Icma.az
close
up
RU
Xankəndi zirvə görüşü qalib dövlətin dünyaya yenidən təqdimatıdır

Xankəndi zirvə görüşü qalib dövlətin dünyaya yenidən təqdimatıdır

Sfera.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xankəndidə keçirilən 17-ci Zirvə görüşünü izlədikcə, bir daha fərqinə varırsan ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Zəfərin tarixi miqyası düşündüyümüzdən də böyükdür. Xankəndidən yayımlanan möhtəşəm səhnələri seyr etdikcə, daha çox hiss edirsən ki, qalib Dövlətin vətəndaşı olmaq, həqiqətən, böyük xoşbəxtlikdir. Çünki Xankəndi Zirvə görüşü bərpa olunan tarixi ədaləti tərənnüm etməklə yanaşı, qürurlu və ləyaqətli Xalqın, qüdrətli və qalib Dövlətin dünyaya yenidən təqdimatıdır.

Dövlət və hökumət başçılarının Füzuli Beynəlxalq Hava Limanında  və Prezident İlham Əliyev tərəfindən Xankəndidə rəsmi qarşılanma mərasimləri başqa bir tarixi səhnəni də xatirəmdə canlandırdı. Qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dörd il əvvəl iyunun 15-də, məhz Milli Qurtuluş Günündə Azərbaycanla tarixi Müttəfiqlik Bəyannaməsini imzalamaq üçün Şuşaya səfər etmişdi. Həmin gün Azərbaycan və Türkiyə Liderləri arasında yolüstü maraqlı bir dialoq baş vermişdi. Prezident İlham Əliyev əlini uzadaraq “O iki dağın arasında görünən yer Xankəndidir” demişdi. Türkiyə Cümhurbaşqanının  gülə-gülə verdiyi “Hotel oradamı?” sualına Azərbaycan Prezidenti eyni tövrlə, gülə-gülə belə cavab vermişdi: “Yox, amma orda da olacaq!”

Bu tarixi dialoqdan dörd il sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ECO-ya üzv ölkələrin dövlət və hökumət başçılarını-Türkiyə, Pakistan, İran, Özbəkistan, Qırğızıstan, Tacikistan, Şimali Kipr Türk Cümhuriyyətinin liderlərini, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, Əfqanıstan, Türkmənistan və Nigeriyadan olan yüksəksəviyyəli qonaqları, BMT-nin ali təmsilçisini  Xankəndidə, yeni inşa olunmuş Konqres Mərkəzində qarşıladı. Bir daha hər kəsə, ilk növbədə, tarixi Zəfərimizi hələ də həzm edə bilməyən bədxahlarımıza göstərdi ki, yalnız vədinə əməl etmək gücündə olan Lider xalqın inam və etimadını  qazana, beynəlxalq arenada öz kəsərli sözünü deyə bilir. Necə ki, Prezident İlham Əliyev Vətən müharibəsindən cəmi üç gün əvvəl, 2020-ci il sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarındakı çıxışı zamanı  verdiyi bəyanatı həyatda artıq tarixi gerçəkliyə çevirib: “Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaqdır. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam şəkildə bərpa edilməlidir. Dağlıq Qarabağ qədim və tarixi Azərbaycan torpağıdır. Qarabağ Azərbaycandır!”

ECO-nun Xankəndidə keçirilən 17-ci Zirvə görüşü bu tarixi bəyanatın artıq reallığa çevrildiyini bütün dünyaya nümayiş etdirməklə yanaşı, qətiyyətli Lider sözünün  əməldə necə təsdiqlənməli olduğunu, söz və əqidə bütövlüyü nümunəsini hər kəsə, o cümlədən bədxahlarımıza göstərdi. Prezident İlham Əliyev Xankəndi Zirvə görüşündəki çıxışı zamanı ali qonaqların diqqətinə bu tarixi həqiqəti də çatdırdı: “Dəfələrlə Ermənistana və onun arxasında duran dövlətlərə bildirirdik ki, əgər Ermənistan işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxmasa, biz öz ərazi bütövlüyümüzü hərbi yolla bərpa edəcəyik. Əfsuslar olsun ki, Ermənistan və onun havadarları bizim bu xəbərdarlığımızı ciddi qəbul etməyiblər. Nəticədə peşman olublar”.

Azərbaycan Prezidenti çıxışında İslam Əməkdaşlıq Təşkilatı Nazirlər Şurasının ötən ay İstanbulda 57 üzv ölkənin yekdil qərarı ilə qəbul etdiyi qətnaməni də xatırladaraq, yüzminlərlə azərbaycanlının intizarına son verilməli olduğunu açıq mətnlə bəyan etdi: “Qərbi azərbacanlıların Ermənistandakı öz dədə-baba torpağına sülh yolu ilə qayıdışının təmin edilməsi sahəsində səylər bundan sonra da davam etdiriləcək”.

Prezident İlham Əliyevin bu bəyanatında açar söz “sülh” ifadəsidir. Cənubi Qafqazdan hələ də əl çəkmək istəməyən və burada yenidən süni şəkildə gərginlik ocağı yaratmağa çalışan dairələr bilməlidirlər ki, Azərbaycanın yeganə hədəfi tarixi ədaləti sülh yolu ilə bərpa etmək və regiona dayanıqlı əmin-amanlığı gətirməkdir. Bu hədəfin arxasında iki əsr boyunca ağır mənəvi məhrumiyyətlərə məruz qalmış bir xalqın iradəsi və bu iradəni qətiyyətlə təmsil edən Azərbaycan Prezidentinin bütün vədlərini gerçəyə çevirən tərəddüdsüz siyasəti dayanır. Bu, elə bir siyasətdir ki, mövqeyindən və ölkəmizə münasibətindən asılı olmayaraq, yaradılan reallığı gec-tez bütün aktorlara qəbul etdirə bilir. Azərbaycan və İran Prezidentlərinin bütün dünyanın gözü qarşısında Şuşada ana dilimizdə açıq və səmimi ünsiyyəti həmin reallıqlardan yalnız biridir.

Bədxahlarımız bütün bunlardan nə qədər məyus olursa, qardaş və dost ölkələrin liderləri öz sevincini daha açıq şəkildə ifadə edir, həqiqətləri deməklə səmimi mövqelərini ortaya qoyurlar. Zirvə görüşündən bir gün əvvəl, iyulun 3-də Azərbaycan Prezidenti ilə birgə Ağdamın Xıdırlı kəndinin birinci mərhələsinin açılışda iştirak edən Qırğız Respublikasının Prezidenti Sadır Japarovun sakinlərlə görüş zamanı söylədiyi bu fikir Prezident İlham Əliyevin xalqımız və Türk dünyası qarşısında tarixi xidmətlərinin miqyasına hətta sərhədlərimizdən çox-çox uzaqlarda da verilən yüksək dəyəri təcəssüm etdirir: “Prezidentiniz İlham Heydər oğlu Əliyevi qoruyun. O, düzgün xarici siyasət sayəsində bu torpaqları sizə qaytarıb”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zirvə görüşü yekunlaşdıqdan sonra hava limanında verdiyi müsahibə elə həmin sevincin, Azərbaycan adına Türk dünyasında yaşanan qürur hissinin növbəti səmimi ifadəsidir: “Xankəndi gələcəyə yönəlik, gerçəkdən, çox-çox gözəl bir görüşmə yerinə çevrilir. Bu gün ECO-nun toplantısında bunun ilk addımını atdıq. Bu münasibətlə mən hörmətli Prezident İlham Əliyev qardaşımı görülən işlərlə bağlı şəxsim və millətim adından təbrik edirəm... Azərbaycan qardaşım İlham Əliyevlə fəxr edə bilər”.

Ülvi Quliyev 

Milli Məclisin deputatı   

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://sfera.az
archiveBu xəbər 05 İyul 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see234

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see211

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see179

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see176

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see147

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see144

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see138

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see137

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see137

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see134

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see133

Natan Ake “Vest Hem”ə keçməkdən imtina edib

01 Yanvar 2026 01:17see133

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see131

Mançester Siti nin futbolçusu hələ də Bundesliqa klubunun hədəfindədir

01 Yanvar 2026 00:47see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri