Icma.az
close
up
RU
Rusiyadan Azərbaycana gəmi ilə gəlmək mümkün olacaq?

Rusiyadan Azərbaycana gəmi ilə gəlmək mümkün olacaq?

Icma.az bildirir, Modern.az portalına istinadən.

Rusiyadan Azərbaycana dəniz yolu ilə səfərlərin təşkili yenidən gündəmə gəlib.

Azərbaycanın quru sərhədləri artıq beş ildir bağlıdır və Nazirlər Kabinetinin son qərarı ilə karantin rejimi 1 aprel 2026-cı ilədək uzadılıb. Bu səbəbdən hazırda Azərbaycanla qonşu ölkələr arasında sərnişin daşımaları yalnız hava nəqliyyatı vasitəsilə həyata keçirilir.

Modern.az xəbər verir ki, Rusiyanın “Vodoxod” şirkətinin Xəzər dənizi üzrə yeni kruiz marşrutu planı diqqət çəkib.

Şirkətin direktoru Rişat Baqaudinov “Nəqliyyat Rusiyası” forumunda bildirib ki, qarşıdan gələn qış mövsümündə “Nikolay Jarkov” gəmisi ilə Xəzər dənizi üzrə beynəlxalq kruiz təşkil etmək planlaşdırılır. Marşrut çərçivəsində Mahaçqala və Dərbəndlə yanaşı, Bakı və Tehran limanlarına da daxilolmalar nəzərdə tutulur.

Şirkətin mətbuat xidməti qeyd edir ki, planlaşdırılan kruiz beş Xəzəryanı dövləti - Rusiya, Azərbaycan, İran, Türkmənistan və Qazaxıstanı birləşdirə bilər. İlkin variantlarda Mahaçqala, Aktau, Türkmənbaşı, Bakı və Bəndər-Ənzəli limanlarına səfərlər müzakirə olunur. Bununla belə, vurğulanır ki, beynəlxalq limanlara giriş yalnız müvafiq dövlətlərarası sazişlər imzalandıqdan sonra mümkün olacaq.

Rişat Baqaudinovun sözlərinə görə, məsələ Rusiya Nəqliyyat Nazirliyi ilə birgə işlənir və proses kifayət qədər vaxt aparır. O, həmçinin İran və Türkmənistan üçün viza tələblərinin mövcudluğunu xatırladaraq, kruiz turistləri üçün vizasız giriş imkanlarının qanunvericilik səviyyəsində həll edilməsinin vacibliyini bildirib.

Nazirlər Kabinetinin karantin rejiminin uzadılması ilə bağlı qərarında sərnişinlər üçün dəniz sərhədlərinin açıq və ya bağlı olması məsələsinə ayrıca toxunulmur. Halbuki pandemiyadan əvvəl Bakıdan Türkmənbaşı və Aktau limanlarına sərnişin bərələri fəaliyyət göstərirdi. "Haqqin.az" bildirir ki, COVID-19 pandemiyası dövründə quru və hava sərhədləri ilə yanaşı, bu marşrutlar da dayandırılıb. Məhz bu səbəbdən, mövcud şəraitdə Rusiya şirkətinin Bakı istiqamətində Xəzər üzərindən kruiz səfərləri təşkil etməsi real görünmür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 Dekabr 2025 23:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri