Icma.az
close
up
RU
Düzgün günəş kremi necə seçilməlidir?

Düzgün günəş kremi necə seçilməlidir?

Metbuat saytına istinadən Icma.az xəbər verir.

Yay aylarında ən vacib məsələlərdən biri də dərinin günəşin zərərli şüalarından qorunmasıdır. Bu baxımdan günəşdən qoruyan SPF kremlər yay mövsümündə xüsusi önəm daşıyır. Bəs SPF seçərkən nələrə diqqət etmək lazımdır?

Həkim-kosmetoloq Gülər İbrahimova Metbuat.az-a açıqlamasında bildirib ki, SPF seçərkən ilk növbədə dəri tipimizi və ehtiyacımızı bilməliyik:

“Yay aylarında günəşin UV şüaları daha güclü olur və həm dəri yanığına, həm ləkələnməyə, həm də vaxtından əvvəl qocalmaya səbəb ola bilər. SPF dərimizi bu zərərlərdən qoruyur, xüsusilə açıq rəngli, həssas və problemli dərilər üçün bu qoruma həyati əhəmiyyət daşıyır. Quru dəri üçün nəmləndirici tərkibli SPF seçilməlidir. Yağlı və akneli dəri üçün isə "oil-free", yəni yağsız, matlaşdırıcı effektli SPF daha uyğundur. Həssas dəri üçün isə fiziki (mineral) filtrlərlə hazırlanmış SPF-lər tövsiyə olunur, çünki onlar kimyəvi maddələrə nisbətən daha az allergik reaksiyaya səbəb olur”.

SPF 30-la 50 arasında nə fərq var?

G.İbrahimova günlük istifadə üçün ən az 30 dərəcəli SPF tövsiyə edib:

“SPF 30 UV şüalarının təxminən 97%-ni, SPF 50 isə 98%-ni bloklayır. Yəni aralarındakı fərq çox böyük deyil, amma dəriyə həddən artıq məruz qalmaq ehtimalı varsa (məsələn, dəniz kənarı, dağlıq ərazi və s.), o zaman SPF 50 daha məqsədəuyğundur”.

Kosmetoloq SPF kremlərin nə zaman və necə tətbiq olunmasından da danışıb və bildirib ki, bu kremlər evdən çıxmazdan təxminən 15-20 dəqiqə əvvəl tətbiq olunmalıdır:

“Üstəlik, yayda gün ərzində hər 2-3 saatdan bir yenilənməsi vacibdir, xüsusilə çox tərləyən və ya su ilə təmasda olan insanlarda. Bir çox xanım səhər SPF çəkib gün boyu eyni qalır deyə düşünür, ancaq bu, böyük səhvdir. Əgər gündəlik makiyaj edilirsə, makiyaj altına SPF tərkibli primer və ya BB krem istifadə edilə bilər. Gün ərzində isə SPF spreylər və ya yüngül toz formadakı SPF pudralar istifadə etməklə qoruma yenilənə bilər. Beləcə həm makiyaj pozulmur, həm də dəri qorunur”.

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 30 İyun 2025 18:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri