Icma.az
close
up
RU
“Gələcəyə açılan nəfəs” daha sağlam nəfəsə doğru

“Gələcəyə açılan nəfəs” daha sağlam nəfəsə doğru

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

20–22 noyabr 2026-cı il tarixlərində Bakıda Azərbaycan Pulmonologiya Cəmiyyətinin təşkilatçılığı ilə “Gələcəyə açılan nəfəs” şüarı altında I Milli Pulmonologiya Konqresi keçirilib. Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, Azərbaycan Tibb Universitetinin ağciyər xəstəlikləri kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru, pulmonoloq Rafiq Bayramovla konqresin məqsədi, müzakirə olunan mövzular, müayinə və müalicədə istifadə olunan yeniliklərlə bağlı söhbət etdik.

Rafiq müəllim bildirdi ki, konqresin əsas məqsədi ölkəmizdə pulmonologiya sahəsinin inkişafına dəstək olmaq, tənəffüs sistemi xəstəliklərinin diaqnostika və müalicəsində müasir elmi yanaşmaları müzakirə etmək, yerli və beynəlxalq mütəxəssislər arasında elmi əməkdaşlığı gücləndirməkdir. Eyni zamanda, konqres klinik təcrübənin paylaşılması, yeni elmi əlaqələrin qurulması və gənc mütəxəssislərin peşəkar inkişafı üçün mühüm platforma rolunu oynayacaq. Həmçinin pulmonologiya sahəsində elmi əməkdaşlığın və beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsinə töhfə verəcək.

Üç gün davam edən konqresin elmi proqramı pulmonologiyanın müxtəlif istiqamətlərini əhatə edir. Proqramda obstruktiv tənəffüs yolu xəstəlikləri, pulmonar vaskulyar xəstəliklər, interstisial ağciyər xəstəlikləri, respirator infeksiyalar və vərəm, torakal cərrahiyyə və onkologiya, yuxu təbabəti, pulmonar reabilitasiya, pediatrik pulmonologiya, bronxoskopiya və digər aktual pulmonoloji mövzuların müzakirəsi nəzərdə tutulub.

Həmsöhbətim, həmçinin diqqətə çatdırdı ki, mövzu müzakirələri ilə yanaşı, tənəffüs çatışmazlığı və intensiv terapiyaya həsr olunmuş praktik kurs, eləcə də elmi məqalələrin hazırlanması üzrə beynəlxalq MECOR (Methods in Epidemiologic, Clinical and Operations Research) kursu da proqramda yer alır. Bu təlimlər mütəxəssislərin nəzəri bilik və praktik bacarıqlarının artırılmasına töhfə verəcəkdir.

Konqresdə ölkəmizin müxtəlif tibb müəssisələrində çalışan mütəxəssislərlə yanaşı, Türkiyədən və digər ölkələrdən pulmonologiya sahəsində geniş elmi və klinik təcrübəyə malik mütəxəssislərin iştirakı planlaşdırılır. Beləliklə, tədbir yerli elmi potensialın beynəlxalq təcrübə ilə birləşdirilməsi və pulmonologiya sahəsində yeni əməkdaşlıqların qurulması baxımından əhəmiyyətli olacaqdır.

Elmi proqram çərçivəsində panel müzakirələri, tematik sessiyalar, klinik halların təhlili, şifahi elmi təqdimatlar və praktik təlimlər keçiriləcək. İştirakçılar müasir pulmonologiyanın aktual problemləri ətrafında fikir mübadiləsi aparmaq, gündəlik klinik praktikada qarşılaşdıqları çətinlikləri müzakirə etmək və yeni diaqnostik-müalicə yanaşmaları ilə tanış olmaq imkanı əldə edəcəklər.

Söhbət zamanı öyrəndik ki, konqres Azərbaycan Pulmonologiya Cəmiyyətinin Mərkəzi İdarə Heyətinin, cəmiyyətin təşkilat komitəsinin və elmi komitəsinin birgə fəaliyyəti ilə təşkil olunur. Azərbaycan Pulmonologiya Cəmiyyətinin sədri Çağla Xurşud Hüseynova, konqresin sədri Könül Məmmədova, elmi komitənin sədri Həsən Həsənzadə olmaqla, təşkilat komitəsinin üzvləri – Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova, Azərbaycan Tibb Universitetinin ağciyər xəstəlikləri kafedrasının müdiri Rafiq Bayramov, ARS (Avropa Respiratorlar Cəmiyyəti) sədri Arzu Yorğancıoğlu, TTD (Türk Toraks Dərnəyi) sədri Çağlar Çuhardaroğlu, ATC (Amerika Torokal Cəmiyyəti) MECOR koordinatoru Özge Yılmaz, Ali Fuat Kalyoncu konqresin hazırlanmasında iştirak ediblər. Həmçinin komitə üzvlərinin birgə fəaliyyəti tədbirin elmi və təşkilati baxımdan yüksək səviyyədə keçirilməsinə yönəlib.

Azərbaycan Pulmonologiya Cəmiyyətinin I Milli Konqresi ölkəmizdə ağciyər sağlamlığının qorunması, pulmonologiya elminin inkişafı və beynəlxalq elmi inteqrasiyanın gücləndirilməsi istiqamətində mühüm addımlardan biri olacaqdır.

Rafiq Bayramov söhbətin sonunda vurğuladı ki, “Gələcəyə açılan nəfəs” yalnız konqresin şüarı deyil, həm də ölkəmizdə pulmonologiyanın gələcəyinə, elmi inkişafına və daha sağlam nəfəsə doğru ümumi hədəfimizi ifadə edir.

Zərifə BƏŞİRQIZI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:62
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Noyabr 2026 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see451

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see341

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see332

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see319

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see289

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see288

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see284

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see273

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see271

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see270

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see268

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see266

Onkoloji vaksinlərin effektivliyini təsdiqləyən şərtlər...

21 Noyabr 2026 21:05see248

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see248

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see248

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see221

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see214

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see209

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see207

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri