Icma.az
close
up
RU
“Ədalətin bərpa olunması sülhün tərkib hissəsidir”

“Ədalətin bərpa olunması sülhün tərkib hissəsidir”

Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan xalqının tarix boyu üzləşdiyi faciələrin ağır nəticələri xalqımızın yaddaşında dərin izlər buraxıb. Xüsusilə 30 ilə yaxın davam etmiş işğalın ağrılı mirası hələ də minlərlə ailənin taleyində, dağıdılmış torpaqlarda və itirilmiş insan həyatlarında öz izini saxlayır.
Bu reallığı nəzərə alaraq, BMT-nin İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsinin 75-ci ildönümünə həsr olunmuş yüksək səviyyəli tədbirdə Azərbaycan üç mühüm məsələ irəli sürmüşdür.
Birinci məsələ – münaqişə zamanı itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılmasıdır. Bu günədək 4.000-ə qədər Azərbaycan vətəndaşı itkin düşmüş hesab olunur. Onların arasında 150 nəfər Xocalı sakini də var. Bu statistika sadəcə rəqəm deyil – hər biri bir ailənin yarımçıq taleyi, bitməyən gözləntisi, sükut içində çəkilən iztirabıdır. Ötən il itkin düşmüş şəxslərin ailələri ilk dəfə olaraq BMT-də görüşlər və aksiya keçirərək beynəlxalq ictimaiyyətə səsləndilər. Dünya birliyi bu məsələdə daha fəal iştirak etməli, ailələrə təsəlli və hüquqi aydınlıq gətirəcək mexanizmlərin gücləndirilməsinə çalışmalıdır. BMT-in itkinlər üzrə xüsusi məruzəçisinin təmin edilməsi üzrə müraciət isə hələ də icra olunmur.
İkinci məsələ – azad edilmiş ərazilərin minalardan təmizlənməsi və mina qurbanlarının reabilitasiyasıdır. Müharibə bitsə də, minalarla zəhərlənmiş torpaqlarda səssiz ölüm can almağa davam edir. Bu, insanların öz torpaqlarına təhlükəsiz qayıdışı və dayanıqlı inkişaf üçün əsas şərtdir.
Üçüncü məsələ – məcburi köçkünlərin öz ata-baba torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışının təmin edilməsidir. Bu proses yalnız fiziki köç deyil, həm də ədalətin bərpası və insan hüquqlarının təmin olunması deməkdir. Eyni zamanda, bu çərçivədə etnik təmizləməyə məruz qalmış azərbaycanlıların Qərbi Azərbaycana sülh yolu ilə qayıdış məsələsi də diqqət mərkəzində olmalıdır.
Xocalı memorial kompleksi soyqırım qurbanlarının əziz xatirəsini əbədiləşdirdi. İtkin düşmüş şəxslərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə də xüsusi bir abidənin ucaldılması və onların xatirəsinə həsr olunmuş rəsmi anım gününün təsis edilməsi məqsədəuyğun olardı. Bu, həm ailələrin ağrı-acısını bölüşmək, həm də gələcək nəsillərə ədalətin və humanizmin əhəmiyyətini çatdırmaq baxımından mühüm addım olar.
Davamlı sülh ərazi bütövlüyü ilə yanaşı, insan talelərinin bərpasından və müharibənin ağır nəticələrinin aradan qaldırılmasından keçir. Azərbaycan sülh gündəliyinə sadiq olaraq qalır, lakin ədalətin bərpa olunması da sülhün tərkib hissəsidir.

Milli Məclisin deputatı
Pərvanə Vəliyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 28 Fevral 2026 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see319

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see307

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see303

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see299

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see299

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see295

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see287

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see283

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see278

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see277

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see253

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see252

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see246

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see245

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see244

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see239

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see233

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see232

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see230

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see228
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri