Icma.az
close
up
RU
Ədalət qalib gəlir

Ədalət qalib gəlir

Newscenter.az saytına istinadən Icma.az xəbər verir.


ABŞ-ın hazırkı administrasiyasında idarəetmənin səmərələşdirilməsinə cavabdehlik daşıyan məşhur iş adamı İlon Maskın dövlət tərəfindən maliyyələşdirilən media qurumlarının fəaliyyətini dayandırmağa çağırış etməsi həqiqətən də inqilabi hadisədir. "Amerikanın Səsi” və “Azadlıq Radiosu”nun qərəzli olduğunu bildirən ABŞ-ın keçmiş Milli Kəşfiyyat direktoru Rik Qrenellin ardınca İlon Maskın da “Azadlıq Radiosu" və “Amerikanın səsi” radiostansiyalarını bağlamağa çağırış etməsi çox güman ki, tezliklə bu iki məşhur media qurumunun ABŞ dövlətinin maliyyə dəstəyindən və siyasi himayəçiliyindən məhrum olunması ilə nəticələnəcək.
Bundan əvvəl isə, İlon Mask “Politico”, “The New York Times” və “Associated Press” nəşrlərinin daha ABŞ hökuməti tərəfindən maliyyələşdirilməyəcəyini açıqlamışdı. İstər “Azadlıq Radiosu" və “Amerikanın səsi” radiostansiyaları, istərsə də adları çəkilən digər media qurumları ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) ilə əlbir olaraq zaman-zaman ölkəmizə qarşı şantaj dolu kampaniyalar həyata keçiriblər. Bayden hakimiyyəti məhz bu KİV-in və USAID-in vasitəsilə Azərbaycana qarşı vaxtaşırı qaralama kampaniyası aparırdı. Ağ Evin və erməni lobbisinin sifarişlərini icra edən bu medialar ölkəmizə qarşı dezinformasiyalar, feyk məlumatlar yaymaqdan belə çəkinmirdilər. Keçən ilin yayında baş tutan “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyevin söylədiyi kimi sözügedən media qurumları feyk-nyusu artıq siyasi mübarizənin bir üsuluna çeviriblər. Və onlar həm müxtəlif ölkələrə münasibətdə, həm də seçki kampaniyasının gedişində Donald Trampa qarşı siyasi motivli media hücumları təşkil edirdilər.
Azərbaycan da daim bu hücumların əsas hədəflərindən biri olub. 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində ərazi bütövlüyümüzü bərpa etməyimizdən sonra USAID-in və “Politico”, “The New York Times” və “Associated Press” nəşrlərinin, “Azadlıq Radiosu" və “Amerikanın səsi” radiostansiyalarının Azərbaycana qarşı apardığı informasiya müharibəsi daha kəskin xarakter almışdı. Lakin Azərbaycan bu hücumları dəf etməyi, total manipulyasiyaları neytrallaşdırmağı bacardı.
Bu gün isə biz ABŞ-ın yeni administrasiyası tərəfindən USAID-ə və anti-Azərbaycan mövqeli media quruluşlarına ağır zərbə vurulmasının şahidi oluruq. Donald Trampın dünyanın liberal-qlobalist güclərinin və ABŞ-ın Demokratlar Partiyasının maraqlarını təmsil edən təşkilat və KİV-ə qarşı sərt siyasəti davam edir. Bunun nəticəsidir ki, son 30 ildə dünya ağalığına nail olmuş liberal-qlobalist diktatura artıq çökür. Başqa sözlə desək, ədalət qalib gəlir. Biz bu inqilabi dəyişiklikləri dəstəkləyirik.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:157
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 10 Fevral 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see547

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see309

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see299

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see298

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see292

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see273

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see269

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see269

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see255

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see252

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see240

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see240

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see238

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see235

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see233

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see233

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see230

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see221

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see221

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see221
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri