Dursun Özbək Musiala barədə: “Gündəmimizdə yoxdur”
Icma.az, Apasport portalına istinadən məlumat yayır.
“Transferləri edəcəyik, hamı da bunu görəcək”.
Apasport.az xəbər verir ki, bu sözləri “Qalatasaray”ın prezidenti Dursun Özbək klubun yay transfer planları barədə danışarkən deyib.
O, Camal Musiala transferinin gündəmdə olmadığını bildirib:
“Musiala gündəmimizdə yoxdur. ‘Transferlər haradadır?’ deyə gileylənirlər. Amma nəticədə hər il transferlərimizi edirik və çempion oluruq. Mən ‘transfer etməyəcəyəm’ demişəm? Bəziləri yenə eyni oyunu səhnəyə qoyur. Artıq buna öyrəşmişik”.
Dursun Özbək komandanın planlı şəkildə hərəkət etdiyini vurğulayıb:
“Hamı danışır, amma 10+4 legioner limiti var, bunu bilmirlər? Biz planlı irəliləyirik. Futbolçu araşdırmalarımız və planlarımız var. Bunu necə edəcəyimizi yaxşı bilirik. Doğru bildiyimiz yoldan dönmürük. Transfer etmədən dayanmayacağam”.
Qeyd edək ki, "Qalatasaray" bu yay transfer dövründə indiyədək yalnız fransalı yarımmüdafiəçi Lesley Uqoçukvunu heyətinə qatıb.
FİFA dünya çempionatını özəlləşdirir? Avropa ölkələri boykotu müzakirə edir Acunun komandası Türkiyə klubunu məğlub edib Ranyeri İtaliya millisində vəzifəyə başladı Zirkze “Yunayted”dən ayrılır? Mançini rəsmən İtaliya millisində
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 29 İyul 2026 09:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















