Icma.az
close
up
RU
Əbədi olaraq itmiş hesab edilən quş geri döndü: Bu necə baş verdi?

Əbədi olaraq itmiş hesab edilən quş geri döndü: Bu necə baş verdi?

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

70 illik qoruma proqramı sayəsində bu quşun populyasiyası təxminən 500 fərdə çatıb.

Takahenin "yenidən doğuluşu”: itmiş hesab edilən quşun necə tapıldığı izah edildi

Yeni Zelandiyada yarım əsrdən artıq müddət ərzində nəsli kəsilmiş sayılan uça bilməyən takaxe quşu nadir şəkildə geri qayıdıb: 70 illik mühafizə proqramı sayəsində populyasiya təxminən 500 fərddən ibarət səviyyəyə yüksəlib və yaxınlarda bir qrup quş onilliklərdən sonra ilk dəfə yeni yaşayış yerlərinə buraxılıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ-ın Rutqers Universitetinin evolyusiya bioloqu Skott Trevers "Forbes” üçün yazdığı məqalədə bildirib.

Alimin sözlərinə görə, takaxe (Porphyrio hochstetteri) yalnız Yeni Zelandiyanın Cənub adasına xas olan iri, uça bilməyən quşdur. XIX əsrin sonunda onun demək olar ki, tamamilə yox olduğu düşünülürdü. Tarixi məlumatlara əsasən, sonuncu məlum takaxe 1898-ci ildə görülüb və bundan sonra növün mövcudluğunu təsdiqləyən heç bir məlumat olmamışdı.

XX əsrin əvvəlində takaxe artıq yalnız muzey eksponatları və qazıntı sümükləri ilə tanınan, Yeni Zelandiyanın qədim quşlar aləmindən qalmış "itmiş” növ hesab edilirdi. Bu vəziyyət, təxminən yarım əsr sonra növün yenidən aşkar edilməsinə qədər davam edib.

1948-ci il noyabrın 20-də dörd nəfərlik ekspedisiya zamanı, doktor Ceffri Orbellin rəhbərlik etdiyi komanda Mörçison dağlarındakı ucqar alp vadisində sağ qalmış takaxe qrupunu yenidən tapıb.

Takaxenin yoxa çıxmasının səbəbləri

Mütəxəssislərin bildirdiyinə görə, takaxe insanların gəlməsindən əvvəl bir sıra təhlükələrlə üzləşib: yaşayış mühitinin məhv edilməsi, ovlanma, eləcə də t xor, siçan, maral və digər invaziv məməlilər kimi yırtıcı və ot yeyənlərin adaya gətirilməsi. Bütün bunlar quşun qida mənbəyini və təhlükəsiz yuvalama yerlərini demək olar ki, tamamilə yox etmişdi. Trevers ehtimal edib ki, növün "yoxa çıxmasının” əsas səbəbi məhz sağ qalma göstəricisinin kəskin aşağı düşməsi olub.

Alim qeyd edib ki, 1948-ci ildəki kəşf minildə bir dəfə baş verə biləcək tapıntı idi: rəsmi olaraq nəsli kəsilmiş elan edilən quşun vəhşi təbiətdə sağ qaldığı ortaya çıxıb. Bu hadisə dünyada ən uzunmüddətli və ən qeyri-adi növ bərpa proqramlarından birinə əsas qoyub.

2023-cü ilə gəldikdə isə intensiv mühafizə tədbirləri nəticəsində takaxe populyasiyası bir neçə vəhşi və idarə olunan qruplar da daxil olmaqla təxminən 500 fərddən ibarət olub.

Genetik araşdırma nələri göstərdi?

Trevers bildirib ki, növün yenidən tapılması onunla bağlı bütün suallara cavab verməyib. Bioloqlar takaxenin mənşəyi, qədim yayılma arealı və genetik "daralma”nın onun gələcəyinə təsiri ilə bağlı araşdırmaları davam etdiriblər.

2023-cü ildə "Molecular Ecology” jurnalında "Otago” universitetinin alimləri tərəfindən dərc edilən tədqiqat vəziyyəti dəyişib. Alimlər subfosillərdən, muzey materiallarından və canlı nümunələrdən qədim və müasir mitoxondrial genomları ardıcıllıqla oxuya biliblər. Nəticələr göstərib ki:

* Takaxe bir vaxtlar bütün Cənub adasında yayılıb və qədimdə regionlara görə bölünmə olmayıb. Populyasiyalar bir-birinə çox oxşar olub.

* İnsanların adaya gəlməsindən sonra genetik müxtəliflik kəskin azalıb. Bu isə böyük əhali çökməsinə işarə edir. Ən mümkün səbəb — təxminən 750 il əvvəl insanların gəlişi və onların gətirdiyi yırtıcılar.

* Takaxe çox qədim evolyusiya budağıdır. Onun Şimal adasında yaşamış nəsli kəsilmiş qohumundan təxminən 1,5 milyon il əvvəl ayrıldığı müəyyən edilib.

* Mövcud takaxelər bir vaxtlar geniş yayılmış populyasiyanın son nümayəndələridir və genetik müxtəlifliyin azalması onların bərpasını çətinləşdirir. Buna görə quşların relokasiyası və yaşayış mühitinin qorunması diqqətlə idarə edilməlidir.

Mühafizə tədbirləri və nəticələr

Trevers yazır ki, sonuncu vəhşi populyasiyanın tapılması yalnız başlanğıc idi. Onilliklər ərzində alimlər və təbiət mühafizəçiləri invaziv yırtıcıların, yaşayış mühitinin dəyişməsinin və sərt alp şəraitinin yaratdığı təhdidlərə baxmayaraq, takaxenin yaşamaq şansını artırmaq üçün böyük işlər görüblər.

Bu səylərin nəticəsi olaraq, 12 fevral 2025-ci ildə Kvinstaun yaxınlığındakı Ris vadisinə — 18 min hektar yüksək dağlıq əraziyə — 18 takaxe buraxılıb. Bu addım növün özünü təmin edən vəhşi populyasiyalarını yaratmaq məqsədi daşıyırdı və eyni zamanda, elmi əsaslarla hazırlanmış mühafizə proqramlarının növləri yox olmaqdan xilas edə biləcəyinin göstəricisi olub.

Takaxeni xilas etməyi çətinləşdirən amillər

Məqalənin müəllifi vurğulayır ki, takaxenin sağ qalma hekayəsini təsirli edən amillərdən biri də bu quşun nadir xüsusiyyətləridir:

* Uça bilməyən və ağırdır. Takaxe dünyanın ən iri müasir rallidlərindən biridir və uça bilməməsi onu yırtıcılar qarşısında həssas edir.

* Xüsusi qidalanma tələbləri var. O, alp otlaqlarında yaşayır və sərt, lifli otlardan asılıdır. Bu isə mühitin keyfiyyətini həyati vacib edir.

*  Yırtıcılara qarşı son dərəcə həssasdır. Takaxe yerüstü məməlilərin olmadığı mühitdə formalaşdığı üçün t xor, pişik və siçan kimi növlər qarşısında demək olar ki, müdafiəsizdir.

Bu səbəblər növün qorunmasını xüsusilə çətinləşdirir: təkcə takaxeni çoxaltmaq kifayət etmir, həm də mühitin idarə edilməsi, yırtıcı nəzarəti və uzunmüddətli monitorinq tələb olunur.

Məhz buna görə takaxenin "yenidən dirçəlişi” dünyanın ən ilhamverici təbiət bərpası hekayələrindən biri hesab olunur.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 Dekabr 2025 09:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see300

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see285

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see271

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see261

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see261

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see250

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see240

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see235

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see232

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see232

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see227

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see226

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see223

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see215

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see215

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see212

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see208

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see206

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see192

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri