Icma.az
close
up
RU
Düzgün ixtisas seçimi edən abituriyentlər uğurla qəbul ola biləcək EKSPERT

Düzgün ixtisas seçimi edən abituriyentlər uğurla qəbul ola biləcək EKSPERT

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu il də həmişə olduğu kimi, ali məktəblərə qəbul planı üzrə yerlər 90 faizdən artıq dolacaq.

Bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

“Hər il bizdə plan yeri 90 faizdən çox olur”, - DİM sədri qeyd edib.


Təhsil eksperti Elçin Murad “Sherg.az”a bildirib ki,  bu il ilə əvvəlki il arasında yaranmış fərq kifayət qədər əhəmiyyətlidir və bu səbəbdən ali təhsil müəssisələrinə ayrılmış plan yerlərinin dolma ehtimalı yüksək, hətta 100 faizə qədər qiymətləndirilə bilər:


“Ötən illə müqayisədə cari ildə elektron ərizə qəbulunda 6704 nəfər artım müşahidə olunur. 2023-cü ildə ərizə verənlərin sayı 85182 nəfər, 2024-cü ildə isə bu göstərici 91886 nəfər təşkil edib. Plan yerlərinin sayında nisbətən artımın olması, eyni zamanda ödənişsiz təhsil platformalarının genişləndirilməsi, yeni ixtisasların yaradılması və həmin ixtisaslara plan yerlərinin ayrılması cari ildə qəbul faizinin 95–96% səviyyəsində olacağını ehtimal etməyə əsas verir. Ən çox maraq hər il olduğu kimi yenə də I ixtisas qrupu üzrə qeydə alınacaq, xüsusilə informatika, proqramlaşdırma, kompüter mühəndisliyi və kompüter elmləri kimi sahələrə üstünlük veriləcəkdir. Kimya yönümlü ixtisaslar və neft-qaz sahəsi üzrə müraciətlər də diqqətçəkicidir. 200–300 bal aralığında nəticə göstərən abituriyentlər arasında maşın mühəndisliyi, mexanika mühəndisliyi, elektrik və elektron energetika mühəndisliyinə meyillik müşahidə olunacaq. II ixtisas qrupunda əvvəlki illərdə olduğu kimi maliyyə və iqtisadiyyat sahələri üstünlük təşkil edəcək, aşağı balla nəticə göstərən abituriyentlər isə daha çox coğrafiya müəllimliyi və tarix-coğrafiya ixtisaslarına yönələcəklər”. 


Ekspertin sözlərinə görə beynəlxalq ticarət və logistika ixtisasının abituriyentlər tərəfindən geniş şəkildə seçilməsi gözlənilir ki, bu da ölkələrarası iqtisadi əlaqələrin və müqavilələrin artması ilə izah oluna bilər: 

“III ixtisas qrupunda yüksək bal toplayan abituriyentlərin hüquqşünaslıq, politologiya və dövlət-ictimai münasibətlər ixtisaslarına marağı artacaq, çünki bu sahələr məzunların dövlət strukturlarında işləməsi imkanlarını artırır. IV qrupda isə ənənəvi olaraq tibb sahəsinə yönəlmiş müraciətlər üstünlük təşkil edəcək. V ixtisas qrupunda da əvvəlki illərlə müqayisədə artım müşahidə olunur. Bu artım xüsusilə qabiliyyət tələb etməyən dizayn fakültəsi kimi sahələrdə nəzərə çarpır. Ümumilikdə, cari il əvvəlki illə müqayisədə həm mürəkkəb, həm də münasib şərait təqdim edir. Düzgün ixtisas seçimi həyata keçirən abituriyentlər uğurla qəbul ola biləcək, hətta dövlət sifarişli yerlərə qəbul olmaq şansı da artacaq. Lakin ehtiyatsız və qeyri-analitik ixtisas seçimi abituriyentin ali məktəbə qəbul imkanlarını ciddi şəkildə məhdudlaşdıra bilər. Gözləntilərə əsasən, I ixtisas qrupunda təxminən 2000 nəfərin, III qrupda  5000–6000 nəfərin, IV qrupda isə təxminən 1400–1500 nəfərin kəsilməsi mümkündür”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:199
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 İyul 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri