Icma.az
close
up
RU
DÜNYAYA XƏBƏRDARLIQ: Gələn il aclıq başlayır

DÜNYAYA XƏBƏRDARLIQ: Gələn il aclıq başlayır

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Dünyada ərzaq təhlükəsizliyi ilə bağlı yeni risklər artır. Gübrə təchizatında mümkün çatışmazlıq, enerji qiymətlərinin yüksək qalması və güclü El Niño hava hadisəsi gələn il qlobal ərzaq bazarında ciddi problemlərə səbəb ola bilər.

Modern.az xəbər verir ki, JPMorgan analitikləri 2027-ci ildə ərzaq inflyasiyasının sürətlənməsi və bəzi regionlarda ərzaq təchizatının təzyiq altında qalması ilə bağlı xəbərdarlıq ediblər.

Bankın təhlilinə görə, xüsusilə azot əsaslı gübrələrin təchizatında yaranan problemlər kənd təsərrüfatı istehsalına birbaşa təsir göstərə bilər. Bunun əsas səbəblərindən biri gübrə istehsalının enerji, xüsusilə də təbii qazla sıx bağlı olmasıdır.

JPMorgan bildirir ki, dünyada istifadə olunan karbamidin əhəmiyyətli hissəsi Fars körfəzi regionundan idxal edilir. İran ətrafındakı münaqişə və regionda nəqliyyat marşrutlarının pozulması isə gübrələrin istehsalı və daşınmasına əlavə risklər yaradır.

Məsələni daha da mürəkkəbləşdirən amil isə El Ninyo hava hadisəsidir. JPMorgan-ın hesablamalarına əsasən, hazırkı El Ninyo hadisəsinin ilin sonuna qədər “çox güclü” və ya “super El Niño” səviyyəsinə çatma ehtimalı 81 faizdir. Şərtlərin gələn il də davam etməsi ehtimalı isə 97 faiz qiymətləndirilib.

Gübrə kənd təsərrüfatında məhsuldarlığın əsas amillərindən biridir. Xüsusilə azot gübrələrinin vaxtında torpağa verilməsi məhsulun həcminə ciddi təsir göstərir.

JPMorgan qeyd edir ki, azot gübrəsi istehsalında yaranan fasilənin təsiri dərhal deyil, əkin mövsümündən sonra daha aydın görünə bilər. Fermerlər gübrə bahalaşdığı üçün ondan daha az istifadə etsələr, məhsuldarlıq aşağı düşə və nəticədə bazara çıxarılan ərzağın həcmi azala bilər.

Bu isə taxıl, düyü, qarğıdalı və digər əsas kənd təsərrüfatı məhsullarının qiymətlərinə əlavə təzyiq yarada bilər.

JPMorgan-ın hesablamasına görə, güclü El Niño ilə enerji qiymətlərinin eyni vaxtda yüksək qalması qlobal ərzaq inflyasiyasına 1,3-1,5 faiz bəndi əlavə təzyiq göstərə bilər. Bank 2027-ci ilin ilk yarısında qlobal ərzaq inflyasiyasının illikləşdirilmiş tempinin təxminən 5 faizə yüksələ biləcəyini proqnozlaşdırır.

Analitiklərə görə, ərzağın istehlak səbətində daha böyük paya malik olduğu inkişaf etməkdə olan ölkələr risklərə daha həssasdır.

Xüsusilə Hindistan, İndoneziya, Braziliya və Kolumbiya həm gübrə, həm də hava şəraiti ilə bağlı risklər baxımından diqqət çəkir.

Bununla belə, JPMorgan vəziyyətin avtomatik olaraq qlobal ərzaq qıtlığına çevriləcəyini bildirmir. Bank qeyd edir ki, hazırda qlobal taxıl ehtiyatları əvvəlki böyük böhran dövrləri ilə müqayisədə daha əlverişli vəziyyətdədir və Asiyada düyü ehtiyatları da nisbətən yüksəkdir.

Yəni əsas təhlükə gübrə çatışmazlığı, enerji böhranı və ekstremal hava şəraitinin eyni vaxtda baş verməsidir. Bu ssenari reallaşarsa, təsir yalnız kənd təsərrüfatı ilə məhdudlaşmaya, ərzaq qiymətlərindən tutmuş qlobal inflyasiyaya qədər genişlənə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Avqust 2026 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see641

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see320

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see310

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see303

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see299

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see298

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see283

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see272

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see265

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see257

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see249

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see244

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see235

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see235

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see235

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see231

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see231

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see229

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see227

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri