DYP dən müraciət: Vaxtında tədbir görülməlidir!
Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib.
Axar.az müraciətin mətnini təqdim edir:
“Nasaz avtomobillə yola çıxmaq qəza riskini dəfələrlə artırır. Bu baxımdan nəqliyyat vasitələrinin texniki sazlığı, xüsusən də təkərlərin vəziyyəti daim diqqətdə saxlanılmalıdır. Təkərlərin protektor dərinliyinin normadan az olması və ya yeyilmiş təkərlərlə hərəkət, yol ilə təmasın zəifləməsinə, tormoz məsafəsinin xeyli artmasına və nəqliyyat vasitəsinin idarəetmədən çıxmasına səbəb olur.
Xüsusilə yağışlı və sürüşkən yollarda belə hallar qəza riskini dəfələrlə artırır. Texniki cəhətdən saz olmayan, xüsusilə də köhnəlmiş və yararsız təkərlərlə hərəkətə çıxmaq yolverilməzdir.
Hər bir sürücü avtomobilinin texniki vəziyyətinə ciddi nəzarət etməli, təhlükəsizliyi təmin etmək üçün vaxtında tədbir görməlidir", - müraciətdə qeyd edilib.
Baxış sayı:47
Bu xəbər 19 Sentyabr 2025 09:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















