Ebola epidemiyası ilə bağlı qorxulu AÇIQLAMA
Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ebola qızdırmasının yayılmasının qarşısını almaq getdikcə çətinləşir. Bu barədə beynəlxalq humanitar təşkilat olan "Sərhədsiz həkimlər" açıqlama verib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, virusa yoluxanların sayı sürətlə artır və bu səbəbdən vəziyyəti nəzarət altında saxlamaq getdikcə daha da mürəkkəbləşir.
Son beş həftədən Konqo Respublikasında təsdiqlənmiş Ebola yoluxmalarının sayı 650-dən təxminən 2 minə yüksəlib. Ölənlərin sayı isə beş dəfədən çox artaraq 130 nəfərdən 700-dən çox nəfərə çatıb.
Xatırladaq ki, mayın 17-də Ümumdünya Səhiyyə Təşkilatı Konqo Respublikası və Uqandada baş verən Ebola qızdırması epidemiyasını beynəlxalq əhəmiyyətli ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət elan edib.
Hazırda yayılan "Bundibuqyo" ştammına qarşı təsdiqlənmiş peyvənd və ya xüsusi müalicə üsulu mövcud deyil. Buna görə də xəstələrə yalnız dəstəkləyici tibbi yardım göstərilir. Bu yardıma xəstələrin təcrid olunması, orqanizmdə maye itkisinin bərpası və ağrıların azaldılması daxildir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 15 İyul 2026 15:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















