Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Ronaldo dönəmi başa çatır

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Düşüncə ovqatı, könül sovqatı

Düşüncə ovqatı, könül sovqatı

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qışın sükutunda çiçəkli yaz intizarı, ilk bahar həsrəti vardı. Qar ulduz dənəcikləri kimi yerə tökülürdü. Köçəri quşların boş qalmış çör-çöp yuvalarını qar örtməyə başlayırdı. Mor bənövşələr baharın yolunu gözləyəndə atam məni dədə-babadan qalma yurd yerlərimizə apardı. Məni atdan düşürdü. Sonra da atın yüyənini çəkib yedəklədi. Yurd yerlərini qarış-qarış gəzərək gözdən itdi. Əlini ağzına aparıb üzü qayalara sarı var səsi ilə kimisə çağırdı:

- Eh-hey!!!

Qayalar atama cavab qaytaranda elə məğrur göründü ki...

Atam qayıdanadək, könlümdən istilik alsın deyə, qarın soyuğunda ürəyimin hərarətini kol dibindəki boynubükük bənövşələrə verdim.

Həmin gün güneylər yenicə yaşıllaşırdı. Günəşin şəfəqləri qarlı zirvələrlə pıçıldaşırdı. Günəşli qar şəfəqdən al rəng alıb buludlara yanıq verirdi. Ulu təbiətin o anının özünəməxsus gözəlliyi və mənası vardı.

Günlər yaz günəşində əriyən qar kimi əriyib getdi. Ana təbiətin axar-baxarı başladı. Şehli quzeylərdə ağacların yarpaqları puçurda yuvalandı. Yaz həsrətli güneylərin, dağ yamaclarının gözləri yol çəkirdi. Atam qayıdanadək bir anlıq qəriblik, tənhalıq hissi keçirdim. Tənhalıqdan kəpənək kimi üşüyürdüm. Atam yanımda olanda o yerlərin gözəlliyini və tarixçəsini daha yaxşı anlayırdım. O, yurd yerlərimizin səmtini-səddini, sərhəddini çox gözəl anladırdı.

Hər tərəf gözlərimin önündə idi; yollar, zirvəli dağlar, dağların sinəsinə sığınan kəndimiz, hətta binələrdəki qara damlar, Kor Dünnünün tək evi. Sanki gördüklərimə dünyanın güzgüsündən baxırdım. Hər şey açıq-aydın görünürdü. Şirin bir nağıl kimi məsafə uzandıqca uzanırdı.

Göz açıb-yumunca atam at belində gəldi. Qucağında da körpə cüyür quzusu. Atam məni də qucağına alıb ata mindirdi. Bala cüyürlə elə mehrləşdik ki, nə məndən çəkinirdi, nə atımızdan, nə də atamdan. Cüyür balasının məxmər kimi ipək tüklərini sığallamaqdan zövq alırdım. Çöllərin bu dilbər balası köksümə sığınmışdı. Anasından aralı düşmüş bala cüyürü tapanda atamın insafı, Tanrının rəhmi dilə gəlmişdi.

Ceyran yerişli atımızın yəhəri xallı-xalçalı naxışlarla, yüyəni gümüşü işləmələrlə bəzədilmişdi. At belində, atamın qucağında, bala cüyürlə özümü xoşbəxt hiss edirdim. Dağdan arana qayıdanda atam balaca cüyürü aparıb öz yuvasına buraxdı. Oğrun-oğrun mənə baxan körpə cüyürün ilahi duruluğundan ayrıla bilmirdim.

Atam o dağların qucağında at belində, qoşalülə tüfəngi ilə ovçuluqda şöhrət qazanmışdı. Amma heçvaxt ceyrana, cüyürə güllə atmamışdı. O, çöllər gözəlinin öz təbii mühitində kökünün kəsilməsinin yox, əksinə, artıb çoxalmasının tərəfdarı idi. Deyirdilər ki, Ərastan kişi nə qədər ki, sağdır, Təhməzqulu ağanın yurd yerlərinə qatır gəlsə, dırnaq salar, quş gəlsə, qanad. İndi o yerlərdə ceyran-cüyürlərin yanıb şölələnən ala gözlərini, qaranquşların gəlişini, durnaların gedişini bir zamanla mənim gördüyüm kimi görən varmı, bilmirəm?! Gözəlliyin kökünü kəsmək heç insafdan deyil.

Ulu yurd yerlərinə, atamın atyarmaz çiyələkli, yemlikli biçənəklərinə şirin bir uşaq sevinci ilə gedərdim. O biçənəklərin çiyələkləri şəkərdən də şirin idi. Anadillərin nəğməsi öz yerində. Hələ də biçinçilərin nəğməsi, kərənti səsi qulaqlarımdan getməyib. Neçə illərdi o yerlərə getmirəm. Xəyalən atamın ruhu ilə danışıram. Acılı-şirinli xatirələri kitab kimi vərəqləyəndə özümü tamam unuduram. Yurd yerlərimiz mənə o qədər həsrətli duyğular yaşadıb ki:

Sürülər yelləndi yaylaq boyunca,
Qıymadılar baxam gözüm doyunca,
Nə yemlik qalıbdı, nə də ki yonca,
Atamın atyarmaz qoruğu hanı?

Bu dərd atam boyda qordu, qalıbdı,
Sızıltımız indi xordu, qalıbdı,
Burda lələ köçüb, yurdu qalıbdı,
Bu yerin bal dadan moruğu hanı?

Ağacdan dolçası bulaqda qalıb,
O yanıqlı neyi qulaqda qalıb,
Sırıqlı da qalıb, dolaq da qalıb,
Görəsən, quşburnu çarığı hanı?

Bir səhər dolanıb dağı, gedibdi,
Gözünün qarası, ağı gedibdi,
Dilində bayatı, ağı gedibdi,
Deyib ki, o “kişiqırığı” hanı?

Ailəmizdə on iki bacı-qardaşın kiçiyi-sonbeşiyi idim. Üzərimdə qayğı böyük idi. Amma məsum bir uşaq duruluğuma, kişi tövrümə, əlimi belimə qoyub, ciddi görkəm almağıma görə, atam mənə “kişiqırığı” deyirdi. Yaşım az olmağına az idi. Atamın məni kişi kimi görməyə böyük ümidi vardı.

Görəsən, atam məni - bapbalaca bir uşağı at belində qucağına alıb dağlara, ulu yurd yerlərinə nə üçün aparırdı? Bunları düşünəndə beynimdə fikirlər haçalanırdı. Qışın soyuğunda canımı atımızın nəfəsi ilə isindirməyinin nə hikməti varmış? Əlbəttə, bunu təkcə canıma soyuq dəyməsin deyə düşünmək sadəlövhlük olardı. Atımızın və atamın nəfəsindən xoşum gəlirdi. Günlərlə o xoş hissiyyatın təsirindən çixa bilmirdim. Əllərimi qoşalayıb ağzıma aparırdım. Eh-hey!!!... deyib, atam kimi qayalara sarı qaçırdım. Qayalar səsimə səs verirdi. Atımızın nəfəsi, qayaların səsi ruhuma bir gümrahlıq gətirirdi. Ruhu gümrah olanın canına təbib nə lazım?..

İndi yaş ötüb, köç gedib. Yurd yerlərimizdə ocaq daşlarının gözləri qarala-qarala qalıb. Köçəri quşlar da yuvalarını boş qoyub getmir. Durnalar köç edəndə halallıq nişanı kimi, lələk salır, nəğmə oxuyur. Ona görə bir müddət səsləri qulaqlarımızdan getmir.

Doğulub boya-başa çatdığımız ata yurdumuz duyğu-düşüncə ovqatlıdır. Könül sovqatlıdır. Xəyalən o yerlərə qayıdanda düşüncələrimiz yumaq kimi çözələnir, sözlər də durnalar kimi qatara düzülür, ürəyimiz dönə-dönə dolub- boşalır.

Bir gün Borçalıya gedən yollarda quru sərhədlərimiz açılar, biz də sevda yolunun yolçuları kimi, köçəri quşlar kimi öz yurd-yuvalarımıza dönərik. Başımızı anamız torpağın dizinə, üzümüzü qayaların üzünə, canımızı ata ocağının oduna-köznə qoyarıq. Ya qismət!

Həzi HƏSƏNLİ,
şair-publisist

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:234
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 İyul 2026 01:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see608

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see315

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see314

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see224

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see224

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see222

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see222

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see213

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see208

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see207

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see207

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see207

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see206

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see204

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see203

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see201

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see200

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see200

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see199

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri