Icma.az
close
up
RU
ECA rəsmisi: Klubları öz karbon izləri və iqlim gündəmləri üzərində daha çox işləməyə təşviq edirik

ECA rəsmisi: Klubları öz karbon izləri və iqlim gündəmləri üzərində daha çox işləməyə təşviq edirik

Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Klubları öz karbon izləri və iqlim gündəmləri üzərində daha çox işləməyə təşviq edirik.

"Report" xəbər verir ki, bunu Avropa Klublar Assosiasiasiyası (ECA) dayanıqlılıq üzrə rəhbəri Qaya Pretner "Qarabağ" Futbol Klubunun təşəbbüsü ilə COP29 çərçivəsində yaradılacaq futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansda yer alacaq komandalar ilə təşkil olunmuş görüşdə deyib.

Onun sözlərinə görə, ilk növbədə, klubun üzvlərinin ehtiyaclarını anlamaq əsas prioritetdir:

"Dayanıqlılıq sahəsində çox kiçik bir komanda çalışır. Ona görə də səhv istiqamətlərə fokuslanmaq imkanları yoxdur. Biz üzvlərimiz, xüsusilə də işçi qruplarla dərindən əlaqə quraraq əsas diqqət nöqtələrini anlamağa çalışırıq. Başa düşdük ki, onların potensiallarının fərqində olmalarına baxmayaraq, bəzən müəyyən qorxuları var. Onlar haraya baxmalı olduqlarını, resursları və bilikləri haradan əldə edəcəklərini dəqiq bilmirlər".

Q.Pretner bildirib ki, son illərdə dayanıqlılıq sahəsi sürətlə inkişaf edir və bu sahədə peşəkarlar kifayət qədər deyil:

"Biz qərara gəldik ki, strategiyamız klublarımıza bir yol göstəricisi kimi xidmət etməlidir. Səhmdarlarla əlaqə quraraq harada ən böyük və təsirli müsbət və ya mənfi təsirin olduğunu anlamaq, daha sonra ən vacib məqamları həll etmək üçün plan və strategiya hazırlamaq vacibdir".

ECA rəsmisi vurğulayıb ki, təşkilat olaraq öz karbon izlərini ölçüblər:

"Təxminən illik 1100 ton karbon izi futbol dünyasında əhəmiyyətsiz göstəricidir. Mənim və kiçik komandamın öz emissiyalarımızı azaltmağa diqqət yetirməyimiz nə dərəcədə məntiqlidir, halbuki bəlkə də sadəcə 10 kluba öz emissiyalarını 5% azaltmağa kömək etməklə daha böyük nəticə və təsir əldə edə bilərik? Bu səbəbdən klubları öz karbon izi və iqlim gündəmləri üzərində daha çox işləməyə təşviq etməyə qərar vermişik".

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://report.az
archiveBu xəbər 16 Noyabr 2024 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see256

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see215

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see197

ABŞ Vahid Ələkbərovun şirkətinə daha bir sanksiya tətbiq etdi

23 Oktyabr 2025 08:54see179

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see144

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see142

Astana Sammiti və regional nizamın yeni düzəni

23 Oktyabr 2025 09:36see142

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see139

Azərbaycanda mal əti bahalaşdı Yeni QİYMƏTLƏR

23 Oktyabr 2025 08:36see134

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see132

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see132

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see130

Rütte: Ukrayna üzrə sülh prosesinin ilk mərhələsi atəşkəs olmalıdır

23 Oktyabr 2025 04:19see130

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see130

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see129

Türkan evliliklə bağlı sualları CAVABLANDIRDI VİDEO

23 Oktyabr 2025 00:30see128

“Heç heçə edə bilərdik” Qurban Qurbanov

23 Oktyabr 2025 12:19see128

Hər gün mixək çubuğu çeynəyin...

24 Oktyabr 2025 05:57see122

ABŞ Senatı hökumət fəaliyyətinin bərpası ilə bağlı qanun layihəsini 12 ci dəfə qəbul edə bilməyib

23 Oktyabr 2025 04:23see121

ABŞ bizim düşmənimizdir Medvedev

23 Oktyabr 2025 12:20see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri