Əfsanəvi “Bugatti Tourbillon”un kiçildilmiş surəti hazırlandı
Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Böyük Britaniyada fəaliyyət göstərən “Amalgam Collection” şirkəti məşhur “Bugatti Tourbillon” hiperkarının dəqiq miniatür versiyasını ərsəyə gətirib.
Uzunluğu 58 santimetri ötən bu modelin hazırlanması və təkmilləşdirilməsi üzərində ümumilikdə 3 000 saatdan çox iş aparılıb, təkcə bir nüsxənin yığılmasına isə 300 saatdan artıq vaxt sərf edilir.
Minlərlə xırda detalın, o cümlədən xüsusi tökmə elementlərin və fotoaşındırma texnologiyası ilə hazırlanan hissələrin birləşdirildiyi miniatürün orijinal avtomobillə tam eynilik təşkil etməsinə birbaşa “Bugatti”nin mühəndis və dizayner heyəti nəzarət edib. İnternet mağaza
Xatırladaq ki, əsl “Bugatti Tourbillon” hiperkarı 1 800 at gücündə mühərriklə təchiz edilib. Çəkisi təqribən iki ton olan bu avtomobil saatda 445 kilometr maksimal sürət yığa bilir və cəmi 250 ədəd tirajla istehsal olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 16 Noyabr 2026 11:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















