Icma.az
close
up
RU
“E bələdiyyə” portalı bələdiyyə xidmətlərinin vətəndaşlara əlçatanlığını təmin edir” Təmraz Tağıyev

“E bələdiyyə” portalı bələdiyyə xidmətlərinin vətəndaşlara əlçatanlığını təmin edir” Təmraz Tağıyev

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları (ABMA) tərəfindən yaradılmış Elektron Bələdiyyə portalının istifadəyə verilməsinə həsr olunmuş tədbir keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, tədbirdə ABMA-nın məsul vəzifəli şəxsləri, habelə Bakı şəhərində fəaliyyət göstərən qəsəbə bələdiyyələrin sədrləri və “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri  Vüqar Tofiqli iştirak edib.

Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev son illərdə bələdiyyələrdə vergi-uçot sisteminin qurulması, vergi daxilolmalarının artırılması və son birləşmədən sonra bələdiyyə institutunun nüfuzunun artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Assosiasiya sədri çıxışında bildirib ki, Prezidentin 28.12.2023-cü il tarixli Fərmanına uyğun olaraq fiziki şəxslərin binalara görə ödəməli olduğu əmlak vergisinin ödənilməsi mexanizminin təkmilləşdirilməsi məqsədilə “E-bələdiyyə” portalı yaradılıb. O həmçinin, portalın bələdiyyə xidmətlərinin vətəndaşlara əlçatanlığının təmin edilməsinə, bələdiyyə-vətəndaş münasibətlərinin yeni səviyyəyə qaldırılmasına şərait yaradacağına əminliyini bildirib.

ABMA-nın əlaqələndirici koordinatoru Aydın Muradov milli assosiasiyalar tərəfindən həyata keçirilmiş layihələr və növbəti illər  üçün yeni bələdiyyə üzvlərinin qarşısında dayanan əsas məsələlər barədə görüş iştirakçılarına məlumat verib.

Daha sonra ABMA-nın “Bələdiyyələrin Onlayn Xidmət” Mərkəzinin direktoru Adil Əhmədov E-bələdiyyə portalının funksional imkanları barədə məlumat verərək qeyd edib ki, yerli vergi ödəyiciləri “E-belediyye.az” portalında qurulmuş elektron kabinetlərinə “Digital Login” servisi üzərindən müxtəlif identifikasiya vasitələri ilə daxil ola bilərlər. Vətəndaşlar elektron kabinetlərində bələdiyyədə uçotda olan vergitutma obyektləri, vergi borcunun tərkibi, ödəniş tarixçələri və bələdiyyə bildirişləri barədə ətraflı məlumat əldə etməklə yanaşı, vergi borclarını da ödəyə biləcəklər.

Bələdiyyələrlə vətəndaşlar arasında olan “məsafəni” azaltmaq, həmçinin bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaq məqsədilə portalda bələdiyyə sorğularında iştirak və bələdiyyələrə təklif vermək, məlumat uyğunsuzluğu barədə aidiyyəti bələdiyyəyə müraciət etmək imkanı yaradılıb.

Mərkəz direktoru vurğulayıb ki, ilkin mərhələdə “E-bələdiyyə” portalına Bakı şəhərinin bələdiyyələri qoşulacaq. Digər ölkə bələdiyyələrinin portala qoşulması isə mərhələli şəkildə yerlərdə təqdimatlar keçirilməklə yaxın aylarda yekunlaşdırılması nəzərdə tutulur.

Görüşdə həmçinin portal vasitəsi ilə tətbiqinə başlanılmış SMS xidməti barəsində də  görüş iştirakçılarına ətraflı məlumat verilib.

Qeyd edək ki, portalın tətbiqi bələdiyyə xidmətlərinin səmərəliliyinin artırılmasına təkan verəcək, habelə yerli vergi ödəyiciləri öz hüquq və öhdəlikləri barədə daha məlumatlı olacaqlar.

Görüşdə iştirak edən “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqli  mövzu ətrafında öz fikir və mülahizələrini bildirib.

Görüşün sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.



Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 19 Aprel 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see238

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see174

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see158

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri