Icma.az
close
up
RU
EBRD: Azərbaycanda kapital bazarlarının inkişafı mühüm mərhələyə çatıb Xəbər saytı Son xəbərlər və Hadisələr

EBRD: Azərbaycanda kapital bazarlarının inkişafı mühüm mərhələyə çatıb Xəbər saytı Son xəbərlər və Hadisələr

Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda maliyyə derivativləri və sekuritizasiyanın istifadəsini tənzimləyən qanunvericilik üzərində iş başa çatıb ki, bu da kapital bazarında likvidliyin artırılması və risklərin idarə edilməsi üçün şərait yaradır.

Bu barədə "Report" Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) hesabatına istinadən bildirir.

Hesabata görə, davamlı maliyyələşdirmənin təşviqi çərçivəsində ekoloji cəhətdən təmiz investisiya layihələrini dəstəkləmək məqsədilə yaşıl istiqrazlar üçün qanunvericilik bazasının əsas meyarları da hazırlanıb. Bu tədbirlər Azərbaycanın beynəlxalq standartları inteqrasiya etmək və davamlı maliyyə sisteminin inkişafını stimullaşdırmaq səylərini vurğulayır.

"Eyni zamanda, Azərbaycan hökuməti banklara investisiya xidmətləri göstərməyə imkan verən xüsusi qaydalar tətbiq edib ki, bu da investorlar üçün birbaşa giriş kanallarını genişləndirir.

Ümumilikdə, Azərbaycanda kapital bazarlarının inkişafı mühüm mərhələyə çatıb: 2024-cü ilin mayında ölkənin aktivlərinə görə ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankı ölkə tarixində ilk İlkin Kütləvi Təklif (IPO) elan edib. Sövdələşmənin ilin sonuna qədər başa çatması gözlənilir. Bank səhmdar bazasını şaxələndirmək və əlavə kapital cəlb etmək məqsədilə öz səhmlərinin əhəmiyyətli hissəsini yerli və beynəlxalq investorlara təklif edir", - EBRD vurğulayır.

Hesabatda həmçinin Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatların qorunmasının gücləndirilməsi və kibertəhdidlərin minimuma endirilməsi istiqamətində gördüyü tədbirlər qeyd olunur: "Bu baxımdan Mərkəzi Bank 2024-cü ildə maliyyə sektorunda informasiya təhlükəsizliyi tələblərini sərtləşdirib".

EBRD-in qeyd etdiyi kimi, ölkədə infrastruktur məhdudiyyətlərinin aradan qaldırılması ilə rəqəmsallaşma davam edir ki, bu da son bir ildə internet sürətini 30 % artırmağa imkan verib.

Hesabat müəlliflərinin fikrincə, hökumətin ötən ilin avqustunda məlumatların qorunması və milli rəqəmsal məkanın vahid standartlarının yaradılmasına yönəlmiş ilk beşillik "2023-2027-ci illər üçün İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik Strategiyası"nı qəbul etməsi mühüm addım olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://baku.ws
archiveBu xəbər 27 Noyabr 2024 22:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see155

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri