Icma.az
close
up
RU
Ədalət, güvən və yeni regional düzən BARIŞA Şuşadan baxış

Ədalət, güvən və yeni regional düzən BARIŞA Şuşadan baxış

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Barış haqqında ən çox savaş yaşamış xalqların danışmaq haqqı var. Çünki onlar barışın yalnız gözəl söz, diplomatik protokol və ya beynəlxalq toplantı mövzusu olmadığını yaxşı bilir. Onlar barışın torpaq, insan taleyi, hüquq, yaddaş və güvən məsələsi olduğunu öz həyatları ilə öyrənib. Azərbaycan da barışa – haqlı olaraq – məhz bu təcrübədən baxır.

IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərin əsas siyasi xəttindən çıxış edərək, belə bir cümlə qurmaq mümkündür: bəli, Azərbaycan barış istəyir, ancaq ədalətsiz, birtərəfli və gələcək gərginliklərin toxumunu içində daşıyan barışı qəbul etmir.

Barış istəyənlə barış tələb edən arasındakı fərqi görmək çətin olmasın gərək.

Artıq Azərbaycan barış üçün vasitə, vasitəçi gözləmir – Azərbaycan barış gündəliyini formalaşdıran tərəfdir. Azərbaycan–Ermənistan münasibətlərində yeni mərhələnin əsas özəlliyi bax, budur.  Bu, 2020-ci ildən sonra yaranmış ən böyük siyasi dəyişiklikdir.

Uzun illər vasitəçilər işğala son vermək – keçmiş həmsədrlərin ortaq üslubu ilə  desək, münaqişəni həll etməkdəncə idarə etməyə çalışırdılar. Danışıqlar uzanır, sənədlər hazırlanır, açıqlamalar verilirdi; ancaq işğal davam edirdi.

Azərbaycan hərbi-siyasi gücü ilə bu qapalı dairəni qırdı, kəsafətləri kəsdi, yolu-izi açdı. İndi torpaqların kimə məxsus olması kimi bir əsas sual, ümumən belə bir sual yoxdur. Bu məsələ beynəlxalq hüquq və gerçək suverenlik baxımından həll olunub. Əsas sual Ermənistanın yeni gerçəkliyi nə dərəcədə dürüst və hansı zaman zərfində qəbul etməsidir.

Barış anlaşması yalnız imza törəni sayıla bilməz. Bir tərəfin sözü imzası qədər keçərlisə, digər tərəfin imzası sözü qədər keçərsiz olmasın gərək! Barış keçmiş işğalçının bugünkü və həmişəlik qalibin ərazi bütövlüyünü qeyd-şərtsiz, ömürlük tanımaqdır. Barış revanşizmdən imtinadır. Barış gələcək nəsilləri yeni savaş üçün hazırlamamaqdır. – Bax, bu yol xəritəsinin alternativi varmı? – Varsa, erməni hökuməti buyurub göstərsin.

Azərbaycan–Ermənistan barış gündəliyindən danışırıqsa, ABŞ ilə münasibətlərin praqmatizmə qayıdış olduğunu da vurğulamaq yerinə düşər.

Budur, IV Forumda diqqət çəkən əsas istiqamətlərdən biri Azərbaycan–ABŞ münasibətləri idi. Prezident İlham Əliyev iki ölkə arasındakı münasibətlərin yüksək səviyyəyə qalxdığını və strateji tərəfdaşlıq xarakteri qazandığını vurğuladı. Bunun sadəcə diplomatik nəzakət ifadəsi olmadığını bilirik; həmin vurğu münasibətlərin öncəki gərginlikdən qarşılıqlı maraqlara əsaslanan daha praqmatik mərhələyə keçdiyini göstərir. 

ABŞ üçün Azərbaycan bir neçə baxımdan önəmlidir: Azərbaycan enerji təhlükəsizliyinin güvənli tərəfdaşıdır. Azərbaycan Şərq–Qərb, Şimal–Cənub bağlantılarının qovşağıdır. Azərbaycan dünyəvi dövlət modeli, müsəlman ölkələri ilə həmrəylik və İsraillə əməkdaşlıq arasında özünəxas tarazlıq yaratmağı bacarıb.

İsrail hökumətinin qondarma “erməni soyqırımı”nı tanıma qərarına qarşı dik duruşumuz, XİN-nin Təl-Əviv məktubu, İsrail parlamentinin hökumətin qərarını masadan rəfə qaldırması bu planda hələlik ən son hadisələrdən sayıla bilər. Bəli, Cənubi Qafqazda gerçək güc və sabitlik mərkəzi olan Azərbaycan artıq orta güc modunda özünü doğruldur.

Bakı ilə Vaşinqton arasında sağlam münasibətlər həm ikitərəfli əlaqələr, həm də bölgədə barış üçün yararlıdır. Ancaq bu münasibətlər üçün əsas şərt Azərbaycanın suveren qərarlarına hörmət etməkdir. Azərbaycanın tərəfdaşlığa ehtiyacı var, himayədarlığa yox!

Biz barışyaratma ilə barışı pozma arasındakı incə xətti aydın görə bilirik. Beynəlxalq siyasətdə özünü barışcıl kimi tanıdan hər aktor həqiqətən barışa xidmət etmir. Bəzən vasitəçilik tərəfləri yaxınlaşdırır; bəzən isə vasitəçi gərginliyi, anlaşmazlığı öz təsir vasitəsinə çevirir. 

Azərbaycan–Ermənistan məsələsində də bunu görmüşük. Bəzi dövlətlər bir tərəfdən barış çağırışı edir, digər tərəfdən Ermənistanı silahlandırır, revanşist siyasi qüvvələri həvəsləndirir, bölgəyə öz hərbi-siyasi mövcudluğunu gətirməyə çalışır. Bu, əlbəttə, barışyaratma deyil. Bu, barış görüntüsü altında barışı pozmaqdır. Əgər bir dövlət Ermənistanla Azərbaycan arasında barışıq istəyirsə, erməniləri yeni savaşa hazırlamamalıdır. Əgər Avropa bölgədə sabitlik istəyirsə, müşahidə adı altında geosiyasi səngər yaratmamalıdır. Əgər vasitəçi tərəfsizliyini qorumaq istəyirsə, bir tərəfin siyasi və informasiya kampaniyasının iştirakçısına çevrilməməlidir. 

Götürək vasitəçilikdən tərəfkeşliyə kobud keçid etmiş Fransanı. Fransanın son illərdə Cənubi Qafqaz siyasəti klassik diplomatik tarazlığı itirib. Paris ermənilərin maraqlarını müdafiə etməklə kifayətlənməyib, Azərbaycan əleyhinə siyasi kampaniyaların əsas mərkəzlərindən birinə çevrilib.

Fransa Senatında və digər siyasi strukturlarda qəbul edilən birtərəfli sənədlər, Ermənistanın silahlandırılması, Azərbaycan əleyhinə informasiya xətti Parisin vasitəçi statusunu faktiki olaraq və çoxdan aradan qaldırıb.

Burada paradoks vardır: özünün kolonial keçmişi və bu gün də davam edən neokolonial problemləri ilə üzləşmək istəməyən Fransa başqa bölgələrə insan hüquqları və beynəlxalq hüquq dərsi verməyə çalışır.

Azərbaycanın buna cavabı emosional olmadı amma çox prinsipial oldu.

Bakı Təşəbbüs Qrupunun müstəmləkəçilik problemini qlobal gündəliyə çıxarması Fransaya qarşı kampaniya sayılmamalıdır; bu, Parisin görmək istəmədiyi tarixi və çağdaş gerçəkliyin beynəlxalq müzakirəsidir.

Prezident İlham Əliyev öncəki Forumda Yeni Kaledoniya ilə bağlı prosesləri tarixi presedent kimi qiymətləndirərək neokolonializm məsələsində Azərbaycanın mövqeyinin aydın olduğunu bildirmişdi.  

IV Forumda Avropa Komissiyası ilə Avropa Şurası Parlament Assambleyası arasındakı fərqin vurğulanması da təsadüfi deyildi. Azərbaycan Avropaya vahid, dəyişməz və eynicinsli siyasi blok kimi baxmır. Avropa Komissiyası ilə münasibətlər əsasən enerji, iqtisadiyyat, ticarət və qarşılıqlı maraqlar üzərində qurulur. AŞPA isə son illərdə siyasi qərəz, ikili standart və Azərbaycana qarşı kampaniya ilə assosiasiya olunur. Bu fərqi görmədən Azərbaycanın Avropa siyasətini anlamaq çətin olar.

Bakı Avropa ilə bağlarını kəsmək istəmir; əksinə, Prezident İlham Əliyevin vurğuladığı kimi, Avropa və qlobal bazarda mövcudluğu gücləndirmək Azərbaycanın ümumi strategiyasının tərkib hissəsidir. Lakin inteqrasiya itaət demək deyil. Əməkdaşlıq milli maraqdan imtina anlamına gələ bilərmi?!. 

Bundan savayı, tərəfdaşlıq da daxili işlərə müdaxilə haqqı yaratmır.

Gəlin bu durumda Zəngəzur yolunu yada salaq – barışın iqtisadi anatomiyasını…

Azərbaycan–Ermənistan barışının iqtisadi dayaqları da olmalıdır. Bu baxımdan Zəngəzur bağlantısı xüsusi önəm daşıyır. Azərbaycan üçün bu layihə ölkənin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağ deməkdir. Daha geniş planda isə Türkiyə, Cənubi Qafqaz, Türküstan (Orta Asiya) və Avropa arasında yeni daşınmalara imkanlar yaradır. Ermənistan bu layihəyə suverenlik itkisi qorxusu ilə baxmamalı, iqtisadi təcriddən çıxış fürsəti kimi baxmalıdır.

Yol – yalnız yük daşımır. O, güvən daşıyır, qarşılıqlı maraq yaradır, savaşın iqtisadi mənasızlığını daha aydın göstərir.

Azərbaycanın təklif etdiyi regional modeldə ermənilərə də yeri var; ancaq bunun üçün erməni hökuməti keçmişin xəritəsi ilə gələcəyin yolunu bağlamamalıdır.

Bəs yaxşı bütün bu mövzulara işıq salan media barışyaratma işinin harasındadır?

IV Forumun əsas mövzusu bu sualı da önə çıxardı.

Media sülh yarada bilərmi? – Sual ritorik, cavab konkretdir: təkbaşına yox!

Bununla belə media barış üçün zəmin yarada bilər. Eyni zamanda, media savaş üçün də zəmin yarada bilər. Nifrət dili, saxta xəritələr, tarixi təhrif, qurban və təcavüzkarın yerinin dəyişdirilməsi, revanşist romantika cəmiyyətləri yeni savaşa hazırlamazmı?..

Həqiqətə əsaslanan media isə xalqların bir-birini düşmən obrazı ilə görməməsinə, gerçək insan və qonşu kimi görməsinə yardım edir. Bu baxımdan Forumun “həqiqətin bərpası və etimadın yenidən qurulması” çağırışı Azərbaycan–Ermənistan münasibətlərinə də birbaşa aiddir.

Etimad isə imza ilə yaranmır. O, doğru sözlə, ardıcıl davranışla və uzunmüddətli məsuliyyətlə qurulur. Şuşadan dalğalanan barış ismarıcının öz səciyyə, səviyyəsi vardır. İşğaldan 5 il 6 ay öncə qurtulmuş Şuşada barışdan danışmağın özəl anlamı var. Bu dağlar incisi şəhər işğal görüb, dağıntı görüb, mədəni təhqir görüb. Sonra qurtuluşu, bərpanı və Böyük Qayıdışı görüb bu şəhər. Biz qalib ədası ilə gəzmirik, öz mədəni-humanitar irsimizə, milli ləyaqətimizə əsaslanaraq məhz məsuliyyətli, şərəf-şanlı duruşda, görkəmdəyik.

Biz barış istəyirik, çünki öz gücümüzə əminik. Barış istəyirik, çünki gələcəyi qururuq. Azərbaycan sülh istəyir, çünki bölgənin sonsuz qarşıdurma meydanı deyil, işbirliyi məkanına çevrilməsini uyğun görür. Barış olmalıdır, barış ədalətli olmalıdır! Bizim imza atacağımız barış beynəlxalq hüquqa söykənməlidir. 

Dünən Şuşa uğrunda savaş gedirdi. Bu gün Şuşada barışın şərtləri və medianın məsuliyyəti müzakirə olunur. Sabah isə Şuşa Cənubi Qafqazda qurulmuş dayanıqlı barışın mənəvi paytaxtlarından biri ola bilər. Barış savaşın bitməsindən ötə ədalətin güvənə çevrilməsidir.

Dövlətimiz zaval görməsin!

Əkbər QOŞALI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 İyul 2026 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see407

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see350

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see314

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see254

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see253

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see232

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see226

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see223

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see216

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see212

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see209

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see209

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see207

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see205

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see195

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see192

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see188

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri