Icma.az
close
up
RU
Ədalət Verdiyev: “Təcridxanada azadlıqda olduğum kimi oldum” FOTO

Ədalət Verdiyev: “Təcridxanada azadlıqda olduğum kimi oldum” FOTO

Pravda.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Dövlət sirri təşkil edən məlumatları yaymaqda təqsirləndirilən və aprelin 7-də azadlığa buraxılan hərbi ekspert Ədalət Verdiyev sosial şəbəkə hesabında uzun müddət sonra baş verənlərlə bağlı paylaşım edib.

Pravda.az xəbər verir ki, ekspert həbsdən sonra Şəhidlər Xiyabanı və ulu öndər Heydər Əliyevin məzarı önündə çəkilmiş fotolarını paylaşaraq bunları yazıb:

“Dəyərli dostlar, tanışlar və izləyicilər. 7 aprel tarixindən azadlıqdayam. İlk olaraq dövlətimizin memarı olan Ulu Öndərimizi və qəhrəman Şəhidlərimizi ziyarət etdim. Allah hamısına rəhmət eləsin! Həbs müddətində isə müzəffər Ali Başa Komandamıza, qalıb Vətənimizə və möhtəşəm Qələbəmizə xidmət etmək üçün əlimdən gələni etməyə çalışdım. Təcridxanada azadlıqda olduğum kimi oldum. Bir neçə dəfə saxlanılan şəxslərin ümumi maraqları naminə Bakı İstintaq Təcridxanasının rəhbərliyinə müraciət etdim və müsbət nəticələr də əldə etdim. Bu faktları orada saxlanılan onlarla şəxs və rəhbərlik də təsdiq edə bilər. Həbs müddətində həm Baş Prokurorluqda, həm polis bölməsində, həm təcridxanada, həm məhkəmələrdə mənə qarşı xüsusi diqqət və hörmətlə yanaşdılar, buna görə də dövlətimə, adı çəkilən qurumların mənimlə təmasda olan əməkdaşlarına təşəkkür edirəm. Çox sayda tanıdığım və tanımadığım insanlar sosial şəbəkələrdə mənə dəstək verdilər, çox sayda qohumlar və dostlar daim ailəmin yanında oldular. Hər birinizdən Allah razı olsun. Bir daha millətimizin nə qədər qədirbilən, mərhəmətli, xeyirxah olduğuna, ailə dəyərlərinə sadiq olduğuna əmin oldum. Əslində həbsxana həyatı da kişilər üçün bir məktəbdir. Çox insanlarla təmasda oldum, çox kitab oxudum, ətrafıma qələbəmizin əhəmiyyəti barədə geniş məlumatlar təqdim etdim. Az sonra ətrafimda kitab oxuyanların və yerli KİV-ləri izləyənlərin sayı maksimum artdı, bu insanlar qələbəmizin davamını gözləməyə başladılar. Prezidentimizə tam dəstək verən insanlar Komandanımızın əfv və aministya qərarlarını səbirsizliklə gözləyirlər. İctimai fikrə təsir etmək imkanımdan maksimum istifadə edərək insanlara doğru məsləhət verməyə çalışırdım, onları bundan sonra səhv addımlardan kənar olmağa dəvət edirdim. Bundan sonra da dövlətimiz naminə eyni istiqamətdə fəaliyyətlərimi davam etdirəcəyəm. Bu gün bir daha bildirirəm ki, heç bir anlaşılmazlıq, məhdudiyyət və ya həbs mənim dövlət, bayraq və vətən sevgimə mənfi təsir edə bilməz. Uca Tanrı Müzəffər Ali Baş Komandanımızı, qalib dövlətimizi, qəhrəman əsgərimizi, üçrəngli bayrağımızı və mərd xalqımızı qorusun!”

Aytəkin Qardaşova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://pravda.az
archiveBu xəbər 09 Aprel 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellekt qadınlar arasında işsizliyi artıracaq

12 Aprel 2025 13:12see141

AMEA da “Elmlə ədəbiyyatın dialoqu”

12 Aprel 2025 13:03see137

Ən sadiq kişilər bu bürclərdəndir

12 Aprel 2025 13:05see135

Uşaqlar arasında kütləvi virus yayılıb?

12 Aprel 2025 12:29see129

İran ABŞ danışıqlarının mövzusu

12 Aprel 2025 13:02see126

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see122

Futbol məşqi zamanı məktəbliləri ildırım vurdu

12 Aprel 2025 10:57see119

Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR

13 Aprel 2025 06:33see117

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see117

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see115

Şerman: “Əraqçi çox sərt və ağıllı bir şəxsdir” KONKRET

12 Aprel 2025 10:31see115

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see115

“Yeganə məxluqam ki, özümdən başqa heç kimə...”

13 Aprel 2025 00:29see114

Vətəndaş həkimə, yoxsa bahalı xidmətə gedir? Özəl klinikalarda qəbul qiymətləri

12 Aprel 2025 22:23see114

Bu il əhali geyimə 2,2 milyard manat xərcləyib

12 Aprel 2025 20:46see111

Real Madrid 3 futbolçusunu göndərməyə qərar verdi ADLAR

13 Aprel 2025 00:00see110

Ukrayna “Patriot”un analoqunun hazırlanması üzərində işləyir

12 Aprel 2025 06:23see110

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see108

125 il yaşayan kişi sirrini açdı

12 Aprel 2025 11:46see107

Suriyada silahlı qruplaşmalar silahlarını təhvil verir

12 Aprel 2025 21:19see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri