Icma.az
close
up
RU
ECO nun Zirvə görüşü zamanı verilən təkliflər regionumuzun gələcəyi üçün strateji əhəmiyyətə malikdir ŞƏRH

ECO nun Zirvə görüşü zamanı verilən təkliflər regionumuzun gələcəyi üçün strateji əhəmiyyətə malikdir ŞƏRH

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 6 iyul, AZƏRTAC

İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) hökumətlərarası təşkilat kimi 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılmışdı. Təşkilat 1964-1979-cu illərdə fəaliyyət göstərmiş Regional Əməkdaşlıq və İnkişaf Təşkilatının davamı sayılır. Müstəqilliyimizi bərpa etdikdən sonra ölkəmizin ilk daxil olduğu qurumlardan biridir. 1992-ci ilin noyabrın 28-də bizdən başqa 6 ölkə - Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan da Təşkilata üzv qəbul olundu.

İqtisadi Əməkdaşlıq Təşkilatında kənd təsərrüfatı, sənaye, nəqliyyat, rabitə, infrastruktur, ictimai işlər, elm, təhsil, mədəniyyət, energetika, narkotik maddələrin yayılmasının qarşısının alınması məsələləri üzrə fəaliyyət göstərən 8 komitə fəaliyyət göstərir. Təşkilat 1993-cü ildə BMT Baş Assambleyasının 48-ci sessiyasında, 1994-cü ildə isə İqtisadi Təşkilatı Konfransında müşahidəçi status alıb.

Ölkəmiz hər zaman ECO-nun fəaliyyətinə böyük önəm verib. Təşkilatın uğurlu fəaliyyəti və inkişafı bütün üzv ölkələrin marağını qarşılayır. Çünki üzv ölkələri ortaq tarix, dil, din, mədəniyyət, yaxın coğrafiya, iqtisadi və siyasi maraqlar birləşdirir. Azərbaycan üzv olaraq bir çox sahələrdə əməkdaşlığın inkişafı məqsədilə təklif və təşəbbüslərlə çıxış etmişdi. Ölkəmiz 2006 və 2012-ci illərdə Təşkilatın Zirvə toplantılarına ev sahibliyi edib, qəbul edilmiş sənədlərdə üzv ölkələr arasında bir sıra sosial – iqtisadi və siyasi əlaqələrin əsas prinsipləri, regional münasibətlərin prioritetləri öz əksini tapıb.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Yalçın Hacızadə söyləyib.

O bildirib ki, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər 2020-ci ilə qədər dövlətimizin və xalqımızın ən böyük problemimiz olan Ermənistanın işğal etdiyi torpaqlar məsələsində konkret münasibət bildirib, beynəlxalq hüquq normalarını pozan Ermənistanın işğalçılıq siyasətini pisləyib.

Ulu Öndər Heydər Əliyevin 2002-ci ildə İstanbulda keçirilmiş ECO-ya üzv ölkələrinin dövlət və hökumət başçılarının 7-ci Zirvə görüşündə təşkilatın daha səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə qurumun Tədqiqat Mərkəzinin yaradılması təklifi ilə çıxış edib. Prezident İlham Əliyev tərəfindən həmin təklif Təşkilatın 2006-cı ildə Bakıda keçirilən 9-cu Zirvə görüşündə yenidən irəli sürülüb və 2021-ci ildə 14-cü Zirvə görüşündə həmin təklif qəbul olunub və Bakı şəhərində təsis edilib. Mərkəzin əsas məqsədi iqtisadi tədqiqatlara əsaslanan regional əməkdaşlığın qurulması üçün ECO-ya üzv ölkələrə yardım etməkdir.

“ECO-nun Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən 15-ci Zirvə görüşü də ölkəmiz üçün məhsuldar və faydalı keçmişdi. Həmin görüşdə dövlətimizin başçısı İlham Əliyev Tədqiqat Mərkəzinin yaradılması barədə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsünün üzv dövlətlər tərəfindən dəstəklənməsinə görə təşəkkürünü bildirib və Bakı şəhərində yerləşəcək Tədqiqat Mərkəzinin fəaliyyəti üçün lazım olan şəraitin yaradılacağını qeyd edib.

Həmçinin 15-ci Zirvə görüşündə qəbul edilmiş “Aşqabad fəaliyyət konsensusu” adlı yekun bəyannamədə Azərbaycanın maraqlarına cavab verən müddəalar əks olunaraq, “torpaqlarımızın işğaldan azad edilməsi münasibətilə Azərbaycan dövləti və xalqı təbrik edilib, bu halın Qafqaz regionunda davamlı sülhə və iqtisadi tərəqqiyə yol açacağına inanaraq, üzv dövlətlərin işğaldan azad edilmiş regionlarımıza sərmayə qoyulması, yenidənqurma və bərpa işlərində iştiraka çağırış edilmişdi", - deyə Y. Hacızadə vurğulayıb.

Politoloq qeyd edib ki, İqtisadi Əməkdaşlıq Təşkilatını bizim üçün vacib edən daha bir addımı onun 17-ci Zirvə görüşünün Azərbaycanın tarixi torpağı olan Xankəndi şəhərində keçirilməsi oldu. Son illər ölkəmiz beynəlxalq tədbirlərin keçirilməsi mərkəzinə çevrilib. Belə tədbirlərin işğaldan azad edilmiş şəhərlərimizdə keçirilməsi xüsusilə önəmlidir. Eyni zamanda, həmin torpaqlarda bu gün baş verənlər gələcək üçün sənəd, hüquqi akt və maddi sübutdur. Bütün dünya görür ki, dövlətimiz öz tarixi torpağına necə sahib çıxır. İşğal zamanı düşmən tərəfindən viran qoyulmuş, cinayətkarlığın, qaçaqmalçılığın, narkoticarətin və separatizmin mərkəzi olmuş ərazilərimiz yenidən qurulur, bərpa edilir. İllərlə işğalda qalmış ərazilərimiz indi əməkdaşlıq və sabitlik yurduna, region və dünyamız üçün əhəmiyyətli mərkəzlərə çevrilir.

Qarabağın rəsmi şəhəri hesab edilən Xankəndində baş tutan belə bir mötəbər tədbir ölkəmizin siyasi, iqtisadi, mədəni baxımından regionun aparıcı aktorlarından olduğunu, beynəlxalq tədbirlərin yüksək səviyyədə və təhlükəsiz şəkildə keçirilməsində böyük təcrübəyə malik olduğunu göstərir. Belə tədbirləri keçirməklə biz bütün dünyaya nümayiş etdiririk ki, Azərbaycan beynəlxalq əməkdaşlığın, sülhün, sabitliyin, bərabər hüququn, başqa xalqların və dövlətlərin də rifahını düşünən bir ölkədir.

O deyib: “Zirvə çərçivəsində müzakirə edilən mövzular - dayanıqlı inkişaf, regional əməkdaşlıq və iqlim məsələləri - Azərbaycanın prioritetlərinə uyğundur və onun müasir beynəlxalq gündəliyə verdiyi töhfələrin məntiqi davamıdır.

Xankəndi şəhərində keçirilən Zirvə görüşü ölkəmizin üzv olduğu beynəlxalq təşkilatlarda, o cümlədən ECO-da təşəbbüskar mövqeyə malik olduğunu və regional əməkdaşlığa verdiyi praktik töhfələrin yüksək dəyərləndirildiyini bir daha sübut edir. İşğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri, yaşıl enerji zonaları, ağıllı şəhər konsepsiyaları, ekoloji layihələr bu zirvənin ruhuna tam uyğun oldu.

Dünyada təmiz enerji texnologiyalarının rolu sürətlə artır. Bu sahədə verilən rəsmi proqnozlara görə yaxın illərdə bərpaolunan enerji mənbələri dünya enerji istehsalında böyük hissəyə malik olacaq. Azərbaycan da bu sahədə yeni layihələr həyata keçirərək regionun qabaqcıl ölkəsinə çevrilib.

ECO-nun Təmiz Enerji Mərkəzi ölkəmizdə yerləşir və regionda enerji transformasiyasını təşviq edir. Dövlətimizin başçısı yaşıl enerjini ölkənin əsas prioritetlərindən biri elan edib.

Xankəndində keçirilən Zirvə görüşü bütün dünyaya göstərdi ki, Qarabağ artıq münaqişə deyil, sülh, sabitlik, iqtisadi dirçəliş və siyasi müzakirə məkanıdır. Görüş zamanı verilən təkliflər yalnız Azərbaycan deyil, bütövlükdə regionumuzun gələcəyi üçün strateji əhəmiyyətə malikdir.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü bir daha göstərdi ki, Azərbaycan beynəlxalq əməkdaşlığın qurucusu, təşkilatçısı, diplomatik balansı təmin edən bilən lider ölkədir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 İyul 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see170

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri