Dursun Özbəkdən iddialı açıqlama: Hədəf beşinci çempionluqdur
Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.
“Bu mövsüm ardıcıl beşinci çempionluğumuzu hədəfləyirik. Eyni zamanda, Çempionlar Liqasında da “Qalatasaray”a yaraşan mübarizə nümayiş etdiririk”.
Apasport.az xəbər verir ki, “Qalatasaray”ın prezidenti Dursun Özbək bu fikirləri “Qalatasaray”lı İş Adamları Dərnəyinin (GSYİAD) təşkil etdiyi mükafatlandırma mərasimində səsləndirib.
Klub rəhbəri komandanın mövsümdəki hədəflərindən danışıb:
“Xüsusilə son oyunlarımızda necə bir klub olduğumuzu, futbolçularımızın komandaya nə qədər bağlı olduqlarını hamımız gördük. Azarkeşlərimizin də klubumuzu nə qədər sevdiklərinin və dəstəklədiklərinin şahidi oluruq.
Rəhbərlik olaraq vəzifəyə gəldiyimiz gündən “Qalatasaray”ı daha yüksəklərə daşımaq, daha böyük uğurlara imza atmaq üçün çalışırıq. Həm Çempionlar Liqasında, həm də ölkə çempionatında ardıcıl beşinci çempionluğa gedən yolda əlimizdən gələnin ən yaxşısını edəcəyimizə heç kimin şübhəsi olmasın.
Bu yolda ən böyük ehtiyacımız sizin dəstəyiniz və bizə inanmağınızdır. Sizi əmin edirəm ki, mən və həmkarlarım “Qalatasaray”a xidmət etmək üçün əlimizdən gələni edirik. Uğurlarımızda sizin də böyük payınız var. Hər zaman yanımızda olun, bizi dəstəkləyin. Çempionluqlarımıza və uğurlarımıza birlikdə sevinək”.
Asiya Çempionlar Liqasında qalmaqal – Hakim fasilədə dəyişdirildi “Bavariya” Keynin əvəzləyicisini “Arsenal”da tapdı Alisson “Liverpul”un tarixinə düşdü PSJ-dən Çempionlar Liqasında Fransa rekordu Kimmix “Bavariya”nı sərt tənqid etdi – Musiala ilə bağlı qalmaqal
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 26 Noyabr 2026 18:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















