Düzgün fiziki məşqlər həyat enerjisini qorumağa kömək EDİR
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Düzgün seçilmiş fiziki məşqlər 40 yaşdan sonra gəncliyi, sağlamlığı və həyat enerjisini qorumağa kömək edir.
Redaktor.az xəbər verir ki, bu fikirləri baş məşqçisi Adəl Nabiyəva lenta.ru-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, 40 yaşdan yuxarı insanlar üçün idman növü seçərkən əsas prioritet oynaqların təhlükəsizliyi olmalıdır. Bunun üçün zərbə yükü az olan məşqlərə üstünlük vermək məsləhətdir.
“Bu, dizlərin, onurğanın və bud-çanaq oynaqlarının qorunması baxımından son dərəcə vacibdir, çünki yaş artdıqca onlar daha həssas olur”, - deyə Nabiyəva izah edib.
Məşqçi əlavə edib ki, həmçinin diqqət funksionallığın artırılmasına və elastikliyin inkişafına yönəldilməlidir. Onun sözlərinə görə, idman təkcə kalori yandırmağa deyil, həm də 40 yaşdan sonra təbii olaraq azalmağa başlayan əzələ kütləsini qorumağa və artırmağa, eləcə də oynaqların elastikliyini və hərəkətliliyini saxlamağa kömək etməlidir.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 03 Sentyabr 2025 17:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















