortaya qoyur. Prezidentin bu istiqamətdəki çıxışları, Azərbaycanın yalnız karbohidrogenlərlə deyil, həm də günəş, külək və hidroenerji potensialı ilə də beynəlxalq enerji bazarında söz sahibi olacağını göstərdi. İnsan kapitalı və elmi-texniki potensialın inkişafı da çıxışların mühüm istiqamətlərindən biri oldu. Prezident İlham Əliyev vurğuladı ki, enerjiyə dair siyasətin müvəffəqiyyəti yalnız infrastrukturla deyil, həm də insan resurslarının səviyyəsi ilə bağlıdır. Bu səbəbdən, peşə təhsili, texniki sahələrdə ixtisaslaşma və beynəlxalq təcrübə mübadiləsi dövlət siyasətinin mühüm istiqamətləri kimi qeyd olundu. Burada Azərbaycan modeli formalaşır: iqtisadi səmərəlilik, siyasi sabitlik və diplomatik çeviklik üzərində qurulmuş enerji siyasəti. Bu model, digər inkişaf etməkdə olan ölkələr üçün də bir nümunə təşkil edə bilər. Prezidentin liderliyi ilə formalaşan bu enerji siyasəti, Azərbaycanın həm iqtisadi, həm də siyasi müstəqilliyini möhkəmləndirməklə yanaşı, regionda və beynəlxalq arenada sabitlik və əməkdaşlıq mühitinin inkişafına da xidmət edir. Bu siyasət nəticəsində Azərbaycan, enerji təhlükəsizliyi və ekoloji məsuliyyət sahəsində regional lider olmaqla yanaşı, qlobal miqyasda da önəmli söz sahibinə çevrilməkdədir. Bu baxımdan Prezident İlham Əliyevin Bakı Enerji Həftəsindəki çıxışları yalnız cari reallıqların deyil, gələcəyin enerji nizamının da manifestinə çevrilmişdir. Bu manifest, Azərbaycanın milli maraqlarını beynəlxalq əməkdaşlıqla uzlaşdıran, bəşəri çağırışlara cavab verən və sabit inkişaf üçün etibarlı yol xəritəsi təqdim edən bir liderlik nümunəsidir.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 İyun 2025 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see384

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see353

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see344

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see292

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see260

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see257

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see242

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see235

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see219

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see210

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see210

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see207

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see202

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see200

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see198

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see193

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see187

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see177

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri