Icma.az
close
up
RU
Düşənbə görüşü Prezident İlham Əliyevin siyasi zəfəri və Azərbaycanın tarixi ləyaqət anıdır ŞƏRH

Düşənbə görüşü Prezident İlham Əliyevin siyasi zəfəri və Azərbaycanın tarixi ləyaqət anıdır ŞƏRH

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 13 oktyabr, AZƏRTAC

Tarix bəzən bir an içində böyük həqiqətləri üzə çıxarır. Oktyabrın 9-da Tacikistanın paytaxtı Düşənbədə baş tutan görüş - Prezident İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putinin təkbətək söhbəti məhz belə anlardan biri idi. Bu görüş təkcə iki ölkə arasındakı diplomatik əlaqələrin epizodu deyil, həm də müasir beynəlxalq münasibətlər sistemində Azərbaycan Prezidentinin siyasi qətiyyəti, dövlətçilik iradəsi və mənəvi ucalığının parlaq təcəssümü idi. Görüşün ən diqqətçəkən məqamı - bəlkə də son illərin ən mühüm siyasi hadisəsi Vladimir Putinin Azərbaycanın dövlət başçısından və Azərbaycan xalqından rəsmi şəkildə üzr istəməsini deməsi oldu. Bəli, Rusiya kimi nəhəng dövlətin rəhbəri, dünya siyasətinin aparıcı fiqurlarından biri Prezident İlham Əliyevin qarşısında səmimi şəkildə üzrxahlıq etdi. Bu, sadəcə, diplomatik jest deyil, həm də Azərbaycan diplomatiyasının, Prezident İlham Əliyev məktəbinin, milli qürurun və beynəlxalq hüququn tarixi qələbəsidir. Rusiya Prezidenti faciəvi aviaqəza ilə bağlı bütün detalları şəxsən təqdim edərək, istintaqın nəticələrini açıqladı, məsuliyyəti açıq şəkildə öz üzərinə götürdü. Bu görüş bir daha sübut etdi ki, Prezident İlham Əliyev təkcə Azərbaycan dövlətinin deyil, bütövlükdə regionun ən güclü və düşünülmüş siyasət yürüdən Lideridir. Onun çıxışında sərgilədiyi təmkin, siyasi etika və eyni zamanda, dəmir məntiq bir daha göstərdi ki, Ulu Öndər Heydər Əliyev məktəbi bu gün Prezident İlham Əliyevin simasında yeni zirvələrə yüksəlib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında beynəlxalq hüquq üzrə ekspert Kəramət Qənbərov söyləyib.

O bildirib ki, Prezident İlham Əliyev dahi dövlət xadimi Ümummilli Lider Heydər Əliyevin ideyalarının canlı daşıyıcısı, onun dövlətçilik fəlsəfəsinin müasir dövrdə parlaq davamçısıdır. Atası kimi, o da yalnız siyasət yürütmür, siyasət yaradır, istiqamət müəyyənləşdirir, reallıqları dəyişir. Dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycan təkcə regionun deyil, beynəlxalq aləmin söz sahibi olan, iradəli və prinsipial mövqeyi ilə hörmət qazanan bir dövlətə çevrilib. Prezident İlham Əliyevin çıxışında ən təsirli məqamlardan biri onun faciə qurbanlarına və ailələrinə yönələn humanist münasibəti idi. O, hadisəni insanlıq faciəsi kimi qiymətləndirdi və məsələni hər zaman diqqət mərkəzində saxladığını vurğuladı. Bu, dövlətimizin başçısının təkcə siyasi xadim deyil, insanlığa, mərhəmətə və mənəvi dəyərlərə sadiq bir Lider olduğunu göstərdi. Humanizm Prezident İlham Əliyevin siyasətində, sadəcə, bir anlayış deyil, yol xəritəsidir. O, insan həyatını, ailəni, ədaləti və şəffaflığı hər şeydən üstün tutur. Bu da onu dünyanın bir çox siyasi liderlərindən fərqləndirən əsas xüsusiyyətdir.

Ekspertin sözlərinə görə, görüşün digər vacib istiqaməti iqtisadi-ticari münasibətlərin genişləndirilməsi idi. Rusiya Prezidenti qeyd etdi ki, iki ölkə arasında ticarət dövriyyəsi ötən il 6 faiz, bu il isə 16 faizdən çox artıb. Bu fakt Azərbaycanın iqtisadi diplomatiyasının səmərəliliyini və dövlətimizin başçısının xarici siyasətinin çoxşaxəli inkişaf modelini bir daha təsdiqləyir. Prezident İlham Əliyev isə cavab çıxışında bu münasibətlərin təkcə iqtisadi sahədə deyil, bütün istiqamətlərdə uğurla inkişaf etdiyini vurğuladı. Azərbaycan-Rusiya münasibətləri bu gün qarşılıqlı etimad, hörmət və strateji tərəfdaşlıq üzərində qurulub. Azərbaycan bu gün regionun enerji, logistika və təhlükəsizlik sahələrində mərkəzi güc mərkəzinə çevrilib.

“Tarixi görüşün ən böyük mənası ondan ibarətdir ki, Azərbaycan bu gün artıq heç kimin “kiçik tərəfdaşı” deyil. Azərbaycan bərabərhüquqlu, güclü və prinsipial dövlət kimi hər bir beynəlxalq müzakirədə öz sözünü deyir, ədaləti bərqərar edir. Rusiya kimi nəhəng bir güc mərkəzinin rəhbəri də Prezident İlham Əliyevin siyasi iradəsi qarşısında səmimi üzrxahlıq edir, məsuliyyət daşıyırsa, deməli, Azərbaycan diplomatiyası artıq təkcə regionda deyil, qlobal miqyasda da nüfuz amilinə çevrilib. Düşənbə görüşü bir daha göstərdi ki, Azərbaycan Prezidenti İlham Əliyev müasir dünyanın ən balanslı, lakin ən güclü liderlərindən biridir. O, hər bir hadisəyə ağıl, təmkin, ədalət və mərhəmətlə yanaşır, amma, eyni zamanda, dövlət maraqları məsələsində dəmir iradə nümayiş etdirir. Vladimir Putinin üzrxahlığı, sadəcə, bir hadisə deyil, bu, Azərbaycan Prezidentinin beynəlxalq aləmdə qazandığı mənəvi və siyasi qələbənin rəsmi etirafıdır. Dünya mediyası bu görüşü geniş işıqlandırdı və Düşənbədə yazılan bu tarix bir daha göstərdi: Azərbaycanın səsi artıq təkcə Qafqazda deyil, dünyanın hər yerində eşidilir”, - deyə K. Qənbərov əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Oktyabr 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri