Icma.az
close
up
RU
DYP xəbərdarlıq etdi, hə, nə olsun?

DYP xəbərdarlıq etdi, hə, nə olsun?

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kubra Məhərrəmova yazır...

Bakıda doğulan, Bakıda böyüyən biri kimi deyirəm ki, illərdir avtomobillər səkilərdə saxlanılır.

Mən məktəbə gedəndə də belə idi, indi övladım məktəbə gedir, indi də belədir. Belə olan halda yolun intensiv hərəkət hissəsi ilə səki arasında getməyə məcbur olursan, bu da insan həyatı üçün olduqca təhlükəlidir. Hünərin də var, kiməsə bir kəlmə söz de, adamı elə küçədə avtomobilin altına atarlar.

Bakının elə əraziləri var ki, oradakı səkilər ancaq avtomobillərə, daha doğrusu sürücülərə xidmət edir. Və bu, artıq illərdir adət halını alıb.

Mütləq şəkildə qeyd etməliyik ki, Bakı şəhəri piyadalar üçün nəzərdə tutulmayıb.

Hər bir piyada üçün Bakı şəhərində sağ-salamat mənzil başına çatmaq üçün ciddi mübarizə aparmalısan.

Bir tərəfdən səkilərdə kafe-restoranların müştərilər üçün qoyduqları stol-stullar, bir tərəfdən obyektlərin pilləkənləri onsuz da dar olan səkiləri zəbt edib, digər tərəfdən də parklanmış avtomobillər. Mən hələ əbədi-əzəli aparılan tikinti işlərini demirəm. Hər an başına göydən daş düşə bilər. Artıq bu Bakı üçün normal hala çevrilməyə başlayıb. Az sonra başımızda kaska ilə yola çıxmalı olacağıq.

Amma bir az düşünəndə anlayırsan ki, maneələr əslində piyadaların daha effektiv məşq etməsi üçün yaradılan şəraitdir.

Çünki piyada səliqə ilə bütün bu maneələri dəf etməlidir. Başında kaska olması da arzuolunandır.

Hələ bu piyada uşaq arabası ilə övladını gəzintiyə çıxarıbsa, çox zaman o araba elə uşaq qarışıq ananın qucağında fırlanır. Nəyi pisdir ki? Bəli, biz gənc analarımızı güclü görmək istəyirik. Ona görə də onun mənəvi və fiziki inkişafı üçün əlimizdən gələni edirik.

Bu layihə çərçivəsində ahıl analarımızı da unutmuruq. Onların da fiziki aktivliyini dəstəkləmək üçün məhz bu cür maneələr tətbiq olunur. Bu da sizə ahıl insanların cəmiyyətə inteqrasiyası.

Təbii ki, cavan oğlan və ahıl kişilərimiz də bu layihəyə öz töhfələrini verirlər.

Məsələn, piyada gedirsən, bir də görürsən düz yanından nəsə uçdu. Baxırsan ki, yaşı 15-20 arası olan skuter həvəskarları. Bir də görürsən arxadan məktəb zəngini xatırlayan səs gəlir, başına döndüyüm velosipedlə hərəkət edən kuryer imiş. Əlbəttə, ədəblə səkidə şütüyən bu qardaşımızı da yol veririk ki keçsin. "Bir parça çörək qazanır axı", nə edə bilərik?

Elə küçənin bu üzündən o üzünə keçmək istəyirsən ki, qabağına qəfil işıq sürəti ilə hərəkət edən motosikletçi çıxır. Onun üçün yanan qırmızı işıqda manevr edib sürüb gedir.

Ya Allah, yaxşı qurtardıq deyib, keçirsən yolun o üzünə. Bir də görürsən ki, səkini qazıblar. Elə düşünürsən ki, Bakıya qızılaxtaranlar gəlibər, məgərsə büdcədən pul silirlər.

Elə bu minvalla yoluna davam edən piyada bir də görür ki, dünənə kimi yanından keçdiyi ağacların hamısını kökündən çıxarıblar. Bu isə o deməkdir ki, yaxın zamanda bu yolun üstündə də nəsə bahalı obyekt olacaq.

Daşlaşan şəhərinə baxıb köks ötürüb, bir-birinə yol verməyən sürücü, piyadalarına baxıb düşünürsən ki, qısa zaman ərzində uçmağı öyrənmək lazımdır.

Bu arada onu da qeyd edim ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi səkilərdə avtomobil saxlayan sürücülərə xəbərdarlıq edib.

Bildirilib ki, mövcud qanunvericiliyin tələbinə əsasən, səkilərdə nəqliyyat vasitələrinin dayanması və durması qadağandır və qayda pozuntusu aşkar edildiyi halda sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsinə əsasən iki cərimə balı və 60 manat məbləğində cərimə tətbiq ediləcək.

Amma mən bilirəm ki, o avtomobillər bundan sonra da səkilərdə park olunacaq.

Bir müddət cərimə olunsalar da, sonradan yenə haman, haman olacaq...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://oxu.az
archiveBu xəbər 08 Aprel 2025 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

28 Sentyabr 2026 17:30see151

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

28 Sentyabr 2026 17:45see151

Sərnişinlərin NƏZƏRİNƏ: 28 May və Şamaxinka da dəyişiklik

28 Sentyabr 2026 19:05see149

Azərbaycanda məşhur universitet 3 avtomobil alacaq

28 Sentyabr 2026 18:36see149

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

28 Sentyabr 2026 23:28see148

Azərbaycan Orta Dəhlizin 3,2 milyardlıq layihələrində iştirak edir

28 Sentyabr 2026 17:35see148

Azərbaycanda kimlər aylıq müavinət ala bilər? SİYAHI

28 Sentyabr 2026 19:33see147

Çənə və diş ağrısı İNFARKTIN GİZLİ ƏLAMƏTİ ola bilər

29 Sentyabr 2026 04:54see147

17 il əvvəl öldürülən müxalifət liderinə görə 36 nəfər həbs edildi

29 Sentyabr 2026 03:17see147

Türkiyə böyük hesabla məğlub oldu

29 Sentyabr 2026 01:02see147

Yeni danışıqlara başladılar

29 Sentyabr 2026 06:44see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri