Icma.az
close
up
RU
Əbəs yerə göz vurmurdu çadra altdan o qız mənə Yeseninin İran nəğmələri

Əbəs yerə göz vurmurdu çadra altdan o qız mənə Yeseninin İran nəğmələri

Icma.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kulis.az görkəmli rus şair Sergey Yeseninin şeirlərini təqdim edir

Mənim gözəl Şahanəm
Mənim gözəl Şahanəm, Şahanə gülüm mənim!
Şimallı olduğuma doğmasan, yoxsa belə?!
Zəngin səhralarlıyla məşhurdur elim mənim,
Bənzəyir ay nurunda üzən zəmi məşələ;
Mənim gözəl Şahanəm, Şahanə gülüm mənim.
Şimallı olduğuma doğmasan, yoxsa belə,
Orda ay burdakından böyükdür neçə dəfə,
Şiraz çox füsunkardır, ancaq mən yenə hələ.
Uçmağa tam hazıram Ryazanım tərəfə;
Şimallı olduğuma doğmasan, yoxsa belə?!
Zəngin səhralarıyla məşhurdur elim mənim,
Bənzəyir zəmiləri qızılı saçlarına...
Dola barmaqlarıma, ağrımaz əlim mənim,
Vurğunam öz yurdumun yaşıl yamaclarına;
Cənnət məkanı ilə məşhurdur elim mənim.
Bənzəyir ay nurunda üzən zəmi gözələ.
Qıvrım saçlarıma bax, telimdən tanı məni,
Zarafat et, gülümsə, düşməz bu anlar ələ,
Salma ancaq yadıma, salma, gülüm, Vətəni;
Bənzər ay işığında üzən zəmi gözələ.
Mənim gözəl Şahanəm, Şahanə gülüm mənim!
Şimalda, o diyarda sənə bənzər qız da var,
Tanrım, insan insana bu qədər necə oxşar!
Bəlkə də mənim haqda düşünür o gözəl yar,
Mənim gözəl Şahanəm, Şahanə gülüm mənim!
Deyirdin ki, Sədi...
Təəccüblü nə var, sən
Onun zövqünə bir bax! -
Gözəli sinəsindən
Öpürmüş Sədi ancaq.
Oxudun: - "Fərat üçün
Gözəldir gül gözəldən".
Mən isə həyat üçün,
Oxuyardım əzəldən.
Gözəlsə də qızılgül,
Ona çox gözəl demə -
Sözlərimi eşit, bil,
Yoxdur tay Şahanəmə.
Ruhum var, azad quşam,
Bezdim boş adətlərdən;
Şairtək doğulmuşam,
Şairtək öpürəm mən.
Olmamışam
Bosforda mən

Bosforda heç olmamışam,
Ordan mənə vermə sual.
Heykələ dönüb qalmışam
Mavi gözlər önündə lal.
Bağdada da getməmişəm
Tacir karvanlarıyla mən.
Orda alver etməmişəm,
Düşmüşəm anca taqətdən.
Fikirdən yordum dözümü -
Əbədi nə var dünyada?
Axır ki tapdım özümü;
- Mən şairəm Rusiyada!
Sızıldadır qarmon səsi,
İtlər hürür üzü aya,
Fars gözəli, var həvəsin -
Gedək o mavi dünyaya?
Hüzuruna gəldim, yarım,
Çağırdın eşq ünvanına.
Sənin zərif barmaqların
Döndü durna qanadına.
Qoy unudum keçmişimi,
Rahatlıq hopdur qanıma.
Yoxdur ölkə ölkən kimi,
And içirəm bu canıma.
Unutdur qarmon avazın,
Dadım bu gül nəfəsindən.
Yolumu gözləyən qızın
Qaçmayım görüşünə mən.
Bosforda olmadım, xeyr,
Uydurram bir şey... istəsən;
O gözlər daşır, kükrəyir,
Ruhuma od püskürürsən.
Qövr eləmir
köhnə yaram

Qövr eləmir köhnə yaram,
Sancı qopmur ürəyimdən.
Udub mavi çiçəklərin
Ətrini, məst oluram mən.
Tehranda bir çayxanada
Çayçı pürrəngi çay verdi.
Araqla, çaxırla deyil,
Bu çayla sağaldı dərdim.
Ağa, ətirli çayını,
Qoy tez-tez içməyə gəlim.
Çadra altdan burda mənə
Baxır bir İran gözəli.
Bizdə qızlar azaddırlar,
Azaddır sevgiləri də.
Bizdə görüş könüllüdür,
Bal dadır öpüşləri də.
Nə gözəldir bu ay üzlü,
Cana gəldim, inan mən də.
Xorasan şalı verərdim,
Şiraz xalçası üstündə.
Süz, ağa, süz o bal çaydan,
Dilim yalan satmaz sənə;
Mən özümə cavabdehəm,
Sənsə cavabdeh özünə.
Çox boylanma bağçaya da,
Başqa qapısı var yenə.
Əbəs yerə göz vurmurdu
Çadra altdan o qız mənə.
Dəllaldan sordum bu gün
A dəllal, yarım tümən
Neçə manat eyləyər?
Açımmı qəlbimi mən
Fars gözəli Laləyə?
Bu gün yenə də sordum,
Öyrətsin məni deyə:
- Necə başa salım mən
Öpüş sözün Laləyə?
Sığmırdım yerə, göyə,
Sıxılırdı ürəyim.
Necə deyim Laləyə
Sənsən mənim gərəyim?!
Dinlədi gülə-gülə -
Dəllal hal əhli idi.
Dedi: - Qızı söz ilə
Ələ almaq çətindi.
Öpüşün yoxdur adı,
Dodaqda qalmır izi.
Tanrı belə yaradıb -
Gül ətri verir özü.
Kim eşqə əbəs deyər?
Sevinci, kədəri var.
"Mənimsən" o kəs deyər
Çəkər, çadranı atar.

Tərcümə:Valeh Mirzə

Həmidə Ömərova: "Aktrisalığa pulsuzluqdan qayıtdım" – Müsahibə Səməndər Rzayevin xatirə gecəsi keçirildi İndiki yazıların çoxunu o qəzet-jurnalların qapısından buraxmazdılar - Fəxri Uğurlu
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://kulis.az
archiveBu xəbər 03 May 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see218

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see197

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see191

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see177

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see176

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see155

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see152

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see145

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see145

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see137

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see136

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see136

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see131

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see131

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see130

Putin Ermənistan Azərbaycan münaqişəsini həll etdiyimə inana bilmirdi Tramp

30 Dekabr 2025 00:44see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri