E vitamini ilə bağlı bilmədiklərimiz
Icma.az bildirir, Pravda.az portalına istinadən.
E vitamini yağda həll oluna bilən və səkkiz fərqli birləşmədən ibarət olan vitamin qrupu olaraq, beyin, dəri, gözlər və qan dövranı sisteminin sağlamlığı üçün əhəmiyyətlidir.
Pravda.az bildirir ki, bu vitaminin görmə qabiliyyətini dəstəklədiyi də qeyd olunur. E vitamini, dördü tokoferol və dördü tokotrienol olmaq üzrə iki əsas komponentdən ibarətdir.
E vitamininin faydaları nələrdir?
E vitamini insan orqanizmindəki hüceyrə divarlarını sərbəst radikalların təsirindən qoruyur. Sərbəst radikallar bədəndə zərərli molekullar yaradaraq ürək xəstəlikləri, xərçəng və digər xəstəliklərin yaranmasına səbəb ola bilər. E vitamini bu radikalların yaratdığı ziyanı qarşısını alaraq orqanizmə faydalıdır.
E vitamini əksikliyi və nəticələri
E vitamini əksikliyi nadir hallarda görülür, lakin bədənin lazımi şəkildə yağları qəbul etməməsi nəticəsində sinir sistemi problemləri, xüsusilə də nevropatiya kimi problemlərə yol açar. Böyüklərə gündəlik 7-15 mg E vitamini qəbul etmələri tövsiyə edilir.
E vitamininin həddindən artıq olması və yan təsirləri
E vitamini düzgün dozada qəbul edildikdə adətən təhlükəsizdir. Lakin çox yüksək dozalar nadir hallarda baş ağrısı, qarın ağrısı, ishal, bulanıq görmə və bədənin digər hissələrində problemlər yarada bilər. Bəzi tədqiqatlara görə, E vitamini qəbulunun ürək-damar xəstəlikləri və xərçəng riskini azaltmaqla yanaşı, bütün səbəblərlə bağlı ölüm nisbətinin artmasına səbəb olduğu da qeyd edilir.
E vitamininin günlük tələbatı necə qarşılanır?
Balanslı pəhriz, əksər insanlar üçün E vitamini ehtiyacını təmin edir. E vitamini ilə zəngin qidalar arasında avokado, günəbaxan yağı, badam, fıstıq, ispanaq, zeytun yağı və daha bir çox qidalar yer alır.
E vitamini və dərmanlar ilə qarşılıqlı təsirlər
Bəzi dərmanlar, xüsusilə antikoaqulanlar və bəzi xərçəng əleyhinə dərmanlar, E vitamini ilə qarşılıqlı təsirə girə bilər və qanama riskini artırır. Həkimlər, yüksək dozada E vitamini istifadəsinin bəzi dərmanların təsirini azalda biləcəyini bildirir.
Əminə Bayramova

