Icma.az
close
up
RU
Əbu Dabidə tarixi mükafat

Əbu Dabidə tarixi mükafat

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bəzən bir səfər təkcə diplomatik hadisə deyil, həm də bəşəri dəyərlərin təntənəsinə çevrilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri və bu səfər çərçivəsində paytaxt Əbu-Dabi şəhərində nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi məhz belə tarixi məqamlardan biridir.

Bu mükafat yalnız bir liderə təqdim olunan ali təltif deyil, eləcə də sülhün, humanizmin, tolerantlığın və insan ləyaqətinə hörmətin beynəlxalq miqyasda təntənəsidir. Dövlətimizin başçısının bu ali mükafata layiq görülməsi Azərbaycan dövlətinin və xalqının əsrlər boyu formalaşmış multikultural həyat tərzinin, müxtəlif dinlərin və mədəniyyətlərin harmonik birgəyaşayış modelinin dünyaya təqdim olunması deməkdir.
Azərbaycan tarixən sivilizasiyaların qovuşuğunda yerləşən, fərqlilikləri qarşıdurma deyil, zənginlik kimi qəbul edən bir ölkə olmuşdur. Bu gün isə həmin dəyərlər Prezident İlham Əliyevin uzaqgörən və prinsipial siyasəti nəticəsində dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Dinindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər bir insanın hüquq və azadlıqlarının qorunması Azərbaycanda yalnız konstitusion norma deyil, eyni zamanda mənəvi həyat fəlsəfəsidir.
“Zayed İnsan Qardaşlığı Mükafatı” mərhum Şeyx Zayed bin Sultan Al Nəhyanın humanist ideallarını yaşadan, dünyada sülhü, dinlərarası və mədəniyyətlərarası dialoqu təşviq edən ali bir beynəlxalq platformadır. Bu mükafatın məhz Azərbaycan Prezidentinə təqdim edilməsi ölkəmizin qlobal sülh gündəliyində tutduğu mövqenin, beynəlxalq etimadın və yüksək nüfuzun parlaq göstəricisidir.
Əbu-Dabidə keçirilən təntənəli mərasimdə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər bir daha sübut etdi ki, insan qardaşlığı ideyası onun siyasətinin mərkəzində dayanır. Ölkə başçısı çıxışında vurğuladı: “İlk növbədə, bu mükafata görə münsiflər heyətinə dərin minnətdarlığımı bildirmək istəyirəm. Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayedin adını daşıyan bu mükafata layiq görülmək mənim üçün böyük şərəfdir. O, elə bir böyük lider idi ki, onun uzaqgörənliyi və fəaliyyəti BƏƏ-ni dünyanın ən firavan və ən uğurlu ölkələrindən birinə çevirmişdir.”
Bu səfər, eyni zamanda, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında dostluq və tərəfdaşlıq münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi. Yüksək səviyyəli görüşlər, səmimi dialoq və qarşılıqlı etimada əsaslanan müzakirələr iki ölkə arasında enerji, iqtisadiyyat, yaşıl inkişaf, humanitar və mədəni sahələrdə əməkdaşlığın daha da dərinləşəcəyinə əminlik yaratdı.
Azərbaycan və BƏƏ beynəlxalq platformalarda da, xüsusilə qlobal iqlim gündəliyi çərçivəsində sıx və məqsədyönlü əməkdaşlıq nümayiş etdirir. Hər iki ölkənin “COP Troykası”nın üzvləri sırasında yer alması, COP28-in Birləşmiş Ərəb Əmirliklərində, COP29-un isə Azərbaycanda keçirilməsi tərəflərin qlobal iqlim problemlərinin həllinə birgə və məsuliyyətli yanaşmasının bariz ifadəsidir. Bu fakt göstərir ki, Bakı və Əbu-Dabi yalnız regional deyil, qlobal miqyasda da məsuliyyətli tərəfdaşlar kimi çıxış edir.
Bununla yanaşı, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri strateji coğrafi mövqeləri, zəngin enerji resursları və balanslaşdırılmış xarici siyasət kursları ilə oxşar inkişaf modelinə malik dövlətlərdir. Hər iki ölkə beynəlxalq münasibətlər sistemində etibarlı, praqmatik və dialoqa açıq mövqeyi ilə seçilir, eyni zamanda, qlobal proseslərin tənzimlənməsində neytral və etibarlı platforma kimi qəbul olunur.
Prezident İlham Əliyevin sülhə və sabitliyə xidmət edən liderliyi təkcə qlobal müstəvidə deyil, regionumuzda da real və ölçülə bilən nəticələr verməkdədir. Ötən il “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in paraflanması ölkəmizin qətiyyətli və məsuliyyətli siyasətinin növbəti təzahürü olmaqla, Cənubi Qafqazda davamlı sülhün və təhlükəsizliyin bərqərar olunması üçün möhkəm zəmin yaratmışdır. Tarixi əhəmiyyət daşıyan bu sənəd dövlətimizin başçısının uzaqgörən, prinsipial diplomatik təşəbbüslərinin və regionda sabitliyin təmin olunmasına yönəlmiş ardıcıl mövqeyinin bariz göstəricisi kimi dəyərləndirilir.
Prezident İlham Əliyevin Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nı qəbul etməsi təkcə bir siyasi liderin uğuru deyil, bu, Azərbaycanın sülhə, humanizmə və bəşəri həmrəyliyə verdiyi töhfənin beynəlxalq səviyyədə tanınmasıdır. Bu hadisə bir daha təsdiqləyir ki, Azərbaycan bu gün yalnız regional güc deyil, eyni zamanda, qlobal dəyərlərin daşıyıcısı və təşviqçisidir.
İnsan qardaşlığına xidmət edən bu liderlik nümunəsi Azərbaycan xalqının mənəvi gücünü, tolerant düşüncəsini və gələcəyə inamını dünyaya bir daha nümayiş etdirdi.

Siyavuş Novruzov
Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Fevral 2026 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri