Ebola Konqoda tüğyan edir
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Konqo Demokratik Respublikasında Ebola xəstəliyinə təsdiqlənmiş yoluxma hallarının sayı 5 mini ötüb.
Bakıvaxtı.az xəbər verir ki, bunu hökumətin çərşənbə axşamı dərc edilmiş məlumatlarında əksini tapan göstəricilər təsdiqləyir.
“Reuters” agentliyinin məlumatına görə, səhiyyə rəsmiləri bildirirlər ki, görülən tədbirlər ölümcül xəstəliyin yayılmasının qarşısını almağa imkan vermir.
İyulun sonunda Konqoda Ebola qızdırmasının 17-ci epidemiyası xəstələnmə hallarının sayına görə ölkə tarixində ən genişmiqyaslı epidemiyaya çevrilib, həftəsonu isə ölənlərin sayı 2378 nəfərə çatıb. Bunu İctimai Səhiyyə İdarəsi açıqlayıb.
Vəziyyətlə bağlı təqdim edilən son hesabata əsasən, institut indiyədək 5021 yoluxma halı qeydə alıb. Bu göstərici hazırkı epidemiyanı dünyada miqyasına görə ikinci yerdə qərarlaşdırır. Yoluxma və ölüm hallarının sayına görə onu yalnız 2014-2016-cı illərdə Qərbi Afrikada baş vermiş epidemiya qabaqlayır.
Hazırkı epidemiya Ebola virusunun “Bundibugyo” növündən qaynaqlanır. Bu virus növünə qarşı təsdiqlənmiş vaksin və ya müalicə üsulları yoxdur.
Səhiyyə infrastrukturunun zəif olması, əhalinin müqaviməti, qeyri-sabitlik və cavab tədbirlərinin həyata keçirilməsində iştirak edən xidmət əməkdaşlarının etirazları xəstəlik hallarının müəyyənləşdirilməsinə və onlara qarşı müvafiq tədbirlərin görülməsinə mane olur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 19 Avqust 2026 13:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















