Icma.az
close
up
RU
“İki qardaş ölkə arasındakı əlaqələrin bələdiyyə səviyyəsində də inkişafına ehtiyac var” Təmraz Tağıyev

“İki qardaş ölkə arasındakı əlaqələrin bələdiyyə səviyyəsində də inkişafına ehtiyac var” Təmraz Tağıyev

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Türkiyə Cumhuriyyətinin bələdiyyə sədrlərinin böyük  qruplar şəklində aktiv şəkildə iştirak ediblər”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri  Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib.  

Böyük  bir qrup şəklində TDBB-nin nümayəndə heyəti  “Yerli idarəetmələrdə iqlim dəyişikliyi ilə mübarizə işləri” Panelində iştirak edib. TDBB-nin İdarə heyətinin üzvü, Azərbaycan Şəhər Bələdiyyələri Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyevin də iştirak etdiyi paneldə TDBB-nin prezidenti  və Konya Böyükşəhər bələdiyyəsinin sədri Uğur İbrahim Altay, Bosniya və Herseqovinadakı  Brcko bələdiyyəsinin sədri Zijad Nisic,  Şimali Kipr Türk Cumhuriyyətinin Güzelyurt bələdiyyəsinin sədri Mahmud Özçınar, Özbəkistan Bələdiyyələr Birliyin sədri  Ümid Rəcəbov, Şimali Makedoniyanın Kalkandelen bələdiyyə sədrinin müavini Muhammet Mustafanın iştirakı ilə  geniş fikir mübadiləsi aparılıb. 

TDBB prezidenti Uğur İbrahim Altay iki fərqli paneldə iqlim dəyişikliyi və zəlzələ tullantılarının idarə olunması mövzusunda çıxış edib. 

Qlobal iqlim dəyişikliyi ilə mübarizədə Konyanın nümunəvi ekoloji sərmayələrini izah edən bələdiyyə sədri “Qlobal iqlim dəyişikliyi bütün bəşəriyyətin ortaq problemidir və uğur ancaq birlikdə həll edildikdə və birlikdə həll yolu tapıldığında əldə edilə bilər. Əks halda, yaxın gələcəkdə geri qaytarılması mümkün olmayan daha böyük problemlərin baş verməsi mümkündür”, - deyə o bildirib. 

Bundan sonra Türkiyə Bələdiyyələr Birliyini nümayəndə heyəti  “Yerli idarəetmələrdə iqlim dəyişikliyi ilə mübarizə işləri” Panelində  geniş tərkibdə iştirak edib. 

Paneldə Türkiyə Bələdiyyələr Birliyinin (TBB) üzvləri, İzmir Böyükşəhər bələdiyyəsinin sədri Cemil Tugay, Antalya Böyükşəhər bələdiyyəsinin sədri Muhittin Böcek, Muğla Böyük şəhər bələdiyyəsinin sədri Ahmet Aras və Mərmərə Bələdiyyələr Birliyin sədri Cəmil Arslan iştirak ediblər. 

Panel iclasında dünyada baş verən qlobal ekoloji böhrandan çıxış yollarında   yerli özünüidarəetmə orqanlarının verəcəyi töhfələrdən danışılıb. 

Çıxış edən böyükşəhər bələdiyyələrinin sədrləri hər biri konkret təklif və proqramları tədim ediblər. Hər bir TBB nümayəndə heyətinin üzvü  çıxışlarında Azərbaycanda keçirilən beynəlxalq tədbirin yüksək səviyyədə təşkil olunduğunu və bələdiyyələr arası əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsinin zəruriliyi xüsuilə qeyd etdilər.

Təmraz Tağıyev qeyd edib ki, “COP29-un ev sahibi olaraq Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyi etməyindən qürur duyur.  İki ölkə arasında mövcud olan qardaşlıq əlaqələrinin yüksək səviyyədə olması  bu əlaqələrin yerli özünüidarəetmə səviyyəsində də inkişaf etdirilməsina  ehtiyac yaradır”.

Sədr qeyd edib ki, Türkiyə Bələdiyyələr Birliyi təmsilçiləri ilə görüş  ABMA-nın mənzil-qərargahında daha geniş tərkibdə davam etdirilib. 

Təmraz Tağıyev qeyd edib ki, ölkəmizin bütün bəşəriyyəti  narahat edən məsələlərin müzakirəsi üçün əlverişli məkan olduğu, rəsmi Bakının ən nüfuzlu tədbirləri belə yüksək səviyyədə təşkil  etmək bacarağı bir daha təsdiqləndi. 

Hər iki panel müzakirələrdəki iştirakından  məmnun qaldığını bildirən Təmraz Tağıyev “Post COP” dövründə rəhbərlik etdiyi Nərimanov bələdiyyəsinin də töhfə verməyə hazır olduğunu bildirib.







Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 25 Noyabr 2024 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see278

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see152

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see142

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see132

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri