Icma.az
close
up
RU
Düşmən torpağımıza “ölüm toxumu” səpib...

Düşmən torpağımıza “ölüm toxumu” səpib...

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Gəlin, onun qara niyyətini gözündə qoyaq

Ermənistanın Azərbaycan ərazilərinə basdırdığı minalar və partlamamış hərbi sursatlar mülki əhali və hərbi qulluqçuların həyatını təhdid etməkdə davam edir. Bu təhlükənin hələ də mövcud olduğu və ciddi humanitar fəsadlara yol açdığı bir daha təsdiqini tapır. Sonuncu mina partlayışı avqustun 5-də Kəlbəcər rayonunun ərazisində baş verib. Bu partlayış nəticəsində Azərbaycan Ordusunun 5 hərbi qulluqçusu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bundan əvvəl, iyulun 10-da isə Ağdərə rayonunun Həsənqaya kəndində 1979-cu il təvəllüdlü Quluyev Qulu Tufan oğlu təhlükəli ərazidə mal-qarasını otararkən piyada əleyhinə minaya düşmüş, nəticədə sol ayağından ağır xəsarət almış, sonradan ayağı amputasiya edilmişdir.

Göründüyü kimi, Ermənistanın işğal dövründə Azərbaycan ərazilərində qəsdən basdırdığı minalar hazırda mülki vətəndaşlarımıza xələl gətirir, bir çox çətinliklərin yaranmasına səbəb olur. Bəli, mina tələləri hərbi məqsədlərə xidmət etmir, mülki əhalini hədəf alaraq onlara qarşı böyük bir təhlükə yaradır. Həm də qaçqın və məcburi köçkünlərin doğma torpaqlarına geri qayıtmasının qarşısını almaq məqsədi güdür. Eyni zamanda, hayların bu əraziləri minalaması təkcə müharibənin hərbi aspektlərini deyil, həm də onun uzunmüddətli sosial təsirlərini göstərir.

Onu da qeyd edək ki, bu gün minalanmış ərazilərin dəqiq xəritələrinin olmaması minatəmizləmə işlərini də çətinləşdirir. Bu isə öz növbəsində, məcburi köçkünlərin torpaqlarına təhlükəsiz qayıdışını əngəlləyir. Axı insanlar öz doğma yurdlarına geri dönməzdən əvvə həmin ərazilər minalardan təmizlənməli, təhlükəsiz hala gətirilməlidir.

Deməli, minalar yalnız müharibə nəticəsində dağıdılmış infrastrukturun bərpasını çətinləşdirmir, eyni zamanda, insanlar üçün yaşayış sahələrinin və sosial xidmətlərin bərpası prosesini ləngidir, həm də onların psixoloji vəziyyətinə mənfi təsir göstərir.

Bu məsələnin beynəlxalq səviyyədə müzakirə olunması vacibdir. Çünki Ermənistanın minalanmış ərazilərin dəqiq xəritələrini Azərbaycan tərəfinə verməsi, bu təhlükənin aradan qaldırılması və insanların təhlükəsiz şəkildə öz torpaqlarına geri dönməsi üçün vacib amildir. Ona görə də beynəlxalq təşkilatlar, hökumətlər və qeyri-hökumət təşkilatları, məsələyə ciddi yanaşmalı və müvafiq tədbirlər görməlidirlər. Minalanmış ərazilərin dəqiq xəritələrini təqdim edilməsi yalnız iki ölkə arasındakı münasibətlərin normallaşmasına deyil, həm də regionda sülhün bərqərar olması üçün atılacaq addımdır. Bununla bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva beynəlxalq təşkilatları Ermənistanın cinayətlərinə ciddi reaksiya verməyə çağırıb.

Müraciətdə deyilir: “Ermənistanın mina basdırılmış ərazilər barədə məlumatları təqdim etməkdən boyun qaçırması beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır. Hər bir dövlətin öz xalqını təhlükələrdən qorumaq hüququ var və minaların yerləşdirilməsi nəticəsində yaranan təhlükənin qarşısını almaq da bu hüquqdan irəli gəlir. Beynəlxalq təşkilatların müvafiq addımlar atması və Ermənistana təzyiq göstərməsi zəruridir.Bu məsələyə beynəlxalq hüququn, həmçinin insan hüquqlarının və ekologiyanın qorunması baxımından ciddi yanaşılması vacibdir. Həmin ərazilərdə aparılacaq işlərin düzgün şəkildə həyata keçirilməsi və bərpa proseslərinin uğurlu olması üçün minaların dəqiq xəritələrinin əldə edilməsi önəmlidir. Bu, təkcə münaqişə nəticəsində zərər çəkən insanların həyatını qorumağa deyil, həm də regionun gələcəyini təmin etməyə kömək edəcək.

Beynəlxalq ictimaiyyətin bu məsələyə daha fəal şəkildə müdaxilə etməsi və Ermənistanın bu məsələdə beynəlxalq humanitar hüquqa riayət etməyə məcbur edilməsi vacibdir. Bu istiqamətdə daha çox addım atılmasına ehtiyac var. Ombudsman olaraq, beynəlxalq ictimaiyyəti minatəmizləmə fəaliyyətlərinin təxirəsalınmazlığını qəbul etməyə, Azərbaycanın davam edən mina təmizləmə səylərinə dəstək olmağa və həmçinin Ermənistanı məqsədli şəkildə və geniş miqyasda basdırılmış minalara görə məsuliyyətə cəlb etməyə çağırıram”.

***

Ombudsman müraciətdə onu da nəzərə çatdırıb ki, minalarla çirklənmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılması, otuz il müddətində hüquqları pozulmuş 800 mindən çox keçmiş məcburi köçkünün öz doğma torpaqlarına qayıtması prosesi ciddi şəkildə gecikir. Bu isə həmin insanların fundamental insan hüquqlarının pozulması ilə nəticələnir

Bu da onu göstərir ki, ermənilərin Azərbaycanda mina terroru davam etməkdədir. 2020-ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşının mina partlayışlarının qurbanı olması buna sübutdur. Onu da etiraf etmək lazımdır ki, bu minalar Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı zamanı qəsdən və hər tərəfdə basdırılıb. Bir çox hallarda minalar hər hansı hərbi zərurət olmadan, yalnız mülki şəxsləri hədəf almaq məqsədilə yerləşdirilib. Ona görə də rəsmi Bakı minalardan təmizləmə fəaliyyətlərinə böyük önəm verir. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən həyata keçirilən müvafiq əməliyyatlar hər keçən gün daha çox ərazini təhlükəsiz edir.

Son dövrlər həyata keçirilən əməliyyatlar zamanı Tərtər, Kəlbəcər, Ağdam, Şuşa və digər rayonlarda yüzlərlə mina və partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən iyulun 28-dən avqustun 3-dək aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 48, tankəleyhinə 15 mina və 309 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Eyni zamanda, 1726,1 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Təkcə iyul ayında piyadaəleyhinə 265, tankəleyhinə 57 mina və 2007 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib, 7058,9 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu XQ-yə bidirdi ki, minaaxtaranlar hər addımda təhlükəni yoxlayır, hər qarış torpağı səbirlə, ehtiyatla, böyük diqqətlə təmizləyirlər: “Onlar bunu sabah bu yerlərdə yaşanacaq xoşbəxt və təhlükəsiz həyat üçün edirlər. 2020-ci ilin noyabrından 2025-ci il iyunun 1-dək azad olunmuş ərazilərdə 38 minə yaxın piyadaəleyhinə mina, 22 mindən bir qədər az tankəleyhinə mina, eləcə də 139 minə yaxın partlamamış hərbi sursat aşkarlanıb. Amma görülən işlərə baxmayaraq, qarşıda hələ çox məsuliyyətli və təhlükəli yol var.

İlkin hesablamalara görə, Ermənistanın Azərbaycan torpaqlarına yerləşdirdiyi minaların ümumi sayı 1,5 milyondan çoxdur. Təəssüf ki, minalar hər gün insan həyatını təhlükəyə atmaqda davam edir. Azərbaycan bu məsələyə beynəlxalq diqqətin cəlb olunması üçün ardıcıl səylər göstərir”.

Sonda onu da qeyd edək ki, minalar yalnız insanların fiziki sağlamlığına deyil, həm də ətraf mühitə ciddi ziyan vurur, ekoloji tarazlığı pozur, bitki örtüyünü zədələyir və təbiətə zərər verir. Minaların təmizlənməsi, həmçinin bu ərazilərdə kənd təsərrüfatı və digər iqtisadi fəaliyyətlərin bərpasına imkan yaradır. Bu baxımdan mina təhlükəsinin aradan qaldırılması yalnız insanların təhlükəsizliyini təmin etməklə qalmır, həm də ölkənin iqtisadi inkişafına töhfə verir.

Pünhan ƏFƏNDİYEV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Avqust 2025 06:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see267

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

16 Sentyabr 2026 16:28see267

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see248

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

15 Sentyabr 2026 21:41see243

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see235

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see232

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see231

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

15 Sentyabr 2026 21:01see228

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see225

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see209

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see207

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

15 Sentyabr 2026 21:30see206

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see205

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see201

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

16 Sentyabr 2026 02:19see199

Bakıda və bölgələrdə işıq sönəcək

16 Sentyabr 2026 08:19see190

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see177

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see174

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see171

Xalq artisti: Burun əməliyyatı zamanı masada ölmüşəm (Video)

16 Sentyabr 2026 14:28see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri