COP31 çərçivəsində ikitərəfli görüşlər və əməkdaşlıq perspektivləri
Icma.az, Turkstan.az saytına istinadən bildirir.
COP31 çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova bir sıra ikitərəfli görüşlər keçirib və iştirakçı ölkələrin milli pavilyonlarını ziyarət edib. Görüşlər zamanı iqlim gündəliyinin aktual məsələləri, mədəni və təbii irsin qorunması, eləcə də beynəlxalq əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
Azərbaycan Pavilyonunu ziyarəti zamanı Aktotı Raimkulova COP31-də iştirakı ilə bağlı müsahibə verib. Türk dünyası ölkələrinin iqlim böhranı ilə mübarizədə həmrəyliyinin vacibliyini vurğulayan Fondun prezidenti COP29-dan COP31-ə qədər olan dövrdə region dövlətlərinin beynəlxalq iqlim diplomatiyasındakı rolunun əhəmiyyətli dərəcədə artdığını qeyd edib. O, həmçinin qlobal iqlim gündəliyində mədəni irsin qorunması məsələlərinə daha çox diqqət yetirilməsinin vacibliyini bildirib.
Qazaxıstan Pavilyonunda professor Aktotı Raimkulova Qazaxıstan Respublikasının ekologiya və təbii sərvətlər naziri Alibek Kuantırov ilə görüşüb. Görüşdə iqlim dəyişikliklərinə uyğunlaşma, su ehtiyatlarının dayanıqlı idarə olunması və təbii irsin qorunması məsələləri müzakirə edilib. Eyni zamanda, ətraf mühitin mühafizəsi və mədəni irsin qorunması sahəsində Fondla Qazaxıstan arasında əməkdaşlığın inkişafı perspektivləri nəzərdən keçirilib.
Digər mühüm görüş isə professor Aktotı Raimkulovanın Özbəkistan Respublikası Prezidentinin ekologiya məsələləri üzrə müşaviri, Ekologiya və İqlim Dəyişikliyi üzrə Milli Komitənin sədri Əziz Abduhakimov ilə söhbəti olub. Tərəflər Mərkəzi Asiyanın üzləşdiyi iqlim çağırışları, Aral dənizi regionunda ekoloji transformasiya prosesləri, dayanıqlı inkişaf, eləcə də Türk dünyasının ortaq təbii və mədəni irsinin qorunmasına yönəlmiş birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
COP31 çərçivəsində keçirilən tədbirlər və görüşlər vasitəsilə Türk Mədəniyyəti və İrsi Fondu iqlim dəyişikliklərinin mədəni irsə təsirləri və onun qorunmasının vacibliyi barədə məlumatlılığın artırılmasına, eləcə də bu istiqamətdə Türk dünyası ölkələri arasında əməkdaşlığın gücləndirilməsinə töhfə verməyi hədəfləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 16 Noyabr 2026 11:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















