Əbu Dabidə 5 medal
futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təşkil olunan “Böyük Dəbilqə” turniri cüdo üzrə Azərbaycan milli komandasının tarixi uğuru ilə başa çatıb.
Futbolpress.az xəbər verir ki, +100 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Uşanqi Kokauri yarışın son günündə fəxri kürsüyə qalxıb. Mübarizəyə tacikistanlı Şərifcan Nazriyevi üstələyərək başlayan idmançımız, 1/4 finalda yerli cüdoçu Məhəmmədömər Məhəmmədömərovu, yarımfinalda isə gürcüstanlı Saba İnaneyşvilini məğlub edərək finala yüksəlib. Həlledici görüşdə digər Gürcüstan təmsilçisi İrakli Demetraşviliyə yenilən Kokauri turnirin gümüş medalına sahib çıxıb.
Bu nəticə ilə milli komandamız Əbu-Dabi turnirindəki medal sayını 5-ə çatdırıb. Daha əvvəl Balabəy Ağayev (60 kq) və Könül Əliyeva (48 kq) çempionluq sevinci yaşayıb, Rəşad Yelkiyev (66 kq) ilə Hidayət Heydərov (73 kq) isə bürünc mükafata yiyələniblər.
Beləliklə, aktivinə 2 qızıl, 1 gümüş və 2 bürünc medal yazdıran Azərbaycan yığması komanda hesabında ümumi cədvəlin 1-ci pilləsində qərarlaşıb.
Baxış sayı:130
Bu xəbər 31 Oktyabr 2026 20:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















