Əbülfəs Qarayevin qızı Məhsəti Gəncəvi ilə bağlı qalmaqala səbəb olan fikirlərə görə üzr istədi FOTO
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızı Suad Qarayeva çəkdiyi "Məhsəti" filmi ilə bağlı üzr istəyib.
Moderator.az xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
"Azərbaycanın bir vətəndaşı olaraq, ölkəmə, xalqımıza və bizim mədəni dəyərlərimizə hər zaman böyük hörmət və dərin bağlılıqla yanaşmışam. Qısametrajlı filmimlə bağlı son paylaşımım heç vaxt tənqid məqsədi daşımayıb, sadəcə, emosional, şəxsi bir düşüncə idi.
Sözlərimin niyyətimdən fərqli şəkildə başa düşülməsindən səmimi-qəlbdən təəssüf edirəm və bundan təsirlənmiş və ya incimiş ola biləcək hər kəsdən üzr istəyirəm.
Dəyərlərimə, ölkəmə, xalqımıza və mədəniyyətimizə olan sarsılmaz bağlılığım hər zaman mənimlədir", - S.Qarayeva bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 17 Dekabr 2025 16:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















