“e müqavilə” altsistemində yeni imkan
Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin (RDMİS) “e-müqavilə” altsistemində dövlət satınalma müqavilələri üzrə icra təminatının elektron təqdim edilməsi funksiyası yaradılıb.
Newscenter.az xəbər verir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Bank ilə birgə həyata keçirdiyi tədbirlər nəticəsində yaradılan yeni funksionallıq Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən müvafiq məlumat mübadiləsinin həyata keçirilməsinə və banklar tərəfindən təqdim olunan icra təminatlarının elektron formada əldə edilməsinə imkan yaradır.
Hazırda yeni funksionallığın ölkənin bir sıra kommersiya bankları ilə tətbiqi təmin edilib və banklar tərəfindən verilən icra təminatları praktik olaraq elektron qaydada təqdim olunur.
Bank sektorunun digər iştirakçılarının da müvafiq inteqrasiya prosesinə qoşulması icra təminatlarının daha geniş miqyasda elektronlaşdırılmasına, təchizatçılar üçün bank seçimi imkanlarının artırılmasına və dövlət satınalmalarında elektron müqavilə üzrə tam rəqəmsal xidmət zəncirinin formalaşdırılmasına mühüm töhfə verəcək. Bu məqsədlə Mərkəzi Bank ilə birgə digər bankların da bu prosesə mərhələli şəkildə qoşulmasının genişləndirilməsi istiqamətində işlər davam etdirilir.
Yeni funksionallığın tətbiqi icra təminatlarının kağız daşıyıcıda təqdim olunmasına ehtiyacın azaldılması, məlumatların doğruluğunun elektron qaydada yoxlanılması, proseslərin sürətləndirilməsi və satınalma iştirakçıları üçün əlavə inzibati yükün azaldılmasına xidmət edir.
Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 38.2-ci maddəsinə əsasən, qalib təchizatçı satınalma müqaviləsini informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalamaqla yanaşı, qanunvericiliklə tələb olunan hallarda icra təminatını da satınalan təşkilata təqdim etməlidir. Yeni funksionallıq qanunun tələbini həyata keçirməklə yanaşı, dövlət satınalmaları sahəsində rəqəmsallaşmanın genişləndirilməsi və “e- müqavilə” altsistemi üzrə müqavilələrin elektronlaşdırılması prosesinin davamı kimi formalaşdırılıb.
Süleyman
Bu mövzuda digər xəbərlər:E müqavilə altsistemində Təhvil təslim aktının yaradılması funksiyası istifadəyə verilib Maliyyə
01 Sentyabr 2026 11:23
“E müqavilə” altsistemində satınalma müqavilələri üzrə icra təminatının elektron təqdim edilməsi imkanı yaradılıb
05 Oktyabr 2026 11:21
“e müqavilə” altsisteminin tətbiqinə başlanılıb
10 Aprel 2026 11:09
Maliyyə Nazirliyi “e müqavilə” altsisteminin tətbiqinə başlayıb
10 Aprel 2026 12:42
Naxçıvanda “e müqavilə” altsistemi üzrə təlimlərə başlanılıb
13 May 2026 16:49
Baxış sayı:106
Bu xəbər 05 Oktyabr 2026 15:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















