Icma.az
close
up
RU
DYP dən sabah üçün vacib xəbərdarlıq sükan arxasında bu səhvləri etməyin

DYP dən sabah üçün vacib xəbərdarlıq sükan arxasında bu səhvləri etməyin

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitinin dəyişməsi ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.

Globalinfo.az xəbər verir ki, müraciətdə deyilir:

“Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, oktyabrın 10-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda ölkənin müxtəlif bölgələrində güclü külək əsəcəyi proqnozlaşdırılır. Belə hava şəraiti nəqliyyat vasitələrinin idarə olunmasını çətinləşdirə, küləyin təsiri ilə avtomobilin hərəkət trayektoriyasına nəzarəti zəiflədə və xüsusilə qoşqulu yük nəqliyyat vasitələrinin idarə olunmasında təhlükə yarada bilər”.

Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitinin dəyişməsi ilə əlaqədar bütün hərəkət iştirakçılarını diqqətli olmağa çağırıb. Sürücülərə hava və yol şəraitinə uyğun sürət rejimini seçmək, ara məsafəsini qorumaq, ötmə və manevr zamanı ehtiyatlı olmaq, həmçinin avtomobillərin şinlərinin təzyiqini və texniki vəziyyətini əvvəlcədən yoxlamaq tövsiyə olunub:

“Küləkli hava şəraitində açıq yollarda və körpülərdə hərəkət edən sürücülər, xüsusilə yük maşınları, avtobus və mikroavtobus idarə edənlər sükan arxasında daha diqqətli olmalı, ani istiqamət dəyişmələrindən çəkinməlidirlər.

Piyadalara küləkli və ya yağışlı hava şəraitində yolu keçərkən diqqətli olmaq, yalnız piyada keçidlərindən istifadə etmək, həmçinin görünmə şəraitinin məhdud olduğu hallarda geyimlərində işıq əks etdirən elementlərdən istifadə etmək tövsiyə edilir.

Velosiped, skuter və moped sürücülərinə isə belə hava şəraitində balansın itirilməsi və qəfil hadisələrin baş vermə ehtimalının artdığını nəzərə alaraq, ehtiyatlı davranmaq, mümkün qədər kəskin külək və yağış zamanı hərəkətdən çəkinmək məsləhət görülür”.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladıb ki, hava şəraitindən asılı olmayaraq, hər bir hərəkət iştirakçısının diqqətli və məsuliyyətli davranışı yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında mühüm əhəmiyyət daşıyır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 Oktyabr 2025 18:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see147

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri