Icma.az
close
up
RU
Düşüncə mədəniyyətinin başlanğıcı: Birinci Türkoloji Qurultayın missiyası

Düşüncə mədəniyyətinin başlanğıcı: Birinci Türkoloji Qurultayın missiyası

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 5 noyabr, Elçin Hüseynov, AZƏRTAC

Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illiyi ilə əlaqədar silsilə materiallar davam etdirilir. Tanınmış dilçi-alim, filologiya elmləri doktoru, professor İsmayıl Kazımov AZƏRTAC-a müsahibəsində Birinci Türkoloji Qurultayda irəli sürülmüş ideyaların aktuallığından danışıb. Müsahibəni təqdim edirik.

- Birinci Türkoloji Qurultayın Türk dünyası üçün əhəmiyyətini necə xarakterizə edərdiniz?

- Dilçi kimi deyə bilərəm ki, Birinci Türkoloji Qurultay türk xalqlarının intellektual tarixində dönüş nöqtəsidir. Bu Qurultay təkcə elmi toplantı, dil müzakirəsi deyil, həm də Türk dünyasının düşüncə mədəniyyətinin formalaşmasında yeni mərhələnin başlanğıcı oldu. Türklər üçün ortaq ədəbi dil yaratmaq ideyası, əlifba islahatı, terminoloji sistemin unifikasiyası kimi məsələlərin gündəmə gətirilməsi təkcə dilçilik aktı deyil, eyni zamanda, mədəni-ideoloji intibahın təzahürü idi. Türk xalqları ilk dəfə bu məsələləri elmi platformada müzakirə etdilər. Bu, milli şüurun sistemləşməsi prosesinin başlanğıcı idi.

- Qurultayda irəli sürülən ideyaların mahiyyətini necə əsaslandırırsınız?

- Əsas mahiyyət, məncə, dil vasitəsilə mədəni özünüdərk idi. Düşüncə mədəniyyəti insanın və toplumun intellektual inkişafını şərtləndirən amillərin - dilin, yazının, təfəkkürün və mənəvi dəyərlərin harmonik əlaqəsində formalaşır. Bu mənada Birinci Türkoloji Qurultay məhz düşüncə mədəniyyətinin canlı göstəricisidir. Qurultayda əlifba yaratmaq, ümumi ədəbi dili formalaşdırmaq, dillərin qarşılıqlı təsirini öyrənmək kimi məsələlər türk xalqlarının gələcəyi naminə mədəni birləşmənin və intellektual sintezin nümunəsinə çevrilib.

- Qurultay iştirakçılarının çıxışları sizə nə deyir?

- Qurultayda çıxış edən alimlərin həm Azərbaycan, həm də digər türk xalqlarının nümayəndələrinin məruzələri bir millətin müxtəlif qollarını vahid ideya ətrafında toplamağa yönəlmişdi. Sonrakı dövrlərdə bu məruzələrin tədqiqi göstərir ki, həmin çıxışlar təkcə elmi fikir məhsulu deyil, həm də mədəniyyət fenomeni kimi qəbul edilməlidir.

Həmin nitqlərdə elmi və milli məsuliyyət var. Mən onları oxuyanda hiss edirəm ki, alimlər yalnız fakt təqdim etmir, həm də bir mənəvi borclarını yerinə yetirirlər. Hər fikir həm nəzəri əsaslanır, həm də mədəni missiya daşıyır. Bu, sırf akademik debat deyildi, dilin, təfəkkürün və kimliyin müdafiəsi proqramı idi.

- Qurultay qərarlarının bu gün üçün aktuallığı nədir?

- Həmin qərarları mədəniyyət mirası kimi dəyərləndirirəm və tarixi sənəd kimi yox, mədəni kod kimi oxuyuram. Terminologiyanın unifikasiyası, ortaq yazı prinsipləri, dil əlaqələrinin tədqiqi bu gün də Türk dünyasının qarşısında dayanan prioritetlərdir. Qlobal dünyada kimliyini itirmədən inteqrasiya etmək üçün həmin qərarlar aktuallığını saxlayır. Qurultay bir növ metodoloji xəritədir.

Düşüncə mədəniyyəti bu baxımdan yalnız fərdi intellektin göstəricisi deyil, millətin özünü dərketmə səviyyəsidir. Türkoloji Qurultay kimi möhtəşəm hadisələr bu dərk prosesini dildə, yazıda, fikir mübadiləsində və ümumtürk birliyində təcəssüm etdirir.

- Qurultayda sovet ideoloji kontekstinin rolu barədə nə deyə bilərsiniz?

- Əlbəttə, həmin dövrün siyasi fonunu nəzərə almamaq mümkün deyil. Moskvanın məqsədi türk xalqlarını nəzarətdə saxlamaq, onların bir-biri ilə ünsiyyətini zəiflətmək, ortaq tarix və mədəni yaddaşını sındırmaq, əlifba və yazı sistemləri vasitəsilə milli identikliyini dəyişmək idi. Əlifba məsələsinə icazə verilməsi strateji alət idi. Yazı sistemi dəyişdikcə kollektiv yaddaşın təbəqələri də dəyişir. Lakin paradoks ondadır ki, sovet ideoloji çərçivəsi daxilində başlayan bu müzakirə milli oyanış enerjisi yaratdı. Tarix bəzən planları öz xeyrinə çevirir.

- Əlifba məsələsinə münasibətiniz?

- Əlifba mənim üçün yalnız qrafik sistem deyil, həm də konseptual təfəkkür infrastrukturudur. Əlifba yaratmaq ümumi ədəbi dil formalaşdırmaq və yazılı ədəbi ənənəni qorumaqdır. Hər bir xalqın yazı sistemində onun dünyagörüşü, tarixə münasibəti və mənəvi dəyərləri əks olunur. Hər xətt, hər işarə bir mədəni kod daşıyır. Yazı yalnız texniki vasitə olsa idi, bu qədər siyasi və ideoloji mübarizə onun ətrafında qurulmazdı. Ona görə də əlifba dəyişikliyi yalnız texniki məsələ deyil, həm də düşüncə məkanının yenidən qurulması deməkdir.

- Türk xalqları üçün ana dilinin əhəmiyyəti barədə nə deyərdiniz?

- Ana dili dəyərlərin daşıyıcı matrisi və kollektiv təfəkkür sistemidir. Cəmiyyətin intellektual səviyyəsini onun dilinə olan münasibət müəyyənləşdirir. Qurultayda dilin normalaşdırılması, imlanın sabitləşdirilməsi, terminologiyanın sistemləşdirilməsi məhz bu düşüncənin nəticəsi idi. Türk xalqları üçün dil milli davamlılıq təminatıdır.

- Qurultayın tarixi rolunu necə ifadə edərdiniz?

- Birinci Türkoloji Qurultay türk dilinin elmi əsasda özünütəşkil anıdır. Bu hadisə milli kimliyin dil üzərində konseptual möhkəmlənməsi prosesinin başlanğıcıdır və bu gün də düşüncə mədəniyyətimizin strateji sütunudur.

Qurultayda səslənmiş fikirlər və qəbul edilmiş qərarlar bu gün üçün aktual olan düşüncə mədəniyyəti konsepsiyasının başlanğıcını təşkil edir. Bu konsepsiya dilin, mədəniyyətin, tarixin və milli şüurun bir-biri ilə üzvi bağlılığını təsdiqləyir. Məhz bu baxımdan Birinci Türkoloji Qurultay həm elmi, həm də fəlsəfi-mədəni hadisə kimi türk xalqlarının ortaq yaddaşında yaşayır və gələcək nəsillər üçün fikrin, dilin və kimliyin birliyi ideyasını simvollaşdırır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Noyabr 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see308

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see290

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see240

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see224

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see203

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see197

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see182

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see178

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see174

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see170

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see161

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see158

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see153

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see153

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see152

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri