Icma.az
close
up
RU
Əcnəbi hakimlər Azərbaycanda Ali Məhkəmədə: İqlim dəyişikliyi təkcə ekoloji yox, həm də hüquqi problemdir

Əcnəbi hakimlər Azərbaycanda Ali Məhkəmədə: İqlim dəyişikliyi təkcə ekoloji yox, həm də hüquqi problemdir

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Noyabrın 16-da Ali Məhkəmədə “Çirklənmə, təbiət və su: Hakimlərin iqlim dəyişikliyinə dair qlobal dialoqu” mövzusunda tədbir keçirilib.

Bizimyol.info xəbər verir ki, tədbirdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan bir sıra xarici qonaqlar iştirak edib. Onların arasında Braziliya Ali Məhkəməsinin sədri Antonio Herman Benjamin, Belçika Konstitusiya Məhkəməsinin və Avropa İttifaqının Ətraf Mühit üzrə Hakimlər Forumunun sədri, hakim Luk Lavrysen, BMT-nin Baş katibinin müavini, Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru Qada Vali, o cümlədən Pakistan, İndoneziya, Nepal, Hindistan və digər ölkələrdən olan hakimlər də var.

Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov bildirib ki, iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığa xüsusi önəm verən Azərbaycanın bu gün COP29 kimi mötəbər bir beynəlxalq konfransa ev sahibliyi etməsi qürurverici haldır.

Qeyd edilib ki, iqlim dəyişikliyi insan həyatının bütün sahələrinə təsir etdiyi üçün təkcə ekoloji və sosial-iqtisadi deyil, həm də hüquqi problemdir. Bildirilib ki, fəaliyyətləri bir-biri ilə əlaqəli olan hüquqşünaslar iqlim dəyişikliyi ilə mübarizədə qanunvericilik bazasının möhkəmləndirilməsində, məhkəmə təcrübəsinin formalaşdırılmasında və qabaqlayıcı tədbirlərin görülməsində mühüm rol oynayırlar. Hüquq institutları təkcə ekoloji cinayətlərlə mübarizədə deyil, həm də ətraf mühitin mühafizəsi üçün qanunvericiliyin təkmilləşdirilməsində fəal iştirak edirlər. Hakimlər arasında iqlim dəyişikliyi ilə bağlı aparılan müzakirələrin ədalət mühakiməsinin səmərəliliyinə mühüm töhfə verəcəyi vurğulanıb.

Sonra Braziliya Ali Məhkəməsinin sədri Antonio Herman Benjamin çıxış edərək qeyd edib ki, iqlim dəyişikliyi təbiətdə xüsusən su hövzələrinə təsir edir, quraqlıqlığın yaranmasına gətirib çıxarır. Ətraf mühiti hakimsiz qorumağın mümkün olmadığı xüsusi vurğulanıb. Ona görə də bu müzakirələrin təşkil edilməsində məqsədin iqlim dəyişikliyi ilə mübarizəyə hakimləri də cəlb etməkdən ibarət olduğu bildirilib.

BMT-nin Baş katibinin müavini, Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru Qada Vali çıxışında ətraf mühitə təsir edən, qanunun aliliyini pozan hərəkətlərin qarşısının alınmasının vacibliyini diqqətə çatdırıb. Bildirilib ki, iqlim ədaləti planeti qorumaq üçün lazımdır və bu istiqamətdə beynəlxalq əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir.

Belçika Konstitusiya Məhkəməsinin və Avropa İttifaqının Ətraf Mühit üzrə Hakimlər Forumunun sədri Luk Lavrysen isə dövlətlərin iqlim dəyişikliyi ilə mübarizə sahəsində götürdükləri öhdəliklər və bu istiqamətdə məhkəmə təcrübəsini vurğulayıb. Bildirilib ki, yetərsiz iqlim insan hüquqlarının pozulmasına səbəb olur. Beynəlxalq öhdəliklər kontekstində iqlim dəyişikliyi ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi və bu sahədə çıxarılan məhkəmə qərarlarının icrasına xüsusi nəzarətin vacibliyi diqqətə çatdırılıb.

Daha sonra tədbir panel müzakirələrlə davam etdirilib.

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 16 Noyabr 2024 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see162

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see129

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see127

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri